Mojo.az Banner
23:12 Gəncədə atanın oğlunu bıçaqlaması ilə bağlı yeni təfərrüat - Video  |     22:45 Bakıda genişmiqyaslı əməliyyat: 200-dən çox şəxs saxlanıldı - Foto  |     22:34 Pulun üzərinə yazı yazmağa görə inzibati cəza nəzərdə tutulubmu?  |     22:27 Türkiyədə naməlum infeksiya: Minlərlə sakin xəstəxanaya müraciət etdi  |     22:16 Sabunçuda psixotrop maddə qəbul edən şagird məktəbdə intihara cəhd edib  |     22:00 30-a yaxın ölkə İrana qarşı bəyanatla çıxış etdi  |     21:40 Sabah paytaxtın bir rayonunda qaz kəsiləcək  |     21:22 Bəzi ərazilərdə su olmayacaq  |     21:06 Məktəblərdə geyim qaydalarına görə monitorinqlər başlandı  |     20:33 Azərbaycan Respublikası Media və Yayım Şurasının açıqlaması  |     20:31 Bəxtiyar Əsgərovu kim əvəz edəcək? - Yeni təyinat  |     20:15 Masazırda avtomobilləri yandıran şəxslər saxlanıldılar  |     20:04 Naxçıvan MR-in Bakıdakı Daimi Nümayəndəliyinə yeni rəhbər təyin olunub  |     19:58 Azərbaycanın yeni səfiri etimadnaməsini Pakistan prezidentinə təqdim edib  |     19:49 Şirvanda 1 yaşlı uşaq yıxılaraq ağır xəsarət alıb  |     19:38 PKK İraqdakı dörd düşərgəni boşaltdı  |     19:28 Bakıda məktəbli əmisinin zorakılığına məruz qalıb? - İddia  |     19:20 "Sabah"ın oyunu ilə əlaqədar Bakıda 18 marşrutun hərəkət sxemi dəyişdirilir  |     18:40 Vilayət Eyvazov iranlı həmkarı ilə görüşüb  |     18:06 Məktəbli forması şagirdlərin düşüncəsinə necə təsir edir? – AÇIQLAMA  |    
Mojo.az Avto
Mojo.az Avto

Sevgilisi olan yaşlı qadının evini satdırıb, pulunu oğurladı, qumarda uduzdu

24.10.2023 14:07 1 758
Sevgilisi olan yaşlı qadının evini satdırıb, pulunu oğurladı, qumarda uduzdu
Abşeron Rayon Məhkəməsində oğurluqda təqsirləndirilən Valeri Qarayevin (şərti) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Sevinc Quliyevanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Məhkəmənin hökmü ilə o, 3 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.

İttihama görə, 1986-cı il təvəllüdlü Valeri Qarayev tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi 1 iyun 2022-ci il tarixdən 10 iyun 2022-ci il tarixədək olan müddət ərzində Xırdalan şəhəri, 26-cı məhəllədə yerləşən yerləşən evdə sosial şəbəkədə tanış olub xəstəliyinə görə qulluq etdiyi zərərçəkmiş, 1950-ci il təvəllüdlü Larisa Həsənovanın (şərti) 40 000 manat pulunu evin yataq otağındakı dolabdan hissə-hissə oğurlayıb.

Məhkəmədə Valeri Qarayev ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilib. O deyib ki, Larisa Həsənova ilə 2019-cu ilin sonunda sosial şəbəkədə tanış olub, onunla qadının Yasamaldakı evində ər-arvad kimi yaşamağa başlayıb. Daha sonra o, qadının Bakıdakı evini satıb, Xırdalana köçüblər. Larisa Valeriyə kreditə “Toyota Prius” markalı avtomobil alıb. Sonra təqsirləndirilən şəxs maşının kreditini ödəyə bilməyib. Qadın 2021-ci ilin sentyabr ayında insult keçirib və yataq xəstəsi olaraq yeriyə bilməyib və Valeri də ona baxmağa başlayıb.

Valeri Qarayevin sözlərinə görə, 2022-ci ilin yayında Larisa ilə qərara gəliblər ki, həmin evi satıb bir az ucuz qiymətə ev və bir maşın da alsınlar. Onlar həmin evi 40 000 manata satıblar, qadın da evin pulunu yataq otağında yatdığı çarpayının yanında olan dolabda saxlayıb. Daha sonra Valeri həmin pulları hissə-hissə oğurlayaraq, qumarda uduzub.скачать dle 11.3
Mojo.az Banner