Mojo.az Banner
11:24 DSX-nin baş çavuşu ürək çatışmazlığından yox, koronavirusdan vəfat edibmiş  |     11:16 Azərbaycanda boşanmaların ən çox və ən az olduğu iqtisadi rayonlar  |     23:01 Əhali restoran və kafelərdə nə qədər pul xərcləyib?  |     22:54 Tramp BBC-ni məhkəməyə verəcək  |     22:45 Qanunsuz silah-sursatla bağlı 11 fakt müəyyənləşib  |     22:32 Daşkənddə binalar üzərində Azərbaycan bayrağı proyeksiya olunub  |     22:25 Nizami rayonunda çoxmərtəbəli yaşayış binasında YANĞIN (Video)  |     22:17 Sosial şəbəkələrdə qadınları şantaj edənləri hansı cəza gözləyir? - Video  |     22:04 Şəkidə sahibsiz it iki nəfərə hücum etdi  |     22:02 Azərbaycan bentonit istehsalını 37 %-dən çox artırıb  |     22:00 Təhsilə ayrılan maliyyə yetərlidirmi?  |     21:38 Dələduzluğa görə axtarışda olan 10 nəfər saxlanıldı  |     21:37 Şəkidə 50 yaşlı kişi qətlə yetirildi  |     21:24 İndoneziyada torpaq sürüşməsi: 10-dan çox ölü, itkin düşənlər var  |     21:06 Qusarçay məcrasını dəyişib, evlər təhlükə altında qalıb  |     20:57 Fransa Rusiyanın Ukraynaya zərbələri zamanı Azərbaycan səfirliyinin zərər görməsini pisləyib  |     20:50 Tramp BBC-ni məhkəməyə verəcək  |     20:38 ​5 gün ardıcıl QEYRİ-İŞ GÜNÜ OLACAQ - TARİXLƏR  |     20:15 Şəkidə 50 yaşlı kişi qətlə yetirilib, şübhəli şəxs polisə təslim olub  |     20:07 Balıq bazarında canlanma: Ən çox alınan növlər AÇIQLANDI  |    
Left Banner
Right Banner

Kirayə mənzil bazarında vəziyyət necədir?

28.08.2025 21:53 312
Kirayə mənzil bazarında vəziyyət necədir?
Ali məktəblərdə tədrisin başlamasına və tələbələrin rayonlardan paytaxta axın etməsinə az müddət qalıb. Tələbələrin kirayə mənzil tapmaq üçün Bakıya gəlməyə başladığı müşahidə olunur.

Bəs kirayə mənzil bazarında vəziyyət necədir?

Trend-ə açıqlama verən əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev bildirib ki, son illər əmlak bazarında, xüsusilə Bakıda əmlak bazarında satış qiymətlərində baş verən artımlar kirayə qiymətlərinə də öz təsirini göstərir:

"Bir əmlakın kirayə qiyməti onun satış qiymətinin 0.5%-i nisbətində ölçülür. Təqribən 10 il əvvəl Bakının mərkəz rayonlarında bir otaqlı evlərin satış qiyməti 60-65 min manat civarında idisə, hazırda bu rəqəm 90-110 min manat arası dəyişir. Onların qiyməti artdıqca kirayə haqları da artır. Həmçinin, otaq sayı artdıqca da kəskin artımlar müşahidə olunur. Digər tərəfdən, uzun müddətdir paytaxtda söküntü-bərpa işləri gedir.

Paytaxtın mərkəz və mərkəzə yaxın ərazilərində olan köhnə yaşayış massivlərinin sökülməsi artıq həmin ərazilərdə olan ucuz kirayə mənzillərin bazardan çıxmasına gətirib çıxarır. Söküntü prosesləri iki formada aparılır. Bəzi ərazilər dövlət ehtiyacı üçün alınır. Yəni orada parklar salınır, yollar tikilir. Həmin ərazilərdə artıq yaşayş binaları mövcud olmur. Digər ərazilərdə tikinti şirkətləri tərəfindən söküntü aparılır və yerində yeni tipli binalar inşa olunur. Bu zaman evləri sökülən vətəndaşlar özləri uzunmüddətli kirayə çıxmalı olurlar. Artıq paytaxt sakinləri özləri məcburən şəhərdəki mənzilləri uzunmüddətli kirayələməli olurlar. Nəticə etibarilə sökülən binalardakı evlər kirayə bazarından çıxır, yerində tikilən binalardakı mənzillərin qiyməti isə iki dəfəyə qədər baha olur”.

