Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
23:01 Milyonlarla dollarlıq maşınlar səhranın ortasında çürüyür | 22:56 Ən yüksək pensiya verilən ölkələr – İldə 30 min avrodan çox | 22:50 Abşeronda kişi işləmək istəyən arvadını vəhşicəsinə döydü | 22:41 Turşu xiyarların xarab olmaması üçün nə etməli? | 22:36 “Taksi sürücüləri ilə dostlaşmışam, evlərinə də gedirəm” - Elza Seyidcahan | 22:30 Qərar qəbul edildi - Bu məhsullar BAHALAŞACAQ | 22:22 Hava şəraiti ilə bağlı xəbərdarlıq edildi | 22:17 Süni intellektdən tibbi məsləhət alanlara XƏBƏRDARLIQ | 22:10 Məşhur sovet aktrisası vəfat etdi | 22:02 Türkiyədə qeyri-adi balıq tutulub - FOTO | 21:57 Azərbaycan bu meyvənin satışından 33 milyon dollar qazanıb | 21:50 Böyük pul qazanmaq istedadı olan BÜRCLƏR | 21:45 Paket çay içənlərə xəbərdarlıq | 21:36 Səudiyyə Ərəbistanına raket və dron hücumu: Husilər strateji obyektləri hədəf aldılar | 21:28 General-mayor olan hərbçilər kimlərdir? - Dosye | 21:20 Sümükləri möhkəmləndirmək üçün təkcə kalsium kifayət deyil - 7 məhsul | 21:17 "Arsenal" "Hall Siti"ni tək qolla üstələdi | 21:15 İspaniyanın məşhur fəvvarəsi Azərbaycan bayrağının rəngləri ilə işıqlandırıldı | 21:12 İlham Əliyev: "Eşq olsun Azərbaycan xalqına! Qarabağ Azərbaycandır!" - Video | 20:05 Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb |
Mojo.az Avto
Mojo.az Avto

Məhkəmə həbsdə olan "Ekstrasens Hikmət"lə bağlı qərar verdi

28.08.2025 12:38 558
Məhkəmə həbsdə olan
Ali Məhkəmədə özünü falçı kimi təqdim edərək vətəndaşın xeyli pulunu dələduzluq yolu ilə ələ keçirməkdə ittiham olunan Mətləb Nemətullayevin barəsindəki qərardan verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

Median.Az
Pravda.az-a istinadən xəbər verir ki, hakim Ələsgər Novruzovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, kassasiya şikayəti təmin edilməyib.

Xatırladaq ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Quba rayon Qamqam kənd sakini olan falçı Mətləb Nemətullayev Cinayət Məcəlləsinin 178.2.4-cü (Dələduzluq) və 182.2.2-ci (Hədə-qorxu ilə tələb etmə) maddələri ilə təqsirli bilinib və 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Bakı Apellyasiya Məhkəməsi şikayəti təmin etməyib.

Qeyd edək ki, məlumata görə, Nemətullayevin cinayətinin üstü xanım müştərisinə hədə-qorxu gəldikdən sonra açılıb.

İttihamda göstərilib ki, "Instagram"da "baxıcı ekstrasens Hikmət" adı ilə fəaliyyət göstərmiş təqsirləndirilən şəxs falçı xidməti üçün müraciət edən Mədinə Məmmədovanı (şərti) aldadıb. O, müştərilərinə özünü Hikmət adı ilə təqdim edib və əsl kimliyini gizlədib.

Mədinə ailəsində yaranmış problemin həll olunması, evindəki caduların təmizlənməsi, qardaşının ondan ayrılmaq üzrə olan həyat yoldaşının evə qayıtmasını və övladını abort etdirməməsi, anasının ölümcül xəstəliyə qalib gəlməsi və qardaşının əsəblərinin hər zaman sakit olması üçün Mətləbə ümumilikdə 7 min 790 manat pul verib. Təqsirləndirilən şəxs söz verib ki, zərərçəkmişin qeyd etdiyi bütün problemləri aradan qaldıracaq. Lakin bir müddət sonra müttəhimlə zərərçəkmişin arası pozulub. Mətləb cadugər kimi göstərdiyi xidmətə görə Mədinədən daha 2 400 manat miqdarında pul tələb edib. Zərərçəkmiş şəxs pulu verməkdən imtina etdikdə isə Mətləb onu özü və yaxın qohumları haqda rüsvayedici məlumatlar yayacağı ilə hədələyib. Bundan əlavə, qisas almaq niyyəti ilə zərərçəkmişin qardaşının və onun qayınanasının şəkillərini sosial şəbəkəyə yerləşdirib.

Polisə müraciət daxil olandan sonra o saxlanılıb.

Son xəbərlər