Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
Mojo.az Avto
Mojo.az Avto

Şəhidlər xiyabanında qeyri-etik video çəkən əcnəbilər necə müəyyən ediliblər?

18.08.2025 17:40 846
Şəhidlər xiyabanında qeyri-etik video çəkən əcnəbilər necə müəyyən ediliblər?
Bakıdakı Şəhidlər xiyabanında qeyri-etik hərəkətlər edib video paylaşan əcnəbilər Bakının Səbail rayonu ərazisindəki "Panarama" hoteldə qalırmışlar.

Oxu.az-ın məlumatına görə, onlar ilk olaraq videonu çəkib, fərqinə varmadan turistlərin "Snatch Up" qrupunda paylaşıblar. Videonun yayıldığını görən əcnəbilər görüntünü dərhal həmin qrupdan silib, qrup üzvlərindən üzr istəyiblər.

Video yayılandan dərhal sonra polis əməkdaşları həmin görüntülərlə bağlı araşdırmalara başlayıblar və əcnəbilərin qaldığı hotel müəyyən olunub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat nəticəsində həmin şəxslər "Panarama" hoteldə saxlanılıblar.

Son xəbərlər