Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
12:15 Naxçıvanda idarəetmə dəyişir: İki ayda 180-dən çox qərar ləğv olunub | 12:14 Aldığı telefonun kreditini ödəyə bilmədi, arvadını döydü | 12:12 Şəmkirdə qadın və kişi meyitləri tapıldı - Hadisənin təfərrüatı (Yenilənib) | 11:59 Azərbaycanda siqaret bahalaşa bilər - Qiymət və tarix açıqlandı | 11:57 Azərbaycanda bəzi şəxslərə 1 000 manatadək kompensasiya veriləcək | 11:56 Türkiyədə "Sözcü TV"nin mərkəzi ofisində əməliyyat: Rəhbər şəxs saxlanıldı | 11:54 Sumqayıtda bədbəxt hadisə: Ölən var | 11:53 Azərbaycan nefti kəskin ucuzlaşdı | 11:46 Mehriban Əliyeva Milli Dirçəliş Günü ilə bağlı paylaşım edib - FOTO | 11:45 "Lexus"un yeddi min avtomobili geri çağırılır | 11:42 Bakıda gölün bəndi yarıldı: Evlər su altında qaldı - VİDEO | 11:40 İlham Əliyev Milli Dirçəliş Günü münasibətilə paylaşım edib - FOTO | 11:33 Rus bölməsində dövlət hesabına təhsilə etiraz edən deputat: "Özləri ödəsinlər" | 23:02 Varlı Həyatdan qadın və kişi meyiti tapıldı | 22:58 2027-ci ildə bu 5 bürcün həyatı dəyişəcək: Sevgi, böyük fürsətlər və... | 22:50 Bu şəxslərin kredit borcu silinir | 22:45 Azərbaycanda terminallarla ödəniş qaydası dəyişdi | 22:42 Məşhur aparıcı “Xəzər TV”dən ayrıldı | 22:37 Kriptovalyutalar ucuzlaşır: Sərmayə qoymaq sərfəlidir? | 22:30 Mədəsi tamamilə götürülüb, əlilliyi ləğv edilib - Vətəndaşdan ŞİKAYƏT |
Mojo.az Avto
Mojo.az Avto

Azərbaycanda bu ilin altı ayında 300-dən çox şəxs avtoqəzalarda həlak olub

14.08.2025 21:12 1 281
Azərbaycanda bu ilin altı ayında 300-dən çox şəxs avtoqəzalarda həlak olub
Azərbaycanda 2025-ci ilin yanvar-iyun aylarında 577 və ya 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 15,3 faiz az yol-nəqliyyat hadisəsi baş verib.

Bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Qeyd edilib ki, bu hadisələr nəticəsində zərərçəkənlərin sayı 12,8 faiz azalaraq 812 nəfər olub. Onlardan 313-ü həlak olub, 499-u isə yaralanıb.

Hadisələrin 44,7 faizi gündüz, 41,4 faizi gecə, 13,9 faizi isə toran vaxtı baş verib, 30,3 faizi həftənin şənbə və bazar günlərinə təsadüf edib.

Bildirilib ki, yol-nəqliyyat hadisələrinin 87,2 faizi yaşayış məntəqələrində baş vermiş, bu hadisələr nəticəsində həlak olanların sayı ötən ilin müvafiq dövrünə nisbətən 7,9 faiz azalaraq 223 nəfər, yaralananların sayı isə 15,3 faiz azalaraq 472 nəfər olub.

Məlumatda vurğulanıb ki, bütün yol-nəqliyyat hadisələrinin 42,1 faizi nəqliyyat vasitələrinin və piyadaların, 36,9 faizi bir neçə nəqliyyat vasitəsinin, 21,0 faizi isə bir nəqliyyat vasitəsinin iştirakı ilə baş verib. Yol-nəqliyyat hadisələri nəticəsində həlak olanların 76,7 faizini, yaralananların isə 70,9 faizini kişilər təşkil edib.

Son xəbərlər