Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
22:58 Mingəçevirdə qonşular arasında mübahisə qanla bitdi | 22:50 Köçkünlər üçün bəzi güzəştlər yenidən tənzimlənəcək | 22:43 Londonda avtomobilləri əridən göydələnin sirri - Səbəb memarlıq səhvi imiş | 22:32 Məzuniyyətini hissə-hissə götürənlər əlavə pul alacaq | 22:26 Gimnastlarımız Dünya çempionatında mübarizəni davam etdirirlər | 22:19 Bakıda klinikanın qarşısında ağır qəza - Hadisənin anbaan görüntüsü | 22:09 Rusiyada ağır qəzada həlak olan azərbaycanlılar dəfn olundular | 21:56 Bakıda kollecdə qanlı hadisəyə qız səbəb olubmuş: Şahidlər danışdılar - Video | 21:50 Paraqvay prezidenti istefa verib | 21:45 Sahibə Qafarova Qazaxıstana səfər edib | 21:28 İş axtaranlara şad xəbər: 82 yeni vakansiya | 21:02 Nepalda Azərbaycan və Kanadada işə düzəltmək adı ilə dələduzluq: İki nəfər saxlanıldı | 20:45 Bu vəzifələrdə çalışanların maaşı 3600 manat oldu | 20:40 Sabah bir rayonda qaz olmayacaq | 20:16 Bəşir Süleymanlıya 9 il həbs cəzası istənildi | 20:15 Şavkat Mirziyoyev Zəfər Günü münasibətilə İlham Əliyevi təbrik edib | 20:10 Sertifikasiyada bal artdıqca maaş əlavəsi də artırılmalıdır – TƏKLİF | 17:44 Rayonların azad olunmasından sonra doğulan uşaqlara status veriləcək | 17:36 Ər-arvad dalaşdılar, oğul anasının üstünə benzin töküb yandırdı | 17:33 Türkiyədən Azərbaycana tibbi təyinatlı malların gətirilməsinin qarşısı alınıb |
Mojo.az Avto
Mojo.az Avto

Terror zəncirinin qırılmış halqası: "Crocus" faciəsinin ardınca ikinci hücum planı ifşa olundu

08.08.2025 13:30 1 125
Terror zəncirinin qırılmış halqası:
"Vilayət Xorasan" qruplaşmasının "Crocus City Hall"da terror aktını törədən şəxsləri silahla təmin edən üzvləri başqa bir terror aktı planlaşdırmaq üçün döyüş qumbaraları əldə ediblər.

Bu barədə istintaq materiallarında qeyd olunur.

Sənədlərə əsasən, Umedjon Soliyev, Şahromdjon Qadoyev və Zubaydulla İsmailov 2024-cü ilin 24-31 mart tarixləri arasında, Rusiya ərazisində olarkən, kimliyi müəyyən olunmamış şəxslərdən "59-79T" işarəli "RQD-5" əl qumbarası və onun unifikasiya edilmiş fitilini əldə ediblər.

Daha sonra həmin şəxslər terror təşkilatının rəhbərliyinin təlimatlarına əsasən, Dağıstanın Kaspiysk şəhərində, Lenin küçəsi, 24 ünvanında kirayələdikləri mənzildə bu komponentlərdən istifadə edərək qanunsuz partlayıcı qurğu hazırlayıblar.

Ancaq onlar növbəti terror aktını həyata keçirməyə macal tapmayıblar. Hüquq-mühafizə orqanlarının vaxtında müdaxiləsi nəticəsində saxlanılıblar, qumbara və fitil müsadirə olunub, partlayıcı qurğu zərərsizləşdirilib.

Xatırladaq ki, daha əvvəl yayılan məlumatlara görə, Soliyev, İsmailov və Qadoyev "Mitsubishi" markalı avtomobildə gizli yer düzəldərək oraya odlu silah və döyüş sursatı yerləşdiriblər. Daha sonra Qadoyev həmin avtomobillə Moskvaya gedib. "Crocus City Hall"da terror aktını həyata keçirən Fariduni Şamsuddin və Dalerjon Mirzoyev isə Moskva vilayətindəki meşəlik ərazidə bu silahları götürərək hücuma keçiblər.

2024-cü il martın 22-də Krasnoqorskda yerləşən "Crocus City Hall" konsert zalında terror aktı baş verib. Əlisilahlı dörd nəfər konsertə gələnlərə atəş açıb, partlayış törədib, daha sonra kompleksdə yanğın başlayıb. Son məlumatlara görə, terrorda 609 nəfər yaralanıb, 149 nəfər həlak olub. Terrordan sonra dörd icraçı - Muhammadsobir Fayzov (terror aktını təşkil edənin kiçik qardaşı), Dalercon Mirzoyev, Saidakrami Raçabalizodə və Şamsiddin Fariduni Ukraynaya qaçmağa cəhd ediblər, lakin Bryansk vilayətinin ərazisində saxlanılaraq Moskvaya aparılıblar. Daha sonra konsert zalına hücum edənlərin əlbirləri də tapılıb.

Son xəbərlər