Mojo.az — elanlar
RU
Son Xəbərlər
23:30 35 il həbsi istənilən "Cəhənnəm Necati"nin məhkəməsində hökm oxundu  |     22:42 Hande Erçel 24 saata bu qədər qazanır – Reklam qiyməti müzakirə yaratdı  |     22:34 Neftin qiyməti 117 dollara yaxınlaşdı – Yarım ilin rekordu yeniləndi  |     22:29 Bu bürclər diqqətli olsun: Sabah gözlənilməz hadisələr yaşanacaq  |     22:21 Ermənilər Azərbaycanla sərhəddə qanunsuz ağac kəsir  |     22:16 Sumqayıtda avtomobil piyadaları vurub, daha sonra yanıb  |     22:08 Şagirdlər ev tapşırığını "ChatGPT"yə yazdırır - Təhsildə yeni təhlükə  |     22:02 Qızıl bu həddə qədər ucuzlaşacaq - PROQNOZ  |     21:57 Çernobıl qəzasından 40 il sonra: Radioaktiv hissəciklər hələ də dağılmayıb  |     21:50 Kvant fizikası sahəsində irəliləyiş: Superkeçiricilərin hazırlanması sürətlənə bilər  |     21:42 2 milyon insanın yaşadığı ərazidəki vulkanın altında qeyri-adi aktivlik aşkarlandı  |     21:37 Bakı və Abşeronda leysan yağacaq, şimşək çaxacaq  |     21:30 Pensiyaların azalacağı barədə iddialara iqtisadçıdan cavab  |     21:24 2026-cı ilin payızında üst geyimlərində ən populyar rənglər  |     21:15 İstanbulda holdinq rəhbəri həbs edildi  |     21:10 26 yaşlı MMA döyüşçüsü silahlı atışmada öldü  |     21:03 Narkotik qalmaqalından sonra Nəvai qonorarını artırdı  |     20:51 Bakıda FIFA U-15 dünya çempionatı start götürüb - YENİLƏNİB  |     20:49 İlham Əliyev Azərbaycan-Timor-Leste yığmalarının oyununu izləyir  |     20:48 Goranboyda yolu keçmək istəyən kişi avtomobilin altında qaldı  |    
Mojo.az Avto
Mojo.az Avto

Yarım milyon manat mənimsəyən bacısını xilas etmək istədi: Özü dələduzluğun qurbanı oldu

04.09.2025 11:34 588
Yarım milyon manat mənimsəyən bacısını xilas etmək istədi: Özü dələduzluğun qurbanı oldu
İşlədiyi şirkətin yarım milyon manatdan çox pulunu mənimsəyən Tamilla Əliyevanın bacısı onu həbsdən azad etdirmək istəyərkən öz pullarını da itirib.

Median.Az
"Qafqazinfo"ya istinadən xəbər verir ki, Yeganə Mirmövsümova mühasib işləyən bacısının azadlığa çıxması üçün əvvəllər məhkum edilmiş Mirqərib Qasımova külli miqdarda pul verib.

Belə ki, keçmiş məhkum bacısının işinə görə təcili kömək axtaran Yeganəyə yüksək vəzifədə işləyən tanışlarının olduğunu deyib. Söz verib ki, həmin adamlar vasitəsilə xüsusilə ağır cinayətlərdə ittiham olunan bacısını həbsdən azad etdirə biləcək. O, həmin vaxt Ali Məhkəmənin sədri işləyən hakimi də yalandan yaxın adamı kimi təqdim edərək qarşı tərəfin inamını daha da möhkəmləndirib.

Yekunda tərəflər məsələnin həlli üçün 80 min manat qarşılığında əl sıxıblar. Yeganə qısa vaxtda həmin pulu taparaq verib.

Üstündən bir müddət keçəndən sonra Tamilla Əliyevaya 10 il 6 ay həbs cəzası verilib. Sonradan apellyasiya instansiyası da hökmü təsdiqləyib.

Nəhayət, Yeganə bacısını həbsdən xilas etmək istəyərkən tora düşdüyünü anlayıb. Dələduzluğa məruz qalması ilə bağlı polisə müraciət edib.

Zərərçəkmişin şikayəti Daxili İşlər Nazirliyinin (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində araşdırılıb. İdarədə aparılan istintaqla Mirqərib Qasımovun başqa şəxslərə qarşı da dələduzluq əməllərinin üstü açılıb. O, toplanmış sübutlar əsasında həbs edilib.

İstintaq materiallarına əlavə edilmiş sənəddən görünür ki, təqsirləndirilən şəxs əvvəllər "Euro-Azia-Az" Məhdud Məsuliyyətli Cəmiyyətinin Sumqayıt şəhər filialının direktoru işləyib. Həmin şirkətdəki korrupsiya faktlarına görə 8 il 6 ay şərti cəza alıb. Hazırda həmin məhkumluğu tam başa çatıb.

İşə Sumqayıt Ağır Cinayətlər Məhkəməsində hakim Aynur Rzayevanın sədrliyi ilə baxılıb. Zərərçəkmiş şəxs məhkəmədə də polisə verdiyi ifadəni təsdiq edib. Onun sözlərinə görə, həmin pulu toplamaq üçün iki evini satıb. Hazırda isə 80 minin cəmi 30 mini ona qaytarılıb. Qalan hissə ödənilmədiyi üçün hələ də şikayətçidir.

Məhkəmə istintaqı vaxtı müttəhimin əməlindən əziyyət çəkən digər zərərçəkmişlər də dindiriliblər. Yekunda toplanmış sübutlar təsdiqini tapıb.

Hökmə əsasən, Mirqərib Qasımova ziyanın bir hissəsini ödəməsi nəzərə alınaraq 6 il müddətinə azadlıqdan məhrumetmə cəzası verilib.

Son xəbərlər