Mojo.az Banner
23:02 Alimlərdən xərçənglə bağlı yeni kəşf  |     22:57 “Evdə tək” geri qayıdır? – Makoley Kalkin 37 il sonra Kevin rolunda  |     22:50 Avqustun sonuna qədər bu 4 bürcü PUL GÖZLƏYİR  |     22:45 Eyni ofisdə fərqli iş saatları: Yeni model nəyi dəyişəcək?  |     22:38 Avtomobil bazarında kredit bumu: Elektromobil və hibridlərə maraq artır  |     22:32 Z nəsli yaşamaq üçün ən yaxşı şəhərləri seçdi (SİYAHI)  |     22:25 Dünyada 2,2 milyard insanın görmə problemi var  |     22:20 Rusiyada təyyarə eniş zamanı zolaqdan çıxdı  |     22:12 "Türkiyə Azərbaycanda müxtəlif layihələrin həyata keçirilməsinə hazırdır" - Alparslan Bayraktar  |     22:07 Estoniya Rusiya ilə sərhdə bağlamaq istəyir  |     21:57 İsti vurması zamanı nə etməli? - Həyat qurtaran vacib qaydalar  |     21:44 Saray qəsəbəsində zəncirvari avtomobil qəzası baş verib  |     21:43 Co Baydenin səhhəti pisləşdi  |     21:09 DİN, Baş Prokurorluq və ANAMA Xocavənddə mina partlayışı ilə bağlı məlumat yaydılar  |     20:58 Diş fırçası nə qədər müddətdən bir dəyişdirilməlidir?  |     20:26 Oman sahillərində yük gəmisinə hücum edilib  |     20:18 İnsanda primitiv düşüncəni göstərən 5 vərdiş  |     20:17 "Roma" klubu Lorenzo Pelleqrini ilə müqavilənin müddətini uzadıb  |     19:55 Səudiyyə Ərəbistanından İrana XƏBƏRDARLIQ  |     19:50 Aprel döyüşlərinin bütün iştirakçıları niyə veteran statusu ala bilmir?  |    
Left Banner
Right Banner

Bankın yarım milyon manatını mənimsəyən xanımlardan birinə ağır cəza verildi

29.04.2025 14:09 1 659
Bankın yarım milyon manatını mənimsəyən xanımlardan birinə ağır cəza verildi
"Premium Bank"ın yarım milyon manata yaxın vəsaitini mənimsəməkdə təqsirləndirilən bankın sabiq filial müdiri Nəzakət Məmmədxanova və həmin filialın baş xəzinədarı Samirə Əliyevanın cinayət işi üzrə yekun məhkəmə prosesi keçirilib.

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Cavid Hüseynovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunaraq təqsirləndirilənlərdən Nəzakət Məmmədxanova 7 il azadlıqdan məhrum edilib və o, məhkəmə zalında həbs olunub, Samirə Əliyeva isə 2 il sınaq müddəti olmaqla azadlıqdan şərti məhrum edilib.

Xatırladaq ki, daha öncəki prosesdə prokuror Nəzakət Məmmədxanovanın 9 il, Samirə Əliyevanın 7 il müddətinə azadlıqdan məhrum olunmasını məhkəməyə təklif etmişdi.

Qeyd edək ki, Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində aparılan istintaqla müəyyən edilib ki, "Premium Bank" ASC-də filial müdiri işləyən Nəzakət Şərəf qızı Məmmədxanova ötən ilin mayın 8-dən mayın 23-dək işlədiyi 5 saylı filialın 461 min 170 manat pulunu qulluq mövqeyindən istifadə edərək mənimsəyib.

Ona bu işdə həmin filialın baş xəzinədarı işləyən Samirə Novruz qızı Əliyeva kömək edib. O, 32 mədaxil qəbzi əsasında 461 min 170 manat pulu bankda olan Nəzakət Məmmədxanovaya məxsus hesab nömrəsindən "M10" proqram təminatında istifadəsində olan mobil nömrə vasitəsilə ayrı-ayrı şəxslərdən kriptovalyuta alaraq internet üzərindən kriptovalyuta alqı-satqısının həyata keçirildiyi "Binance.com" internet saytında onun hesabına yerləşdirib.

Onlar barəsində Cinayət Məcəlləsinin 179.3.2 (mənimsəmə və ya israf etmə - külli miqdarda törədildikdə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə - ağır nəticələrə səbəb olduqda) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham irəli sürülüb.

Cinayət işində "Premium Bank" zərərçəkmiş qismində tanınıb.
//oxu.azскачать dle 11.3
Mojo.az Banner