Mojo.az Banner
21:00 Duracağa gətirilən avtomobil bu halda dərhal sahibinə qaytarılacaq  |     20:53 11 il öncə törədilmiş cinayət işi üzrə məhkəmədə şahid dindirildi - FOTO  |     20:48 Pirşağı hövzəsi üzrə tullantı sutəmizləyici qurğu tikilir - Video  |     20:40 Bakı, Sumqayıt və Abşeron üzrə pensiyalar ödənildi  |     20:34 Qanunsuz saxlanılan silahlar aşkarlandı  |     20:29 Nikah bağlanarkən daha bir rəy də istənilə bilər - Video  |     20:14 Sumqayıtda müəllim vəfat etdi  |     20:06 Cinayətdə şübhəli bilinən 35 nəfər saxlanıldı  |     20:01 "Bağçalı" hotelinin fəaliyyəti dayandırıldı - Video  |     19:53 Bu ölkə vətəndaşlarının muzeyə girişi qadağan edildi - Almaniyada  |     19:37 60 yaşlı kişi pilləkəndən yıxılaraq öldü  |     19:31 Həcc mövsümü ilə bağlı yeni qaydaların icrasına başlanıldı  |     19:24 Yanvar-fevral aylarında evlənənlərin sayı boşananlardan çox olub  |     19:22 Fövqəladə hallar nazirinə iki yeni müavin təyin edildi  |     19:16 Azərbaycanda rezonans doğuran CİNAYƏT: Vüsal Şilderin qətlinin sifarişçisinin FOTOSU  |     19:06 Salyana dolu düşüb  |     19:00 200-dən çox kişiyə ödənişli atalıq məzuniyyəti verilib  |     18:59 Paytaxtın hansı küçələrində sıxlıq müşahidə olunur?  |     18:58 "Roşka"nın işi ilə bağlı əlavə görüntülər ekspertizaya təqdim olunacaq  |     17:00 Qubanın Afurca kəndində torpaq sürüşməsi qeydə alındı  |    
Left Banner
Right Banner

Heydər Əliyev Beynəlxalq Aeroportu "Formula-1" ilə bağlı sərnişinlərə müraciət edib

18.09.2025 14:30 678
Heydər Əliyev Beynəlxalq Aeroportu
Bakıda keçiriləcək "Formula-1 Azərbaycan Qran-prisi 2025" ilə əlaqədar paytaxtın bir sıra küçə və prospektlərində nəqliyyat hərəkətinə artıq məhdudiyyətlər tətbiq olunub. Bununla yanaşı, ölkəmizə gələn beynəlxalq qonaqların sayının əhəmiyyətli dərəcədə artacağı proqnozlaşdırılır.

Bu barədə Heydər Əliyev Beynəlxalq Aeroportu məlumat yayıb.

Verilən məlumata görə, qeyd olunan səbəbdən, Heydər Əliyev Beynəlxalq Aeroportu sərnişinlərə müraciət edərək səyahətlərini öncədən planlaşdırmağı və hava limanına vaxtında, rahat şəkildə çatmaq üçün əlavə zaman ayırmağı tövsiyə edir.

Sərnişinlərin rahat və maneəsiz səfəri üçün aşağıdakı tövsiyələrə əməl etmələri məsləhət görülür:

- Hava limanına erkən gəlmək: Təhlükəsizlik və qeydiyyat prosedurlarını vaxtında tamamlamaq üçün uçuşdan ən azı 2 saat əvvəl aeroportda olun.

- Onlayn qeydiyyatdan keçmək: Gözləmə müddətini minimuma endirmək üçün uçuşdan əvvəl onlayn qeydiyyatdan keçin. Bəzi aviaşirkətlər uçuşdan 48 saat əvvəl qeydiyyat imkanı təqdim edir.

- Özünü qeydiyyat və baqaj təhvili köşkləri (self check in; baggage drop off) xidmətindən istifadə etmək: Bu xidmətlərdən yararlanmaqla siz qeydiyyat masalarında yaranan uzun növbələrdən yayınaraq prosesi daha sürətli başa vura bilərsiniz.

- Uçuş terminalı məlumatını öncədən yoxlamaq: Uçuşunuzun hansı terminaldan həyata keçiriləcəyini elektron bilet və ya aviaşirkətin rəsmi saytından dəqiqləşdirin.

- "Aeroexpress" xidmətindən istifadə etmək: "28 May" metro stansiyasından hava limanına rahat və tıxacdankənar çatmaq üçün "Aeroexpress" ictimai nəqliyyatından yararlanın.

- Parklanma qaydalarına riayət etmək: Nəqliyyat vasitənizi yalnız rəsmi parklanma yerlərində saxlayın. Əks halda, keçidlərin bağlanmasına və digər avtomobillərin hərəkətinə mane olaraq süni tıxaclar yarada bilərsiniz. Qısa müddətli (3 dəqiqə) dayanma üçün xüsusi "drop-off" zonalarından istifadə edin.

- Parklanma ödənişlərini onlayn etmək: Vaxtınıza qənaət etmək üçün "AzParking", Azərbaycan Beynəlxalq Bankı, "Birbank" mobil tətbiqləri və ya "Tezödə" platformasından istifadə edərək parklanma haqqını asanlıqla onlayn ödəyə bilərsiniz. İlk 15 dəqiqəlik parklanma üçün ödəniş tələb olunmur.

- Xüsusi qayğıya ehtiyacı olan sərnişinlər: Əlavə dəstəyə ehtiyacınız varsa, uçuşdan ən azı 48 saat əvvəl aviaşirkətə müraciət edin.

Qeyd edək ki, Heydər Əliyev Beynəlxalq Aeroportunun bütün xidmətləri Formula 1 dövründə gücləndirilmiş rejimdə fəaliyyət göstərəcək. Səyahətinizi öncədən planlaşdırmaqla siz rahat, təhlükəsiz və maneəsiz gediş-gəlişinizi təmin edə bilərsiniz.скачать dle 11.3
Mojo.az Banner