E.Fərzəliyev qeyd edib ki, hazırda bir neçə ildir baş verən qiymət artımları səbəbindən tələbələrin əksəriyyəti Bakıətrafı ərazilərə üz tuturlar:

"Bu zaman tələbələr günlərinin 2-3 saatını yola sərf edir, əlavə yol xərcləri yaranır. Bu problemdən çıxış yolu istifadə edilməyən tələbə yataqxanalarıdır. Əvvəllər bir çox tələbə yataqxanalarında məcburi köçkünlər yaşayırdı. Daha sonra onların əksəriyyəti evlə təmin olundu. Artıq onlar mərhələli şəkildə öz torpaqlarına köçürlər. Həmin yataqxanalar yaşayış üçün yararsız olsa da, torpaq sahələri var. Düşünürəm ki, köhnə yataqxanaları sökərək, çoxmərtəbəli, müasir yataqxanalar tikilərsə, bu, tələbələrin ev problemini aradan qaldırmış olar. Digər tərəfdən, həmin ali təhsil müəssisələri üçün də bu, külli miqdarda gəlir gətirər. Çünki yataqxanalar da ödənişlidir. Hər hansı ali təhsil müəssisələri istifadə edilməyən yataqxanaları söküb çoxmərtəbəli yataqxana inşa edərsə, 3-5 il ərzində qoyulan xərc tələbələrin ödənişləri ilə geri dönmüş olar”.

Əmlak məsələləri üzrə ekspert Ramil Qasımzadə Trend-ə bildirib ki, artıq kirayə mənzil bazarında canlanma başlayıb:

"Çünki ali məktəblərə qəbul nəticələri açıqlanıb, xüsusilə də birinci kurs tələbələri ev axtarışına çıxırlar. Bu da minlərlə tələbənin bazara daxil olması deməkdir. Məlum olduğu kimi, kirayə mənzil bazarının 20%-ə qədərini tələbələr təşkil edir. Bu, artıq qiymətlərdə özünü göstərir, 50-100 manat artım müşahidə olunur. Birotaqlı evlər 400, ikiotaqlılar 500 manatdan, üçotaqlılar isə 700 manatdan başlayaraq təklif olunur. Keçən illərdə minimum kirayə qiymətləri 300 manat idisə, bu il 400 manata çatmaqdadır. Köhnə mənzil bazarında qiymətlər qeyd etdiyim kimi təklif olunur”.

Ekspert vurğulayıb ki, yeni tikililərdə qiymətlər daha bahadır:

"Belə tikililərdə kirayə qiymətləri hər kvadratmetrə görə 8 manatdan başlayır. Əsasən, axtarılan evlər isə 100 kvadratmetrə qədər olanlardır. Daha böyük evlərə isə nadir hallarda müraciət olunur. Əraziyə görə ən baha qiymətlər metrostansiyaların yaxınlığında yerləşənlərdir. Ən baha qiymətlər ənənəvi olaraq Nərimanov, Nəsimi, Səbail rayonunun bir hissəsi və Yasamal rayonunun "Elmlər Akademiyası" ətrafında olan evlərə aiddir. Əvvəllər "Əhmədli", "Həzi Aslanov" istiqamətində qiymətlər bir qədər ucuz idi. Amma müşahidələrimiz göstərir ki, həmin ərazilərdə də kirayə qiymətləri artmağa başlayıb. Orada da metro yaxınlığında 1 otaqlı mənzillər 400-450 manata təklif olunur. Bir qədər kənarda isə qiymətlər 10-20% daha aşağıdır”.

"Nərimanovda metroya yaxın ərazidə qiymətlər 500 manatdan başlayır. "Neftçilər", "Qara Qarayev", "Əhmədli" və "Xalqlar dostluğu" istiqamətində isə qiymətlər 400 manatdan başlayır. Qiymətlər indi belə təklif olunur. Amma bu səbəblərə görə evləri əvvəlki illərdə kirayələyərək saxlayanlar var. Artıq biz bir neçə ildir müşahidə edirik ki, artıq əvvəlki kimi, tələbələr yay tətilində rayonlara gedib, sonra gələrək yenidən ev axtarmırlar. Bu səbəbdən evlər yay aylarında çox boşalmır.

Qiymətlərin stabil qalmasına səbəblərdən biri də budur. Baxmayaraq ki, kirayə mənzil bazarının 20%-ni tələbələr təşkil edir, onlardan boşalan evlərin sayı çox az olur. Təxminən 5%-ə qədər evlər boşalır. Şəhərin bir neçə istiqamətində fərdi yaşayış evləri də var ki, orada evlərin kirayə qiyməti 250-300 manatdan başlayır. Ən ucuz kateqoriyalı evlər həyət evləridir”, - R.Qasımzadə deyib.скачать dle 11.3