Mojo.az Banner
23:01 Şamaxıda gecəyarısı vətəndaşın obyektini sökən şirkət kimindir? (VİDEO)  |     22:57 Zirzəmidə yıxılıb çarəsiz qalan şəxs xilas olundu (VİDEO)  |     22:51 Azərbaycanda uzunömürlülərin sayı - MARAQLI STATİSTİKA  |     22:45 Ceyhun Bayramovla Marko Rubio arasında telefon danışığı aparıldı  |     22:40 Türkiyədə iki futbol hakimi həbs olundu  |     22:31 Ucarda şagirdin məktəbdən kənarlaşdırılması narazılıq yaradıb - VİDEO  |     22:26 Xalq artisti xəstəxanadan evə buraxıldı  |     22:20 Saturn Yerə ən yaxın mövqeyindədir: Bu gecə onu necə görmək olar?  |     22:12 Qeysəriyyə əməliyyatı olunan 31 yaşlı qadın öldü  |     22:08 Zəngəzurda saxlanılan azərbaycanlı hərbçi İrəvanda xəstəxanaya yerləşdirildi  |     21:51 Bakıda torpağın qiyməti kəskin artdı - Ən çox bu rayonda bahalaşıb  |     21:50 "Azəriqaz"ın adından 10 min manatlıq dələduzluq  |     21:46 Azərbaycanda uşaqların gözü qarşısında qadını bağçanın həyətində vəhşicəsinə bıçaqladılar - Hadisə baş verən ərazidən görüntülər  |     21:44 Məşhur türk aktrisası vəfat etdi  |     21:37 Avtomobil sürmək üçün etibarnamə tələbi niyə təkmilləşdirilmir? (VİDEO)  |     21:34 Məşhur biznesmeni ailəsi ilə hədələyiblər - 20 milyonluq şantaj işində yeni adlar  |     21:19 Tünd çörək həmişə çovdar çörəyi deyil: Seçim zamanı səhvə yol verməyin  |     21:18 ANS-in keçmiş işçisi bu televiziyaya direktor təyin olundu  |     21:08 "Sumqayıt"ın ev oyunlarını keçirəcəyi məkan dəyişdi  |     21:07 Bakıda məktəbli sinif yoldaşını qətlə yetirdi  |    
Mojo.az Avto
Mojo.az Avto

"Beynəlxalq Bank"ın sabiq şöbə müdiri məhkəmə zalında həbs olundu

29.10.2024 15:06 2 364
Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rasim Sadıxovun sədrliyi ilə Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddəsi ilə təqsirləndirilən şəxs Natiq Nüsrətzadənin məhkəməsinin növbəti iclası keçirilib.

"Unikal"ın məlumatına görə, cinayət işində zərərçəkən qismində "Azərbaycan Beynəlxalq Bankı" ASC tanınıb. Təqsirləndirilən şəxsin vəkili Əfqan Həsənov çıxış edərək bildirib ki, Natiq Məzahir oğlu Nüsrətzadə işlədiyi banka vurmuş ziyanın bir hissəsini ödəyib, qalan ziyanı da ödəmək niyyətindədir. Onun ilk məhkumluğunu, əməlindən səmimi peşman olmağını nəzərə alaraq Natiq Nüsrətzadəyə aşağı cəza verməyi xahiş edib. Təqsirləndirilən şəxs Natiq Nüsrətzadə də əməlindən səmimi peşman olduğunu bildirərək ona aşağı cəza verilməsini istəyib.

Çıxışlar bitdikdən sonra hakim müşavirəyə gedib və hökm elan olunub. Hökmə əsasən, polisin nəzarəti altında olan Natiq Nüsrətzadə 6 il 6 ay azadlıqdan məhrum edilərək məhkəmə zalında həbs edilib.

Xatırladaq ki, dövlət ittihamçısı Rauf Malışov təqsirləndirilən şəxsin 8 il müddətinə azadlıqdan məhrum olunmasını təklif edib.

Qeyd edək ki, Natiq Nüsrətzadə "Azərbaycan Beynəlxalq Bankı"nda nəqliyyat departamentinin müdiri vəzifəsində işləyib. O, işlədiyi dövrdə bankın 48 min manatını mənimsəyib, həmin ziyandan isə cəmi 21 min manatı geri qaytarıb.скачать dle 11.3
Mojo.az Banner