Mojo.az Banner
20:35 Hörmüz boğazı ilə bağlı GƏRGİNLİK: Trampdan SƏRT AÇIQLAMA  |     20:18 Bloqer Hüseyn Həsənov məhkəmə qərarından şikayət verdi  |     19:50 "Sabah" ABŞ-dən olan basketbolçu Frenki Fidlerin transferini açıqlayıb  |     19:47 Öldüyü açıqlanan futbolçu "morq"da DİRİLDİ  |     19:42 6 yeni “iPhone” modeli hazırlanır  |     19:19 Xocavənddə mina partladı: Xəsarət alanlar var  |     19:06 Ukrayna 26 kəndi geri qaytardı  |     19:01 Yasamalda oğurluq edənlər saxlanıldı  |     18:52 Mingəçevir su anbarında gənc batdı  |     18:42 Kobaxidze Azərbaycan Prezidentinin Naxçıvanda verdiyi mesajlara münasibət bildirib  |     18:29 "Dinamo"nun baş məşqçisi: "Qarabağ"la matç çox gərgin keçəcək"  |     18:12 Canlı yayımda söyüş söyən tiktoker SAXLANILDI  |     18:03 Dərmanları yanlış vaxtda qəbul etmək təsirini azalda bilər - XƏBƏRDARLIQ  |     17:43 Baş ağrısı, halsızlıq, təzyiq... - Havaların qəfil dəyişməsi sağlamlığa necə təsir edir?  |     17:35 Xarkov istiqamətindəki vəziyyət: Vodyanoye yaşayış məntəqəsi Rusiya ordusunun nəzarətinə keçib  |     17:19 Ağdaş heyvan satışı bazarı fəaliyyətə başlayıb  |     17:11 Dünyada tullantıdan gəlir əldə edən ölkələr - SİYAHI  |     17:09 Bakıda əcnəbini öldürməkdə təqsirləndirilən şəxs: "Nihadın günahı yoxdur"  |     17:06 Kolumbiyada matəm elan olundu  |     16:57 Dünya Çempionatına buraxılmamışdı, UEFA Superkubokunu idarə edəcək  |    
Left Banner
Right Banner

1200-dən artıq abidəyə məlumat lövhəsi quraşdırılacaq

22.08.2025 22:08 477
1200-dən artıq abidəyə məlumat lövhəsi quraşdırılacaq
Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti tarix-mədəniyyət abidələrinə məlumat lövhələrinin yerləşdirilməsi ilə bağlı yeni layihənin icrasına başlayıb.

Layihənin əsas məqsədi abidələrin mühafizəsinin gücləndirilməsi, bu sahədə ictimai maarifləndirmənin təmin olunması, insanların diqqətinin abidələrin qorunmasına yönəldilməsi, həmçinin abidələrin təbliği ilə qanunsuz müdaxilələrin vaxtında qarşısının alınmasıdır.

Mərhələli şəkildə həyata keçiriləcək layihə çərçivəsində 2025-ci il ərzində Bakı şəhəri və bölgələrdə yerləşən 1200-dən artıq abidəyə məlumat lövhəsinin quraşdırılması planlaşdırılır.

Lövhələrdə yer alan bütün məlumatlar Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci il tarixli, 132 saylı Qərarı ilə təsdiq olunmuş məlumatlar əsasında hazırlanır. Yeni lövhələrdə hər bir tarixi abidənin adı, tarixi, inventar nömrəsi və əhəmiyyət dərəcəsi barədə zəruri məlumatlar öz əksini tapır. Bu da həm yerli sakinlər, həm də ölkəmizi ziyarət edən turistlər üçün abidələrimiz haqqında aydın və etibarlı mənbə rolunu oynayacaq.

Dövlət Xidməti bir daha bütün vətəndaşları tarix-mədəniyyət abidələrinin qorunmasına dəstək göstərməyə, xalqımızın zəngin mədəni irsinin gələcək nəsillərə bütöv şəkildə çatdırılmasına həssas yanaşmağa çağırır.

скачать dle 11.3
Mojo.az Banner