Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
22:58 Mingəçevirdə qonşular arasında mübahisə qanla bitdi | 22:50 Köçkünlər üçün bəzi güzəştlər yenidən tənzimlənəcək | 22:43 Londonda avtomobilləri əridən göydələnin sirri - Səbəb memarlıq səhvi imiş | 22:32 Məzuniyyətini hissə-hissə götürənlər əlavə pul alacaq | 22:26 Gimnastlarımız Dünya çempionatında mübarizəni davam etdirirlər | 22:19 Bakıda klinikanın qarşısında ağır qəza - Hadisənin anbaan görüntüsü | 22:09 Rusiyada ağır qəzada həlak olan azərbaycanlılar dəfn olundular | 21:56 Bakıda kollecdə qanlı hadisəyə qız səbəb olubmuş: Şahidlər danışdılar - Video | 21:50 Paraqvay prezidenti istefa verib | 21:45 Sahibə Qafarova Qazaxıstana səfər edib | 21:28 İş axtaranlara şad xəbər: 82 yeni vakansiya | 21:02 Nepalda Azərbaycan və Kanadada işə düzəltmək adı ilə dələduzluq: İki nəfər saxlanıldı | 20:45 Bu vəzifələrdə çalışanların maaşı 3600 manat oldu | 20:40 Sabah bir rayonda qaz olmayacaq | 20:16 Bəşir Süleymanlıya 9 il həbs cəzası istənildi | 20:15 Şavkat Mirziyoyev Zəfər Günü münasibətilə İlham Əliyevi təbrik edib | 20:10 Sertifikasiyada bal artdıqca maaş əlavəsi də artırılmalıdır – TƏKLİF | 17:44 Rayonların azad olunmasından sonra doğulan uşaqlara status veriləcək | 17:36 Ər-arvad dalaşdılar, oğul anasının üstünə benzin töküb yandırdı | 17:33 Türkiyədən Azərbaycana tibbi təyinatlı malların gətirilməsinin qarşısı alınıb |
Mojo.az Avto
Mojo.az Avto

Xankəndidə qondarma rejimin "XİN" binasının yerində nə tikiləcək? - AÇIQLAMA

02.09.2025 15:59 630
Xankəndidə qondarma rejimin
"Artıq beş ildir ki, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə “Böyük Qayıdış” Dövlət Proqramı çərçivəsində işğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı və sistemli bərpa-quruculuq prosesi həyata keçirilir".

Bu barədə Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin məlumatında bildirilib.

Qeyd edilib ki, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarını əhatə edən bu proqram yalnız dağıdılmış infrastrukturun deyil, həm də milli kimliyin, tarixi yaddaşın və dövlətçiliyin bərpasını təmin edən çoxşaxəli bir prosesdir:

"Proqram çərçivəsində azad olunmuş ərazilərdə, şəhər, qəsəbə və kəndlərdə müasir şəhərsalma prinsiplərinə əsaslanan kompleks layihələr icra olunur, yaşayış məhəllələri salınır, məktəblər, xəstəxanalar, mədəniyyət ocaqları, yollar, enerji və su təchizatı sistemləri qurulur. Eyni zamanda, mədəni irs nümunələri bərpa olunur, tarixi abidələr yenidən dirçəldilir. Bu tikinti dalğasının davamı olaraq 2025-ci ilin sentyabr ayında Xankəndi şəhərində daha bir mühüm və rəmzi layihənin gerçəkləşdirilməsinə başlanılır. Belə ki, uzun illər separatçı rejimin qondarma “Xarici İşlər Nazirliyi”nin istifadə etdiyi inzibati binanın söküntüsünə başlanılıb və yerində Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Qarabağ Regional Memarlıq və Şəhərsalma Baş İdarəsi üçün müasir inzibati bina inşa olunacaq. Binanın söküntüsü rəmzi olaraq 2 sentyabr tarixində – vaxtilə qondarma tarixə qovuşmuş və unudulan qondarma “respublika” elan olunduğu gündə başlayıb. Bu tarixin seçilməsi təsadüfi deyil – məqsəd torpaqlarımızda separatizmin izlərini tamamilə aradan qaldırmaq, Azərbaycanın ərazi bütövlüyü üzərində bərqərar olan yeni quruculuq və inkişaf mərhələsinin başladığını bir daha vurğulamaqdır.

Xankəndi şəhərinin mərkəzində inşa olunacaq yeni inzibati binanın memarlıq-konseptual həlli və texniki göstəriciləri Qarabağın strateji inkişaf prioritetlərinə uyğun şəkildə hazırlanıb. Bina artıq dörd ildir ki, Qarabağ və Şərqi Zəngəzur iqtisadi zonalarında şəhərsalma və tikinti fəaliyyətini təmin edən, regionun bərpa və yenidən qurulmasında mühüm rol oynayan Qarabağ Regional Memarlıq və Şəhərsalma Baş İdarəsinin əsas qərargahı olacaq. Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin bu Baş İdarəsi kompleks şəhərsalma və infrastruktur layihələrinin həyata keçirilməsinə, müasir memarlıq və urbanistika konsepsiyalarının tətbiqinə, dövlət və özəl qurumların bu sahədə fəaliyyətinin əlaqələndirilməsinə, mədəni və tarixi irsin qorunmasına, həmçinin yaşayış üçün rahat və funksional şəhər məkanlarının yaradılmasına cavabdehdir. Buradan regionun dayanıqlı inkişafı, müasir infrastrukturun yaradılması, ekoloji tarazlığın qorunması, həmçinin əhalinin rahat və təhlükəsiz yaşayışı üçün bütün əsas planlaşdırma və nəzarət mexanizmləri idarə olunacaq. Uzun illər dağıntı və qanunsuz separatizmlə assosiasiya olunan bina yeni mərhələdə dirçəlişin və quruculuğun rəmzinə çevriləcək. Burada Qarabağımızın və Şərqi Zəngəzurumuzun bərpası prosesində birbaşa iştirak edən peşəkar mütəxəssislər çalışacaqlar.

Baş İdarənin yeni 3-mərtəbəli binası müasir memarlıq üslubunda, dayanıqlı tikinti materiallarından istifadə olunmaqla inşa ediləcək, ümumi sahəsi təqribən 2000 m2 təşkil edəcək. Binanın 2027-ci ilin əvvəlində istismara verilməsi nəzərdə tutulur.

Layihə çərçivəsində işçi heyətin səmərəli fəaliyyət göstərməsi üçün müasir iş şəraiti yaradılacaq. Binada müasir texniki təminatlı geniş iş otaqları, vətəndaşların qəbulu, toplantılar keçirmək üçün şərait təmin olunacaq.

Azərbaycan Respublikasının ərazi bütövlüyünün və dövlət suverenliyinin tam bərpası şəraitində həyata keçirilən “Böyük Qayıdış” proqramının davamı olaraq inşa ediləcək bu bina Qarabağda dövlət idarəçiliyinin möhkəmləndirilməsinə xidmət edərək, xalqımızın sarsılmaz iradəsini və dövlətimizin gücünü ifadə edən dəyərli bir simvol kimi tarixdə öz layiqli yerini tutacaq", - məlumatda vurğulanıb.

Son xəbərlər