Mojo.az Banner
23:02 İran TRIPP-lə bağlı Paşinyana xəbərdarlıq etdi  |     22:56 "Formula-1"in sabiq rəhbəri həbs olundu  |     22:51 Miqrantların növbəti ünvanı bu Avropa ölkəsi oldu  |     22:43 Bakıya leysan yağdı, küçələri su basdı - VİDEO  |     22:37 Tramp yeni xəritə paylaşdı - Bu əraziləri ABŞ-yə qatdı (FOTO)  |     22:30 Rusiyada yüksəkvəzifəli şəxslər həbs olundu  |     22:25 Paytaxtın velosiped oğrusu saxlanıldı  |     22:19 Bu ölkə Rusiya və Belarusa sərnişin reyslərini qadağan edir  |     22:07 Gedişhaqqı ilə bağlı Açıqlama: “Qarşıdakı 11-12 ay ərzində...”  |     21:50 Şad xəbər: Orta aylıq əmək haqqı bu qədər artdı  |     21:43 Satılan hər 1000 ədəd süfrəlik yumurtaya 30 manat məhsul subsidiyası veriləcək - NAXÇIVANA XÜSUSİ DƏSTƏK  |     21:23 Gürcüstanda Azərbaycan vətəndaşı itkin düşüb  |     21:21 Sabah bu ərazilərdə qaz kəsiləcək  |     21:09 300 balı siyahıda yox idi, amma qəbulda nəzərə alındı: 627 balla tələbə oldu  |     21:00 Başqasının kosmetikasından “ortaq” istifadə etmək olmaz  |     20:53 Sentyabrda 8 gün iş olmayacaq  |     20:48 Universitetlərə qeydiyyat nə zaman başa çatacaq?  |     20:40 Məktəblərin ətrafında təhlükəsizlik tədbirləri gücləndirilir  |     20:34 Ermənistandan Azərbaycana hansı məhsulların gətirilməsi mümkündür? (VİDEO)  |     20:27 Bakıdan Həştərxana müntəzəm uçuşlar bərpa olunur  |    
Left Banner
Right Banner

Naxçıvan Hərbi Məhkəməsində hakim təqsirləndirilən hərbçilərə prokurorun istədiyi cəzadan daha artıq cəza təyin etdi - FOTO

28.08.2025 14:58 1 011
Naxçıvan Hərbi Məhkəməsində hakim təqsirləndirilən hərbçilərə prokurorun istədiyi cəzadan daha artıq cəza təyin etdi - FOTO
Naxçıvandakı N Saylı Hərbi hissədə milyonluq aksiz markası olmayan tütün məmulatlarının oğurlanmasında təqsirləndirilən hərbçilərin məhkəməsi yekunlaşıb.

Median.Az-ın Naxçıvana ezam olunmuş əməkdaşının verdiyi məlumata görə, Naxçıvan Hərbi Məhkəməsində hakim Səxavət Hüseynovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı ittiham nitqi ilə çıxış edib.

Dövlət ittihamçısı məhkəmədən təqsirləndirilən şəxslər Cəmil Allahverdiyevin 6 il, Şahbaz Məmmədovun 3 il, Fərhad Şükürovun 6 il 6 ay, Murad Şükürovun 5 il 6 ay və Vüsal Mehdizadənin isə 5 il 6 ay müddətinə azadlıqdan məhrumetmə, Aməd Qasımov, Nihat Sadıqov, Elcan Hüseynzadə və Amil Ibrahimovun isə 2 il müddətinə şərti cəza verilməsini məhkəməyə təklif edib.

Daha sonra vəkillərin müdafiə çıxışları oldu. Təqsirləndirilən şəxslərin vəkilləri dəymiş ziyanın tam ödənildiyini, həmçinin işin digər hallarını nəzərə alaraq müvəkkillərinə daha yüngül cəza verilməsini məhkəmədən xahiş etdilər.

Təqsirləndirilən şəxslərdən Cəmil Allahverdiyevin vəkili Yusif Seyfəlov bildirdi ki, ibtidai istintaq zamanı cinayət işi ilə bağlı ətraflı araşdırma aparılmayıb. Bir çox məsələlər qaranlıq qalıb. Və bu boşluqların aradan qaldırılması üçün məhkəməyə təqdim edilən 9 əsaslı vəsatət təmin edilərək araşdırılmalı idi. Lakin çox təəssüf ki məhkəmə həmin vəsatətlərin heç birini təmin etmədi. Vəkil onu da vurğulayıb ki, məhkəmə təcrübəsində bu növ əmlak xarakterli cinayətlər üzrə zərər ödənildikdə belə ağır cəzaların verilməsi çox nadir hallarda görünür. Verilmiş cəza ilə qəti şəkildə razılaşmır və obyektiv həqiqətə nail olunmasından ötrü apellyasiyaya şikayətilə Apellyasiya Məhkəməsinə müraciət olunacaq.

Təqsirləndirilən şəxlər son söz deyərək məhkəmədən daha yüngül və ədalətli hökm çıxarmasını xahiş ediblər.

Müşavirədən qayıdan məhkəmə hökmü elan edib.

Hökmə əsasən, təqsirləndirilən şəxslər dövlət ittihamçısı tərəfindən 6 il cəza istənilmiş Cəmil Allahverdiyev 7 il, 3 il istənilmiş Şahbaz Məmmədov 4 il, 6 il 6 ay istənilmiş Fərhad Şükürov 7 il, 5 il 6 ay istənilmiş Murad Şükürov 6 il və 5 il 6 ay istənilmiş Vüsal Mehdizadə 6 il 6 ay müddətinə azadlıqdan məhrum edildilər, Aməd Qasımov, Nihat Sadıqov, Elcan Hüseynzadə və Amil Ibrahimovun isə 2 il müddətinə şərti cəza verildi.

Qeyd edək ki, Naxçıvanda N saylı hərbi hissədə aksiz markası vurulmayan tütün məmulatları hərbi hissənin mülkiyyətinə mədaxil edilib,daha sonra isə oğurlanıb. Adıçəkilən şəxslər də həmin məmulatların oğurlanmasında təqsirləndirilir.

Onlara qarşı Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2-ci (oğurluq - qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə və təkrar törədildikdə), 177.2.3-cü (oğurluq - yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə), 177.2.4-cü (oğurluq - xeyli miqdarda ziyan vurmaqla törədildikdə), 177.3.2-ci (oğurluq - külli miqdarda ziyan vurmaqla törədildikdə) və 311.2-ci (Vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətlərə (hərəkətsizliyə) görə rüşvət alma) maddəsi ilə ittiham irəli sürülüb.







Orxan Rasifoğlu

скачать dle 11.3
Mojo.az Banner