Mojo.az Banner
23:01 Bakı bulvarı bu dəfə çaysevərləri bir araya gətirəcək  |     22:56 Oktyabrın 10-11-i ilə bağlı ciddi xəbərdarlıq  |     22:50 Bu bürclərin həyatı TAMAMİLƏ DƏYİŞİR - Elə şeylər olacaq ki...  |     22:45 iPhone sevənlərə PİS XƏBƏR  |     22:39 Avropa çempionatı: Qadın boksçumuz finalda  |     22:31 Ağcabədi sakini Bakıda üzərində "Makarov" tapançası ilə saxlanıldı  |     22:26 "Naxçıvan" "Sumqayıt"ı məğlub etdi  |     22:21 Tovuzda yaşayış binasını ildırım vurdu - Xəsarət alan var  |     22:12 "Flydubai" pilotu 11 sentyabr terrorunu təkrar etmək istəyib  |     22:07 Masazırda avtomobil yandı  |     21:59 İnterpol Ermənistanda əməliyyat keçirdi - Qarabağ müharibəsi ilə bağlı silahlar götürüldü  |     21:54 Qubada kişi otbiçən mişarla qadına hücum edib - Təfərrüat  |     21:46 Ramzan Kadrov qızını Çeçenistanın ən yüksək ordeni ilə təltif etdi  |     21:41 Mingəçevirdə 44 yaşlı kişi bıçaqlandı  |     21:27 Naxçıvanda suyun verilişində fasilə yaranacaq  |     21:19 Süni intellekt artıq hüquqlara malikdir: Təhqir qadağan edildi  |     21:13 Super El-Nino yarım milyona yaxın insanın ölümünə səbəb ola bilər  |     21:08 AZAL-ın Moskva reysləri təxirə salındı: Təyyarələrdən biri məcburi eniş etdi  |     21:05 "Bigo Live"da qadını və ailəsini təhqir etdi -15 gün həbs olundu  |     21:00 Kafe, dərzi sexi və mağazadan oğurluq edən şəxsə hökm oxundu  |    
Mojo.az Avto
Mojo.az Avto

Köməksiz vəziyyətdə qalan ahıl ər-arvadı öldürən şəxs ömürlük azadlıqdan məhrum edilib

02.01.2024 11:26 2 133
Köməksiz vəziyyətdə qalan ahıl ər-arvadı öldürən şəxs ömürlük azadlıqdan məhrum edilib
Daşkəsəndə köməksiz vəziyyətdə qalan ahıl ər-arvadı qəsdən öldürməkdə ittiham olunan 40 yaşlı Şahin Ələsgərovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

“Qafqazinfo”nun məlumatına görə, iş Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim Mikayıl Məmmədzadənin sədrliyi ilə araşdırılıb.

İttihamda deyilir ki, təqsirləndirilən şəxs 86 yaşlı Məhərrəm Məmmədov və onun arvadı 77 yaşlı Pəri Məmmədovanın övladlarının olmadığı üçün tənha yaşadıqlarını bilib, evdə pul olacağını düşünərək onları quldurluq niyyəti ilə öldürmək qərarına gəlib.

Müttəhim cinayət törətmək məqsədilə evə girərkən ilk olaraq P.Məmmədova ilə qarılaşıb. O, əlində olan taxta parçası ilə yaşlı qadının başına ardıcıl zərbə vuraraq ölümünə səbəb olub. Təqsirləndirilən şəxs arvadının qışqırıq səsinə çıxan əri M.Məmmədovu da eyni qaydada öldürüb. O, hadisədən sonra bir müddət sahibindən icazəsiz kənd sakinlərdən birinin evində gizlənib.

Ş.Ələsgərov məhkəmədə özünü təqsirli bilib, törətdiyi cinayət əməlinə görə peşman olduğunu deyib.

Məhkəmə istintaqının sonunda prokuror ittiham nitqi ilə çıxış edərək təqsirləndirilən şəxsin qanunun icazə verdiyi ən ağır cəzaya məhkum edilməsini tələb edib.

Hökmə əsasən, Şahin Ələsgərov köməksiz vəziyyətdə olan iki nəfəri öldürməkdə, oğurluqda, quldurluqda, mənzil toxunulmazlığını pozmaqda və əmlakı məhv etməkdə təqsirli bilinərək ömürlük azadlıqdan məhrum edilib. O, qalan ömrünü həbsxanada keçirəcək.скачать dle 11.3
Mojo.az Banner