Mojo.az — elanlar
RU
Son Xəbərlər
23:30 35 il həbsi istənilən "Cəhənnəm Necati"nin məhkəməsində hökm oxundu  |     22:42 Hande Erçel 24 saata bu qədər qazanır – Reklam qiyməti müzakirə yaratdı  |     22:34 Neftin qiyməti 117 dollara yaxınlaşdı – Yarım ilin rekordu yeniləndi  |     22:29 Bu bürclər diqqətli olsun: Sabah gözlənilməz hadisələr yaşanacaq  |     22:21 Ermənilər Azərbaycanla sərhəddə qanunsuz ağac kəsir  |     22:16 Sumqayıtda avtomobil piyadaları vurub, daha sonra yanıb  |     22:08 Şagirdlər ev tapşırığını "ChatGPT"yə yazdırır - Təhsildə yeni təhlükə  |     22:02 Qızıl bu həddə qədər ucuzlaşacaq - PROQNOZ  |     21:57 Çernobıl qəzasından 40 il sonra: Radioaktiv hissəciklər hələ də dağılmayıb  |     21:50 Kvant fizikası sahəsində irəliləyiş: Superkeçiricilərin hazırlanması sürətlənə bilər  |     21:42 2 milyon insanın yaşadığı ərazidəki vulkanın altında qeyri-adi aktivlik aşkarlandı  |     21:37 Bakı və Abşeronda leysan yağacaq, şimşək çaxacaq  |     21:30 Pensiyaların azalacağı barədə iddialara iqtisadçıdan cavab  |     21:24 2026-cı ilin payızında üst geyimlərində ən populyar rənglər  |     21:15 İstanbulda holdinq rəhbəri həbs edildi  |     21:10 26 yaşlı MMA döyüşçüsü silahlı atışmada öldü  |     21:03 Narkotik qalmaqalından sonra Nəvai qonorarını artırdı  |     20:51 Bakıda FIFA U-15 dünya çempionatı start götürüb - YENİLƏNİB  |     20:49 İlham Əliyev Azərbaycan-Timor-Leste yığmalarının oyununu izləyir  |     20:48 Goranboyda yolu keçmək istəyən kişi avtomobilin altında qaldı  |    
Mojo.az Avto
Mojo.az Avto

Xırdalanda 55 yaşlı kişi xanım həkimlərə qənim kəsildi

16.09.2025 13:31 573
Xırdalanda 55 yaşlı kişi xanım həkimlərə qənim kəsildi
Xırdalanda 55 yaşlı kişi həkimlərə qənim kəsilib. O, bir neçə gün ərzində üç fərqli xəstəxanada həkimlərin pulunu və telefonunu oğurlayıb.

Median.Az
Musavat.com-a istinadən xəbər verir ki, daha əvvəl də oğurluğa görə məhkumluq həyatı yaşamış Sədrəddin Əliyev (ad şərtidir) müayinə üçün Xırdalan şəhərində fəaliyyət göstərən Abşeron Rayon Mərkəzi Xəstəxanasına gedib. Xəstəxanada bir az gəzdikdən sonra ilk fürsətdə həkim-kardioloqun otağından ona məxsus çantanı oğurlayıb. Çantada nağd pul və kartlar olub. S.Əliyev 450 manat nağd pulunu götürərək kartları zibil qutusuna atıb.

S.Əliyev daha sonra yenidən Abşeron Rayon Mərkəzi xəstəxanasına gedib. Orada qeydiyyat şöbəsində çalışan xanımın mobil telefonunu oğurlayaraq 50 manata satıb.

Bir neçə gün sonra isə Xırdalanda yerləşən klinikalardan birində işləyən mədə-bağırsaq həkiminin otağından ona məxsus pul kisəsini oğurlayıb. Həkimin 650 manat nağd pulunu ələ keçirib. S.Əliyev klinikanın qarşısında dayanan zaman bir xanıma uşaq arabasını aparmaq üçün kömək edib. Klinikaya daxil olan S.Əliyev bir az orada gəzdikdən sonra qapısı açıq olan otağa daxil olaraq həkimin pul kisəsini götürüb.

Əməllərini etiraf edən S.Əliyev xəstə olduğu üçün bu yola əl atdığını deyib. O, bağışlanmasını istəyib. S.Əliyev törətdiyi əməllərə görə 3 il 2 ay müddətinə azadlıqdan məhrum edilib.

Son xəbərlər