Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
23:01 Ölkədə 11 mindən çox uşaq nikahdan kənar doğulub  |     22:55 Çexiyada orta əsrlərdən qalma xəstəlik geniş yayılır  |     22:50 "Qlobal" hosteldə oğurluq: Otaq yoldaşının telefonunu və pulunu oğurladı  |     22:42 TƏBİB-in yeni rəhbəri məlum oldu  |     22:37 Avropaya 66 milyard kubmetrdən çox qaz ixrac edilib - Energetika naziri  |     22:30 Bakıda su satışı aparatlarından oğurluq edənlər həbs olundu  |     22:25 Aygün Bəylərin bacıları bir-birindən imtina etdilər  |     22:16 Oktyabrın bütün sosial ödənişləri yekunlaşdırıldı  |     22:11 Bal yarmarkasının keçiriləcəyi tarix açıqlandı  |     22:03 Azərbaycan sərhədini pozan yeniyetmə həbs olundu  |     21:55 Sabah Yardımlının 7 kəndində qaz olmayacaq  |     21:50 Balıq bazarıda bahalaşma - VİDEO  |     21:41 Polkovnik Ramin Orucovla bağlı əmr imzalandı  |     21:29 Leyla Əliyeva Şamaxıya səfərindən paylaşım edib - Video  |     21:20 Azərbaycanın yunan-Roma güləşçiləri dünya çempionatını ikinci sırada başa vurublar  |     21:18 Azərbaycanda "WhatsApp" istifadəçilərinə xəbərdarlıq edildi  |     21:10 Bakıda kişi 40 kiloqram marixuananı götürməyə arvadı və uşağı ilə getdi  |     21:07 Texnologiya müəllimi əri tərəfindən qətlə yetirildi - Pərvanənin qatilinə hökm oxundu  |     21:06 Mehriban Əliyeva "Mənim Abşeronum: Üstə gəl" adlı retrospektiv sərgi ilə bağlı paylaşım edib - Video  |     20:55 Putin: "Azərbaycan Rusiya üçün etibarlı tərəfdaşdır"  |    
Mojo.az Avto
Mojo.az Avto

Gəncənin "Kolorit" restoranında "yağlı" nöqsanlar - FOTO

17.09.2025 11:38 561
Gəncənin
Gəncə şəhərində yerləşən ictimai iaşə obyektlərində Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən aparılan monitorinqlər zamanı "Kolorit" restoranında ciddi sanitar-gigiyenik pozuntular müəyyən edilib.

AQTA-nın Gəncə-Daşkəsən regional bölməsindən daxil olan məlumata görə, 2025-ci ilin sentyabr və oktyabr aylarında Gəncə və Göygöl ərazilərində keçirilən III MDB Oyunları ilə əlaqədar olaraq bölgədə fəaliyyət göstərən qida obyektlərində monitorinqlər aparılır.

Monitorinqlər zamanı Cavadxan küçəsi 2 ünvanında, Ələsgərov Simur Müsahib oğluna məxsus "Kolorit" restoranında aşağıdakı nöqsanlar qeydə alınıb:

- Anbar sahəsi standartlara uyğun deyil;
- Döşəmə və tavan örtükləri zədəlidir, tamlıq pozulub;
- Mətbəxin divar səthində kafellər sınıb;
- Havalandırma sistemi normativlərə cavab vermir;
- Fritoz yağları vaxtında dəyişdirilmir;
- Müvafiq təmizlik işləri görülmür;
- Manqal sahəsində işıqlandırma zəifdir;
- Eyni sahədə kanalizasiya boruları açıq vəziyyətdədir.

Agentlik tərəfindən bildirilib ki, bu cür hallar ictimai iaşə obyektlərində əhalinin sağlamlığı üçün ciddi təhlükə yaradır. AQTA istehlakçı hüquqlarının qorunması və təhlükəsiz qida təminatı istiqamətində tədbirlərini bundan sonra da davam etdirəcək, qanun pozuntularına qarşı qətiyyətli mübarizə aparacaq.






Son xəbərlər