Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
22:55 Günəşdə XXI əsrin rekordu təkrarlandı | 22:46 Orbanın qardaşı saxlanıldı | 22:35 Gəncədə motosiklet avtobusla toqquşub: Xəsarət alan var | 22:26 Lənkəranda tanınmış güləş məşqçisi vəfat etdi | 22:12 Qaxda kişi fındıq yığmağa kömək etməyən arvadını döydü, cinayət işi açıldı | 22:01 Ərdoğan: "İlham Əliyev qardaşımın liderliyi altında Qarabağda yenidənqurma səfərbərliyi həyata keçirilir" | 21:52 Pau Kubarsi "Qızıl oğlan" mükafatının qalibi oldu | 21:42 Noyabr böyük dəyişikliklər ayı olacaq: Bu bürclər üçün keçmiş geridə qalacaq | 21:35 Azərbaycan Türkiyəyə başsağlığı verdi | 21:22 Tramp səhvlərini etiraf etdi | 21:05 ChatGPT istifadəçinin psixoloji profilini yaradır: Alimlərdən yeni tapıntı | 20:59 Şəmkirdə keçmiş vəzifəli şəxs vəfat etdi | 20:50 Qələbə xəbərini xəstəxanada eşidən qazi: "Raket məni Şuşa qalasına çırpdı" - Video | 20:32 Tramp ondan İranla danışıqlarda vasitəçilik etməsini istəyib | 20:27 Rəsmi Bakı Türkiyəyə başsağlığı verdi | 20:04 Bakıda Azərbaycan və Qana arasında qarşılıqlı investisiya imkanları müzakirə olunacaq | 19:55 "Təbii Qələbə Tağı" - Mehriban Əliyeva Hacıqabul rayonundan paylaşım etdi - VİDEO | 19:31 Cəlilabadda fərdi yaşayış evi yandı (VİDEO) | 19:27 Azərbaycanın U-17 millisinin Avropa çempionatının seçmə mərhələsi üçün heyəti açıqlanıb | 19:22 ABŞ-nin vitse-prezidenti gələn həftə İran rəsmisi ilə görüşəcək |
Mojo.az Avto
Mojo.az Avto

27 min manata aldığı torpaq sahəsi Kənd Təsərrüfatı Nazirliyi tərəfindən hasarlanıb

12.08.2025 15:43 579
27 min manata aldığı torpaq sahəsi Kənd Təsərrüfatı Nazirliyi tərəfindən hasarlanıb
Bakı şəhər sakini Yasəmən Şəmil qızı Abbasova Yeni Ramana qəsəbəsində 27 min manata aldığı torpaq sahəsinin sonradan kənd təsərrüfatı təyinatlı olduğunu öyrənib.

Median.Az
xəbər verir ki, "Qafqazinfo"ya müraciət edən Y.Abbasovanın sözlərinə görə, 2021-ci ildən etibarən Amil və Anar adlı maklerlər ödənişi geri qaytaracaqları vədi ilə onu aldadırlar.

Şikayətçi bildirib ki, artıq 4 ildən çoxdur pulunu geri ala bilmir:

"2021-ci ilin yanvarında Yeni Ramana qəsəbəsi, sosial evlərin yanında mənə 27 000 manata 6 sot torpaq satıblar. Pulu Amil adlı maklerə vermişik. Qiyməti danışanda və torpağın yerini göstərəndə isə Anar adlı şəxs də orada olub. Bizə torpağın satılması ilə bağlı etibarnamə verdilər. O vaxt mən həmin ərazidə ev tikmək istəyirdim. Suraxanı Rayon İcra Hakimiyyətinə gedəndə isə bizə dedilər ki, sözügedən ərazi kənd təsərrüfatı təyinatlıdır, bu torpaqda ev tikmək olmaz. O vaxtdan biz Anar və Amildən pulumuzu almağa çalışırıq, amma ödədiyimiz vəsaiti geri qaytarmırlar. Bildirirlər ki, torpaq satılandan sonra bizim ödənişi qaytaracaqlar. Bir ildən çoxdur ki, Yeni Ramanada olan əksər torpaqlar kimi, mənim aldığım ərazi də Kənd Təsərrüfatı Nazirliyi tərəfindən hasarlanıb".

Yasəmən Abbasovanın ittiham etdiyi Amin Quliyev açıqlamasında bildirib ki, hazırda bu məsələ ilə bağlı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində istintaq gedir:

"O torpaq kənd təsərrüfatı təyinatlıdır deyə, əvəzinə Türkan qəsəbəsində torpaq ayrılıb. Mən makler işləyirdim, Anar Hüseynovla birlikdə onun torpağını satmışıq. Sonra həmin torpaqlarda problem çıxıb deyə xanıma yenidən torpaq ayrılıb. Bu gün, ya sabah həmin torpağın sənədi götürülməlidir. Bizdə təkcə o xanım yox, təqribən 50 belə iş var. Ona görə bizim işimiz Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsindədir. Anar Hüseynov mənə deyib ki, bu məsələ bir-iki günə həllini tapacaq. Ödənişin geri qaytarılması ilə bağlı isə heç bir məlumat yoxdur".

Amin Quliyevin barəsində bəhs etdiyi Anar Hüseynov əvvəlcə Amini tanıdığını bildirsə də, sonradan fikrini dəyişdi:

"Amini tanıyıram, onu isə (şikayətçi Yasəmən Abbasovadan bəhs edir - red.) tanımıram. Mən makler deyiləm, idmanla məşğul oluram. Soyadım isə Hüseynov yox, Həsənovdur. Amin bəyi də tanımıram. Mənim korrupsiyada heç bir işim yoxdur".

Məlumat üçün bildirək ki, faktla bağlı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində cinayət işi başlanılıb. Artıq iş üzrə ilkin araşdırma da başa çatıb. Toplanmış materiallar hüquqi qiymət verilməsi üçün məhkəməyə göndərilib.

Son xəbərlər