Mojo.az Banner
23:01 Ermənistan Rusiyadan rəsmi şikayət edib  |     22:55 Balaxanıda baş vermiş yanğın söndürüldü  |     22:47 “İnstagram”da yeni trend  |     22:42 Yeni tədris ilində bəzi dərsliklər dəyişəcək - SİYAHI  |     22:35 Səhər yorğun oyanırsınızsa, səbəbi bu ola bilər  |     22:30 Zəlimxan Yusupov həbs edildi  |     22:22 10 ilə yaxın ekologiya sistemi qurdu - Bakıda kafedə noutbuku oğurlandı  |     22:16 Müğənni qardaşını öldürən şəxsə ağır cəza istənildi  |     22:10 Avtobuslarda sərnişinlərin telefonlarını oğurlayırdı - 5 il 3 ay həbs  |     22:02 8 ayda Azərbaycan büdcəsinə nə qədər pul yığılıb?  |     21:57 Azərbaycan Gürcüstana 22 mindən çox dərslik göndərdi  |     21:50 Lionel Messi 17-ci dəfə "Qızıl top"a namizəd oldu  |     21:39 Leyla Əhmədova ev dustaqlığına buraxıldı  |     21:28 Çimərliyə getmək istəyənlərin nəzərinə  |     21:20 Şəkidə məşhur əyləncə mərkəzindəki faciə ilə bağlı YENİ DETALLAR - FOTO / VİDEO (Yenilənib)  |     21:13 Moskvada qəza törətmiş azərbaycanlı reper təzminat ödədi  |     21:05 Yağışdan sonra bu qoxunu niyə sevirik?  |     20:58 Üç plastik cərrah cəzalandırıldı - 22 klinika cərimələndi  |     20:52 Bakıda 31 yaşlı narkotik aludəçisi küçədə öldü  |     20:47 Bu ölkələrdə vahid turistik viza rejimi tətbiq olunacaq  |    
Left Banner
Right Banner

Goranboyda gəlininə qumbara atan qayınataya AĞIR CƏZA

11.09.2025 11:40 546
Goranboyda gəlininə qumbara atan qayınataya AĞIR CƏZA
Goranboyda gəlininə qumbara atan 68 yaşlı qayınatanın məhkəməsi başa çatıb.

Median.Az
"Qafqazinfo"ya istinadən xəbər verir ki, araşdırmanın sonunda Zakir Namazova verilmiş ittiham təsdiqini tapıb.

İttihama görə, ahıl qayınata uzun müddət davam edən ailə-məişət münaqişəsinin sonunda gəlinini öldürmək qərarına gəlib. O bu məqsədini reallaşdırmaq üçün həyətdə ot tayasının arasında gizlətdiyi "F-1" tipli əl qumbarasından istifadə edib. Belə ki, həyat yoldaşı və azyaşlı nəvəsinin gözləri qarşısında qumbaranın qoruyucusunu çəkərək gəlininin üstünə atıb. Partlayış nəticəsində 39 yaşlı V.A. ağır xəsarət alıb.

Zakir Namazov polis əməkdaşları tərəfindən saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib.

Təqsirləndirilən şəxs məhkəmədə sərbəst ifadə verib. Lakin ittihamlara münasibətdə özünü təqsirli bilməyib.

Zakir Namazovun sözlərinə görə, uzun müddət gəlininin hərəkətlərindən narahat olub. Hətta həyat yoldaşı ilə danışığında onu oğlundan ayıraraq evdən qovacağını söyləyib. O, gəlini ilə münasibətinin ürəkaçan olmadığını etiraf etsə də, ona qumbara atmadığını deyib. Bildirib ki, V.A. bir müddət sonra 3 azyaşlı uşağını da qoyub evdən qaçıb.

"Oğlum ikinci qrup əlildir. Bəzi məsələlərdən sonradan xəbəri olub. Həyat yoldaşı evdən qaçandan sonra rəsmi qaydada boşandılar. Uşaqlarını atdığına görə gəlindən aliment tutulması barədə qərar da var. Lakin alimenti ödəmədi. Qumbara məsələsinə gəlincə, belə bir şey olmayıb. Məndə qumbara olsaydı, elə onu xoşagəlməz hərəkətlər etdiyi 3 il ərzində öldürərdim", - deyə Z.Namazov əlavə edib.

İş materiallarında başqa bir epizod isə təqsirləndirilən şəxsin daha əvvəl gəlinini zorlaması ilə bağlıdır. Hətta o bu münasibətin maneəsiz davam etməsi üçün öz arvadını da öldürməyi fikirləşib. Zərərçəkmiş kimi dindirilən gəlin də qayınatasının hədə-qorxusu ilə dəfələrlə onunla birlikdə olduğunu, hətta ona kəbinə daxil olmağı təklif etdiyini söyləyib. Gəlinin dediyinə görə, kəbin söhbətindən sonra dözə bilməyib, prokurorluğa şikayət edib.

Zakir Namazov isə gəlininin həmin sözlərinin böhtan olduğunu, onu şərləmək məqsədi daşıdığını bildirib:

"Evdən qaçandan bir müddət sonra məndən xahiş etdilər ki, uşaqlarına görə onu bağışlayım. Düzdür, həmin vaxt artıq boşanma da olmuşdu. Buna baxmayaraq onu evə gətirdim. Amma uşaqları anaları ilə birlikdə yaşamağa etiraz etdilər. Məcbur qalıb onu həyətdəki vaqona yerləşdirdim. Sonradan da dedi ki, guya həmin vaqonda hədə-qorxu ilə onunla birlikdə olmuşam. Hətta prokurorluğa da şikayət etdi. Lakin yetərli sübutlar olmadığından cinayət işinin başlanmasından imtina edildi. Sonradan da qumbara hadisəsinə görə həbs olundum".

Məhkəmə istintaqı vaxtı bütün ailə üzvləri, zərərçəkmiş şəxs və digər şahidlər ayrılıqda dindiriliblər.

Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Zakir Namazov 15 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.скачать dle 11.3
Mojo.az Banner