Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
23:01 Milyonlarla dollarlıq maşınlar səhranın ortasında çürüyür | 22:56 Ən yüksək pensiya verilən ölkələr – İldə 30 min avrodan çox | 22:50 Abşeronda kişi işləmək istəyən arvadını vəhşicəsinə döydü | 22:41 Turşu xiyarların xarab olmaması üçün nə etməli? | 22:36 “Taksi sürücüləri ilə dostlaşmışam, evlərinə də gedirəm” - Elza Seyidcahan | 22:30 Qərar qəbul edildi - Bu məhsullar BAHALAŞACAQ | 22:22 Hava şəraiti ilə bağlı xəbərdarlıq edildi | 22:17 Süni intellektdən tibbi məsləhət alanlara XƏBƏRDARLIQ | 22:10 Məşhur sovet aktrisası vəfat etdi | 22:02 Türkiyədə qeyri-adi balıq tutulub - FOTO | 21:57 Azərbaycan bu meyvənin satışından 33 milyon dollar qazanıb | 21:50 Böyük pul qazanmaq istedadı olan BÜRCLƏR | 21:45 Paket çay içənlərə xəbərdarlıq | 21:36 Səudiyyə Ərəbistanına raket və dron hücumu: Husilər strateji obyektləri hədəf aldılar | 21:28 General-mayor olan hərbçilər kimlərdir? - Dosye | 21:20 Sümükləri möhkəmləndirmək üçün təkcə kalsium kifayət deyil - 7 məhsul | 21:17 "Arsenal" "Hall Siti"ni tək qolla üstələdi | 21:15 İspaniyanın məşhur fəvvarəsi Azərbaycan bayrağının rəngləri ilə işıqlandırıldı | 21:12 İlham Əliyev: "Eşq olsun Azərbaycan xalqına! Qarabağ Azərbaycandır!" - Video | 20:05 Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb |
Mojo.az Avto
Mojo.az Avto

DYP hərəkət iştirakçılarına müraciət edib

16.08.2025 13:02 708
DYP hərəkət iştirakçılarına müraciət edib
Baş Dövlət Yol Polisi İdarəsi hərəkət iştirakçıl[spoiler][/spoiler]arına müraciət edib.

Report-un məlumatına görə müraciətdə deyilir:
"Həftəsonları əksər vətəndaşlar istirahət, ailə ziyarəti və ya müxtəlif şəxsi işlərlə bağlı olaraq paytaxtdan rayonlara üz tutur. Bu zaman magistral və digər əsas yollarda hərəkətin intensivliyi xeyli artır və qəza riskidə yüksəlir. Belə şəraitdə hər bir sürücünün daha diqqətli, məsuliyyətli və intizamlı davranması xüsusi əhəmiyyət kəsb edir.

Baş Dövlət Yol Polisi İdarəsi sürücülərə müraciət edərək bir daha xatırladır ki, sükan arxasında diqqətli olmaq, müəyyən edilmiş sürət həddinə əməl etmək və yola çıxmazdan əvvəl avtomobilin texniki sazlığını yoxlamaq təhlükəsizliyin ən vacib şərtlərindəndir. Xüsusilə təkərlərin vəziyyəti, işıq cihazlarının işlək vəziyyətdə olması, əyləc sistemi və sükan idarəetməsi diqqətlə yoxlanılmalıdır.

Uzun məsafə qət edərkən yuxusuz və yorğun halda sükan arxasına keçmək qəza ehtimalını qat-qat artırır. Bu səbəbdən sürücülər mütləq dincəlməli, zərurət yarandıqda isə yolda qısa fasilələr verməklə özlərini gümrah saxlamalıdırlar.

Yollarda müəyyən olunmuş qaydalara riayət etmək – həm sürücülərin, həm də sərnişinlərin həyatının qorunması üçün yeganə təminatdır. Unutmaq olmaz ki, bir anlıq məsuliyyətsizlik ağır nəticələrə səbəb ola bilər".

Son xəbərlər