Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
23:01 Yerimə sürəti ömrün uzunluğundan xəbər verə bilər - Yeni araşdırma | 22:55 Hava limanında 20 min dollar tapan şəxslə bağlı qərar verildi | 22:50 Kirayə pulunu ödəmək üçün qapı oğurladı, 23 gün həbs edildi | 22:42 Payız yorğunluğundan xilas olmaq üçün 5 sadə məşq - Mütəxəssisdən tövsiyələr | 22:37 "Xəmsə" tüstüyə görə cərimələndi - 4800 manatlıq cərimə ləğv edildi | 22:30 Xəbəri olmadan adına şirkət açıldı, 634 min manat vergi borcu yarandı (VİDEO) | 22:24 Üzü daha gənc göstərən saç kəsimləri | 22:15 Qazaxıstan və Ermənistan TRIPP-i müzakirə etdi | 22:10 Yaponiyada güclü zəlzələ oldu | 22:03 Bakıda istehlaka yararsız süd məhsulları aşkarlandı | 21:58 Sabah Bakıda yağış yağacaq | 21:50 "Arxa oturacaqda 7 yaşlı qıza əxlaqsızlıq edərkən gördüm ki..." - 67 yaşlı kişidən iyrənc hərəkət | 21:45 Maliyyə yoxlamaları nəticəsində 106,9 mln. manat vəsait bərpa edilib | 21:38 Sosial şəbəkələrdə böhtan və təhqirə məruz qalanlar nə etməlidir? - Hakimdən izah | 21:33 Ərdoğanın keçmiş müavini həbs edildi | 21:26 Ötən ay avtobusla 54 milyona yaxın sərnişin daşınıb | 21:21 Tikinti zamanı ayağı sınan fəhlə "Avrasiya" MTK-dan şikayətçidir - VİDEO | 21:13 Atasından pul oğurlayıb qumar oynayırmış - Məhkəmə bu qərarı verdi | 21:07 "Polis erməni dilində danışmağımı görüb..." - Azərbaycanlı bloger | 21:01 Premyer Liqa: "Turan Tovuz" səfərdə "Qarabağ"a qalib gəlib |
Mojo.az Avto
Mojo.az Avto

6 ay ömür qoydular, 25 ildir xərçənglə yaşayır - Bu necə mümkün olub?

06.09.2025 21:33 555
6 ay ömür qoydular, 25 ildir xərçənglə yaşayır - Bu necə mümkün olub?
"Surrey" kriket klubunun sabiq prezidenti Mayk Soperə 25 il əvvəl prostat xərçəngi diaqnozu qoyulanda, həkimlər ona cəmi altı ay ömrünün qaldığını bildirib. Lakin 80 yaşlı Soper bu proqnozu alt-üst edərək hələ də həyatda qalmağı bacarıb və metastatik prostat xərçəngi ilə ən uzun müddət yaşayan xəstələrdən biri kimi tarixə düşüb.

Soper 55 yaşında və təzəcə təqaüdə çıxdığı vaxt evə qayıdarkən döş qəfəsində ağrı hiss edib. Əvvəlcə bu, ürəklə əlaqələndirilib, lakin aparılan testlər PSA dəyərinin 580 ng/mL olduğunu və xərçəngin artıq sümüklərə də yayılmasını ortaya qoyub.

Soper köhnə dostu, Böyük Britaniyanın sabiq baş naziri Con Meycor vasitəsilə ABŞ-dakı MD Anderson Xərçəng Mərkəzindən professor Kris Loqotetislə əlaqə qurub. Həmin dövrdə İngiltərədə standart müalicə hormon terapiyası idi, lakin Loqotetis daha fərqli yanaşma tətbiq edirdi.

ABŞ-da döş xərçəngi üçün istifadə olunan "Taxotere" preparatı Soperə də verilib və nəticədə PSA dəyəri aylar ərzində demək olar ki, sıfıra enib. 2012-ci ilə qədər hər il ABŞ-a gedərək müalicəsini davam etdirib.

2015-ci ildən PSA dəyəri yenidən yüksəlib və 2024-cü ildə 1,237 ng/mL-ə çatıb. Bunun ardınca Soper Londonun "Royal Marsden" xəstəxanasında adı hələ müəyyənləşməmiş yeni bir preparatın klinik sınaqlarına qoşulub. 29 həftəlik müalicədən sonra PSA dəyəri 23 ng/mL-ə qədər düşüb.

Soper uzun illərin təcrübəsi ilə xəstəliyin vaxtında aşkarlanmasının həyati əhəmiyyət daşıdığını vurğulayır. O, 45 yaşdan etibarən prostat xərçəngi üçün milli skrininq proqramının məcburi olmasını tələb edir:

"Xərçəng illərlə gizli qala bilər. Mənə diaqnoz qoyulanda artıq altı ildir bədəndə var idi. Əlamətləri yalnız sümük zədələnməsindən sonra üzə çıxdı. Müntəzəm yoxlanış həm həyatları xilas edər, həm də səhiyyə sisteminə milyardlarla qənaət qazandırar".

Soper bu gün də gələcəyə nikbin baxır: "Ölməyə hazır olduğumu düşünmürəm. Qarşıda hələ görəcəyim çox iş var. Bizim təcrübəmiz gələcəkdə digər kişilərin daha yaxşı müalicə almasına imkan yaradacaq".
//qaynar.az

Son xəbərlər