Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
23:01 Ölkədə 11 mindən çox uşaq nikahdan kənar doğulub  |     22:55 Çexiyada orta əsrlərdən qalma xəstəlik geniş yayılır  |     22:50 "Qlobal" hosteldə oğurluq: Otaq yoldaşının telefonunu və pulunu oğurladı  |     22:42 TƏBİB-in yeni rəhbəri məlum oldu  |     22:37 Avropaya 66 milyard kubmetrdən çox qaz ixrac edilib - Energetika naziri  |     22:30 Bakıda su satışı aparatlarından oğurluq edənlər həbs olundu  |     22:25 Aygün Bəylərin bacıları bir-birindən imtina etdilər  |     22:16 Oktyabrın bütün sosial ödənişləri yekunlaşdırıldı  |     22:11 Bal yarmarkasının keçiriləcəyi tarix açıqlandı  |     22:03 Azərbaycan sərhədini pozan yeniyetmə həbs olundu  |     21:55 Sabah Yardımlının 7 kəndində qaz olmayacaq  |     21:50 Balıq bazarıda bahalaşma - VİDEO  |     21:41 Polkovnik Ramin Orucovla bağlı əmr imzalandı  |     21:29 Leyla Əliyeva Şamaxıya səfərindən paylaşım edib - Video  |     21:20 Azərbaycanın yunan-Roma güləşçiləri dünya çempionatını ikinci sırada başa vurublar  |     21:18 Azərbaycanda "WhatsApp" istifadəçilərinə xəbərdarlıq edildi  |     21:10 Bakıda kişi 40 kiloqram marixuananı götürməyə arvadı və uşağı ilə getdi  |     21:07 Texnologiya müəllimi əri tərəfindən qətlə yetirildi - Pərvanənin qatilinə hökm oxundu  |     21:06 Mehriban Əliyeva "Mənim Abşeronum: Üstə gəl" adlı retrospektiv sərgi ilə bağlı paylaşım edib - Video  |     20:55 Putin: "Azərbaycan Rusiya üçün etibarlı tərəfdaşdır"  |    
Mojo.az Avto
Mojo.az Avto

Xalq şairi Qabil İmamverdiyevin doğum günüdür

12.08.2025 14:20 1 476
Xalq şairi Qabil İmamverdiyevin doğum günüdür
Avqustun 12-si Azərbaycanın xalq şairi Qabil İmamverdiyevin doğum günüdür.

Qabil İmamverdiyev 1926-cı ildə Bakıda dünyaya göz açıb.

O, Azərbaycan Dövlət Pedaqoji İnstitutunun nəzdində olan hazırlıq kursunda orta təhsil alıb. 1944-1948-ci illər ərzində institutun dil və ədəbiyyat fakültəsinə daxil olub. Moskvada Maksim Qorki adına Ədəbiyyat İnstitutu nəzdində olan ikiillik ali ədəbiyyat kurslarında müdavim olub.

1975-1979-cu illərdə "Ədəbiyyat və incəsənət" qəzetində poeziya şöbəsinin müdiri, "Azərbaycan" jurnalı redaksiyasında şeir üzrə ədəbi işçi, baş redaktorun müavini vəzifələrində işləyib.

AYB Ağsaqqallar Şurasının sədri olub.

Görkəmli şair 1976-cı ildə Azərbaycan SSR Dövlət mükafatına, 1998-ci ildə Ədəbiyyat Fondunun "Rəsul Rza" mükafatına layiq görülüb.

1980-ci ildə Azərbaycan Ali Soveti Rəyasət Heyətinin Fəxri Fərmanı, 1984-cü ildə "Azərbaycan SSR əməkdar incəsənət xadimi" fəxri adı, 1992-ci ildə "Azərbaycan Respublikasının xalq şairi" fəxri adı, 2002-ci ildə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü, 2006-cı ildə "İstiqlal" ordeni ilə təltif edilib. O, həmçinin "Əmək igidliyinə görə" medalına da layiq görülüb.

Şairdən geriyə qalan əsərlərə 1959-cu ildə yazdığı "Mənim mavi Xəzərim", 1962-ci ildə yazdığı "Ömür boyu", 2001-ci ildə yazdığı "İlahi qismət" və s. kimi əsərləri misal göstərmək olar.

Qabil İmamverdiyev 2007-ci il aprelin 4-də Bakıda vəfat edib və I Fəxri xiyabanda dəfn edilib.

Son xəbərlər