Mojo.az Banner
23:01 Ermənistan Rusiyadan rəsmi şikayət edib  |     22:55 Balaxanıda baş vermiş yanğın söndürüldü  |     22:47 “İnstagram”da yeni trend  |     22:42 Yeni tədris ilində bəzi dərsliklər dəyişəcək - SİYAHI  |     22:35 Səhər yorğun oyanırsınızsa, səbəbi bu ola bilər  |     22:30 Zəlimxan Yusupov həbs edildi  |     22:22 10 ilə yaxın ekologiya sistemi qurdu - Bakıda kafedə noutbuku oğurlandı  |     22:16 Müğənni qardaşını öldürən şəxsə ağır cəza istənildi  |     22:10 Avtobuslarda sərnişinlərin telefonlarını oğurlayırdı - 5 il 3 ay həbs  |     22:02 8 ayda Azərbaycan büdcəsinə nə qədər pul yığılıb?  |     21:57 Azərbaycan Gürcüstana 22 mindən çox dərslik göndərdi  |     21:50 Lionel Messi 17-ci dəfə "Qızıl top"a namizəd oldu  |     21:39 Leyla Əhmədova ev dustaqlığına buraxıldı  |     21:28 Çimərliyə getmək istəyənlərin nəzərinə  |     21:20 Şəkidə məşhur əyləncə mərkəzindəki faciə ilə bağlı YENİ DETALLAR - FOTO / VİDEO (Yenilənib)  |     21:13 Moskvada qəza törətmiş azərbaycanlı reper təzminat ödədi  |     21:05 Yağışdan sonra bu qoxunu niyə sevirik?  |     20:58 Üç plastik cərrah cəzalandırıldı - 22 klinika cərimələndi  |     20:52 Bakıda 31 yaşlı narkotik aludəçisi küçədə öldü  |     20:47 Bu ölkələrdə vahid turistik viza rejimi tətbiq olunacaq  |    
Left Banner
Right Banner

Borc verdiyi şəxsi qohumunun evinə basqına vadar etdi - Zaqatalada dəhşətli cinayətin TƏFƏRRÜATI

13.08.2025 17:41 693
Borc verdiyi şəxsi qohumunun evinə basqına vadar etdi - Zaqatalada dəhşətli cinayətin TƏFƏRRÜATI
Zaqatala rayonunda qəribə quldurluq hadisəsi olub.

Hadisə rayonun Çökəkoba kəndində baş verib. Rayonun Kebeloba kənd sakini Fərhad Vəliyevə övladını dünyaya gətirmək üçün pul lazım olub. Bu barədə dostu Vasiflə məsləhətləşib və o da Fərhada həmkəndliləri Asif Xanayevdən (ad və soyad şərtidir) borc almağı məsləhət görüb. Dostlar bu barədə Asifə müraciət edib. Asif Fərhada 2 000 manat, Vasifə isə 200 manat borc verib. Dostlar bildiriblər ki, pulu bir ay müddətində qaytaracaqlar.

Hadisədən bir ay keçsə də, dostlar həmin pulu qaytara bilməyiblər. Asif onları çağırıb pulunu tələb edib. Fərhad götürdüyü pulun 100 manatını qaytarsa da, digər hissəsini tapa bilmədiyi üçün Asifdən daha bir ay vaxt istəyib. Asif isə nə Fərhada, nə də Vasifə vaxt verməyərək onlardan pulu qaytarmalarını tələb edib.

Borc sahibi dostlara pulu qaytarmağın "yolu"nu da göstərib. Bildirib ki, Vasifin bibisi Umüküs Zəngiyeva bir neçə gün öncə rayon ərazisində 10 min manatlıq torpaq satıb və onun pulu var. Bunu eşidən Vasif plan qurub və bibisinin evinə basqın etməyi təklif edib. O bildirib ki, bibisi və onun əri qorxaqdır, əgər gecə vaxtı onların evinə basqın etsələr, ər-arvaddan istədikləri qədər pul ala biləcəklər.

Bu məqsədlə onlar oyuncaq tapança, yapışqan, qara kapron corab və digər vasitələr alıb gecə basqınına getməyə hazırlıq görüblər.

Gecə saat 3 radələrində dəstə üzvləri Asif Xanayevin avtomobili ilə adıçəkilən ünvana gedib. A.Xanayev özü küçədə dayanıb, Fərhad və Vasif açıq pəncərədən evə daxil olub. Onlar kapron corabla maskalanaraq yataq otağına keçib və "Təslim olun, banditizm!" deyərək Umüküs Zəngiyeva və onun həyat yoldaşını yuxudan oyadıb döşəməyə yıxıblar. Ardınca evə A.Xanayev daxil olub və üzərindəki oyuncaq tapançanı onlara tərəf tuşlayaraq evdəki pul və qızıl əşyaları tələb edib.

A.Xanayevin tələbi ilə Fərhad və Vasif ər və arvadın əllərini yapışqan lentlə bağlayıblar. A.Xanayev oyuncaq tapançanı silah qismində istifadə edərək ər və arvaddan pul və qızılların yerini soruşub. Amma onlar pullarının olmadığını bildiriblər. Bu vaxt dəstə üzvləri əlləri bağlı olan ər və arvadı təpik və yumruq zərbələri ilə döyməyə başlayıb.

Arvad və ər pulun yerini demədikdə, dəstə üzvləri kişinin cibindən 241 manat, qadının çantasından 52 manat, dəyəri 1000 manat olan iki ədəd üzüyü və qadının qulağından 342 manatlıq qızıl sırğanı götürüb hadisə yerindən qaçıblar.

Fərhad və Vasif həmin pul və əşyaları A.Xanayevə verərək borclarını ödəyiblər.

Hadisə barədə ailə dərhal hüquq-mühafizə orqanlarına məlumat verib. Polis əməkdaşlarının keçirdikləri əməliyyat nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Fərhad və Vasif saxlanılıb. Dəstə üzvlərinin saxlanıldığını eşidən A.Xanayev izi itirmək üçün Balakən rayonu ərazisindən sərhədi keçərək Gürcüstana, oradan da Rusiyaya yollanıb.

Faktla bağlı cinayət işi başlanıb, Fərhadla Vasif həbs edilib. Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxslərə cəza verilsə də, A.Xanayevin yeri müəyyən edilmədiyindən o, beynəlxalq axtarışa verilib.

Rusiya hüquq-mühafizə orqanlarının əməkdaşları onu Moskvada saxlayaraq həbs edib və Azərbaycan tərəfinə təhvil veriblər.

Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə A.Xanayev 10 il azadlıqdan məhrum edilib.
//oxu.azскачать dle 11.3
Mojo.az Banner