Mojo.az Banner
23:01 Problemli kreditlərin həcmi artır - Səbəb nədir? (VİDEO)  |     22:55 Bakıda kanatla sərnişindaşıma olacaq - VİDEO  |     22:48 Ukraynada döyüşən daha bir azərbaycanlı həlak oldu  |     22:43 Vasif Talıbovun yaxın adamının 12 illik fəaliyyəti yoxlanılır  |     22:34 "Turan Tovuz" "Fənərbağçaya məğlub oldu  |     22:29 Gəncədə bədbəxt hadisə: Bacı-qardaş xəstəxanaya yerləşdirildilər  |     22:21 Paytaxtın bəzi ərazilərində işıq olmayacaq  |     22:16 Ağdamda 15 yaşlı qızın erkən evliliyinin qarşısı alındı  |     22:10 Sürücülərə xəbərdarlıq: Sabah yollarda görünüş məsafəsi məhdudlaşacaq  |     22:02 Zəngəzurda saxlanılan əsgərimizin taleyi necə olacaq? - Açıqlama  |     21:56 Bakıda 32 yaşlı kişi diş həkiminə görə arvadını bıçaqladı  |     21:48 Ağdaşda evdə yanğın - Ana və oğulları ilə bağlı təfərrüat  |     21:40 Bakıda ən ucuz evlər bu ərazidədir  |     21:35 Payız axşamlarında izlənməli 5 film  |     21:27 Müəllimlərin yaş həddi ilə bağlı yeni məlumat  |     21:22 Təyyarəni qəzaya uğratmaq istəyən pilotun keçmişi ilə bağlı şok detallar üzə çıxdı  |     21:14 Tanınmış həkim xərçəngin səbəblərin açıqladı  |     21:08 6 min manat alıb oğlunu həbsdən çıxaracağını vəd etdi - 2 il 9 ay həbs  |     21:00 Büdcə smartfonlarının sonu: "Samsung" və "Google" modellərinin qiyməti kəskin artdı  |     20:55 Toyuq əti bu səbəblərdən bahalaşır  |    
Mojo.az Avto
Mojo.az Avto

Mikayıl Cabbarov: "Azərbaycanda qeyri-ənənəvi neft yatağı kəşf edilə bilər"

26.08.2025 16:59 828
Mikayıl Cabbarov:
"Azərbaycan ABŞ-nin "Exxon Mobil" şirkətinin dəstəyi ilə ölkədə böyük qeyri-ənənəvi neft yatağının kəşfinin həyata keçirilməsinə ümid bəsləyir".

Median.Az
"Report"a istinadən xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov Nazirlər Kabinetində Prezident İlham Əliyevin Vaşinqton səfərinə həsr olunmuş xüsusi iclasda bildirib.

Onun sözlərinə görə, Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ilə "Exxon Mobil" arasında Əməkdaşlıq haqqında memorandumun imzalanması enerji sahəsində əlaqələrin inkişafına müsbət təsir edəcək.

Nazir vurğulayıb ki, Azərbaycanın region və dünyanın enerji təhlükəsizliyinə töhfəsi Vaşinqtonda keçirilən görüşlərdə xüsusi olaraq vurğulanıb: "Azərbaycan bu gün ABŞ-nin 10 müttəfiqini təbii qazla təchiz edir. Ümumilikdə, Azərbaycandan boru kəmərləri ilə qaz tədarükü 14 ölkəni əhatə edir. Ölkəmiz bu yaxınlarda Suriyaya qaz tədarük etməyə başlayıb. ABŞ İsrail və Birləşmiş Ərəb Əmirlikləri kimi müttəfiqlərinin neft-qaz hasilatında Azərbaycanın iştirakını təqdirəlayiq hal kimi vurğulayıb".

M.Cabbarov söyləyib ki, ölkəmizin elektrik enerji resursları, o cümlədən bərpa olunan enerji potensialı süni intellekt texnologiyalarına sərmayələr qoyulması üçün Azərbaycanı cəlbedici məkana çevirir: "Azərbaycan strateji əhəmiyyət daşıyan Mərkəzi Asiya və Cənubi Qafqaz regionu arasında bir sıra layihələrin həyata keçirilməsi üçün əvəzedilməz rol oynayır".скачать dle 11.3
Mojo.az Banner