Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
14:47 İlham Əliyev: "Biz beynəlxalq bazarlarda etibarlı enerji təchizatçısı kimi tanınırıq"  |     14:45 Milli Məclis borc tələbinin qiymətli kağızlara yönəldilməsini təsdiqlədi  |     14:43 Prezident: "Bu gün Azərbaycan qeyri-sabit regionda sabitlik adası kimi görünür"  |     14:42 İlham Əliyev: "Bizim hər hansı bir beynəlxalq yardımımız olmayıb"  |     14:41 Prezident: "Müstəqil ölkəyə necə yaşamaq, nəyi etmək, nəyi etməmək barədə dərslər verilməli deyil"  |     14:33 Təhlükəli məhsullarla bağlı YENİLİK: Hansı mallar bazardan yığışdırılacaq?  |     13:51 Azərbaycan Prezidenti: "İkili standartlar siyasəti beynəlxalq siyasətdən tam şəkildə çıxarılmalıdır"  |     13:47 "Həzi Aslanov" - "İçərişəhər" metro xəttində birbaşa hərəkət bərpa olunub? (Yenilənib)  |     13:45 İlham Əliyev: "Azərbaycan təcrübəsi bəzi münaqişələrin aradan qaldırılmasına xidmət edə bilər"  |     13:44 Prezident Dialoq Forumunda Azərbaycanın öz torpaqlarını azad etməsindən danışıb  |     13:31 Necə varlanmaq olar? Pulu banka qoyaq, qızıl alaq, yoxsa istiqraz?  |     13:20 Bakıda yeni park salınır - Foto  |     13:03 Azərbaycan neftinin qiyməti 127 dolları ötdü  |     13:02 "Ceyhun Sabunçu"nu qətlə yetirməkdə ittiham olunan şəxslər başqa cinayət də törədiblərmiş  |     12:31 Milyarder İbrahim Süleymanova Rusiyada yekun ittiham irəli sürüldü  |     12:28 Universitetlər əmək bazarının tələblərinə cavab verə bilmir – Açıqlama  |     12:17 Göygöldə qanlı dava: 36 yaşlı kişi bıçaqlandı  |     12:08 Nisyə pivə içən qəssab dostunu bıçaqladı - İmişlidəki cinayətin təfərrüatı  |     12:00 İlham Əliyev: "Bu gün Azərbaycan cəmiyyəti bütün məsələlər üzrə birlik nümayiş etdirir"  |     11:59 Dubayda qızıldan piyada yolu salınacaq  |    
Mojo.az Avto
Mojo.az Avto

Dünyada ilk dəfə süni intellekt nazir təyin edildi

11.09.2025 22:49 552
Dünyada ilk dəfə süni intellekt nazir təyin edildi
Albaniyada dövlət satınalmalarına nəzarət edəcək yeni nazir heç bir halda rüşvət, təhdid və ya imtiyaz təkliflərindən təsirlənməyəcək. Çünki "Diella" adlı bu nazir əslində süni intellekt tərəfindən yaradılmış botdur.
Baş nazir Edi Rama açıqlayıb ki, "Diella" (albanca "günəş" deməkdir) bütün dövlət tenderlərinin idarə olunması və özəl şirkətlərə layihələrin verilməsi prosesini aparacaq. Rama çıxışında bildirib:

"Diella kabinetin fiziki olaraq mövcud olmayan, lakin virtual şəkildə yaradılan ilk üzvüdür. O, Albaniyanı tenderlərin 100% korrupsiyadan azad olduğu ölkəyə çevirməyə kömək edəcək."
Dövlət satınalmaları uzun illərdir Albaniyada korrupsiya qalmaqallarının əsas mənbələrindən biri hesab olunur. Ekspertlərin fikrincə, Balkan ölkəsi olan Albaniya narkotik və silah qaçaqmalçılığından əldə edilən pulların yuyulması üçün mühüm mərkəzə çevrilib və korrupsiya hakimiyyətin yüksək eşalonlarına qədər nüfuz edib. Bu imic ölkənin 2030-cu ilə qədər Avropa İttifaqına qoşulmaq planlarını da çətinləşdirir.
Hökumət hələ ki, "Diella"nın fəaliyyətinə hansı formada insan nəzarəti olacağını açıqlamayıb və botun manipulyasiya edilmə risklərinə toxunmayıb.
"Diella" ilin əvvəlində e-Albania platformasında süni intellekt əsasında virtual köməkçi kimi istifadəyə verilmişdi. O, ənənəvi albaniya geyimində təqdim olunur, səsli əmrlərlə vətəndaşlara və bizneslərə dövlət sənədlərinin əldə olunmasında yardım göstərir, elektron möhürlərlə sənəd verir və bürokratik ləngimələri azaldır.
Bununla belə, hamı bu yeniliyə inanmır. Bir sosial şəbəkə istifadəçisi yazıb: "Albaniyada hətta Diella da korrupsiyalaşacaq." Digəri isə belə şərh edib: "Oğurluq davam edəcək və günah Diellanın üstünə atılacaq."
May ayında seçilən yeni parlamentin cümə günü toplanacağı gözlənilir. Lakin hökumətin həmin gün səsverməyə çıxarılıb-çıxarılmayacağı hələlik bəlli deyil.

Son xəbərlər