Mojo.az Banner
11:47 Məktəbdə elektron siqaret çəkən şagirdlərlə bağlı Daxili İşlər Nazirliyindən açıqlama  |     11:45 Sumqayıtda iki avtomobil toqquşub: Ölən və yaralanan var  |     11:44 Üç ölkədən xəbərdarlıq: İran casus proqram təminatı yayır  |     11:42 Süni mayalanma etdirən qadınlara xəbərdarlıq: Xərçəng riski artır?  |     11:37 İkimərtəbəli evə üçüncü mərtəbə artırılır: İcra hakimiyyətinin xəbəri olmadan tikinti aparılır? - VİDEO  |     11:29 Ailə üzvləri ilə mübahisə etdi, yaşadığı evi yandırdı  |     11:25 Tanınmış azərbaycanlı iş adamı vəfat etdi - FOTO  |     11:21 Azərbaycan nefti bahalaşdı  |     11:16 Göygöldə "Chevrolet" aşdı - Yaralılar var  |     23:00 Oturaq iş rejimi olanlar buna diqqət etməlidir  |     22:56 Konqoda Ebola epidemiyası: Ölənlərin sayı 3500-ü keçib  |     22:51 Özbəkistanda pensiya yaşı artırılır  |     22:43 "Bəniz"in apellyasiya şikayəti üzrə məhkəmənin vaxtı bəlli oldu  |     22:38 Bu işçilərlə bağlı qayda ləğv olundu  |     22:30 Sentyabrın ən sirli günləri: Bu bürclərin başına qeyri-adi hadisə gələcək  |     22:25 Uşağınız yaşıdlarından tez yorulursa, diqqət  |     22:16 "Çelsi" Bastoni üçün 68 milyon funt ödənməyə hazırdır  |     22:10 Xırdalanda qumbara partlayışında ölən qız idmançı imiş  |     22:02 Məktəbdə elektron siqaret çəkən şagirdlərlə bağlı rəsmi açıqlama  |     21:55 Dələduzluqla nəticələnən "kafel işi: 39 min manatı necə mənimsədi?  |    
Mojo.az Avto
Mojo.az Avto

27 min manata aldığı torpaq sahəsi Kənd Təsərrüfatı Nazirliyi tərəfindən hasarlanıb

12.08.2025 23:03 561
27 min manata aldığı torpaq sahəsi Kənd Təsərrüfatı Nazirliyi tərəfindən hasarlanıb
Bakı şəhər sakini Yasəmən Şəmil qızı Abbasova Yeni Ramana qəsəbəsində 27 min manata aldığı torpaq sahəsinin sonradan kənd təsərrüfatı təyinatlı olduğunu öyrənib.

Median.Az xəbər verir ki, "Qafqazinfo"ya müraciət edən Y.Abbasovanın sözlərinə görə, 2021-ci ildən etibarən Amil və Anar adlı maklerlər ödənişi geri qaytaracaqları vədi ilə onu aldadırlar.

Şikayətçi bildirib ki, artıq 4 ildən çoxdur pulunu geri ala bilmir:

"2021-ci ilin yanvarında Yeni Ramana qəsəbəsi, sosial evlərin yanında mənə 27 000 manata 6 sot torpaq satıblar. Pulu Amil adlı maklerə vermişik. Qiyməti danışanda və torpağın yerini göstərəndə isə Anar adlı şəxs də orada olub. Bizə torpağın satılması ilə bağlı etibarnamə verdilər. O vaxt mən həmin ərazidə ev tikmək istəyirdim. Suraxanı Rayon İcra Hakimiyyətinə gedəndə isə bizə dedilər ki, sözügedən ərazi kənd təsərrüfatı təyinatlıdır, bu torpaqda ev tikmək olmaz. O vaxtdan biz Anar və Amildən pulumuzu almağa çalışırıq, amma ödədiyimiz vəsaiti geri qaytarmırlar. Bildirirlər ki, torpaq satılandan sonra bizim ödənişi qaytaracaqlar. Bir ildən çoxdur ki, Yeni Ramanada olan əksər torpaqlar kimi, mənim aldığım ərazi də Kənd Təsərrüfatı Nazirliyi tərəfindən hasarlanıb".

Yasəmən Abbasovanın ittiham etdiyi Amin Quliyev açıqlamasında bildirib ki, hazırda bu məsələ ilə bağlı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində istintaq gedir:

"O torpaq kənd təsərrüfatı təyinatlıdır deyə, əvəzinə Türkan qəsəbəsində torpaq ayrılıb. Mən makler işləyirdim, Anar Hüseynovla birlikdə onun torpağını satmışıq. Sonra həmin torpaqlarda problem çıxıb deyə xanıma yenidən torpaq ayrılıb. Bu gün, ya sabah həmin torpağın sənədi götürülməlidir. Bizdə təkcə o xanım yox, təqribən 50 belə iş var. Ona görə bizim işimiz Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsindədir. Anar Hüseynov mənə deyib ki, bu məsələ bir-iki günə həllini tapacaq. Ödənişin geri qaytarılması ilə bağlı isə heç bir məlumat yoxdur".

Amin Quliyevin barəsində bəhs etdiyi Anar Hüseynov əvvəlcə Amini tanıdığını bildirsə də, sonradan fikrini dəyişdi:

"Amini tanıyıram, onu isə (şikayətçi Yasəmən Abbasovadan bəhs edir - red.) tanımıram. Mən makler deyiləm, idmanla məşğul oluram. Soyadım isə Hüseynov yox, Həsənovdur. Amin bəyi də tanımıram. Mənim korrupsiyada heç bir işim yoxdur".

Məlumat üçün bildirək ki, faktla bağlı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində cinayət işi başlanılıb. Artıq iş üzrə ilkin araşdırma da başa çatıb. Toplanmış materiallar hüquqi qiymət verilməsi üçün məhkəməyə göndərilib.скачать dle 11.3
Mojo.az Banner