Mojo.az Banner
11:03 Bakıda qadın qətlə yetirildi - Əri saxlanıldı  |     23:01 Əsgərlikdən yeni qayıdan gəncin qanını tökdülər - Video  |     22:55 Qatarla Azərbaycana gələn və gedən əcnəbilərin sayı açıqlandı  |     22:47 ChatGPT-nin yazdığı mətnlərə görünməz işarələr əlavə edilir  |     22:39 Şəkər xəstəliyi ən çox bu yaşda və bu səbəblə yaranır - XƏBƏRDARLIQ  |     22:34 Qaradağda saxlanılan daha bir məmura HÖKM OXUNDU  |     22:26 "Formula 1" yaxından izləmək üçün hasardan tullandı - Həbs edildi  |     22:21 Ermənistanda saxlanılan azərbaycanlı hərbçi ilə bağlı Paşinyandan açıqlama  |     22:13 Naxçıvanda bu qurumun səlahiyyətləri ləğv edildi  |     22:08 Hər 5 aptekdən birində nöqsanlar tapıldı  |     22:02 Bu ölkə "Avroviziya"dan imtina etdi  |     21:54 Uşağı telefona yaxından baxan, gözlərini qıyan, başı ağrıyan valideynlərin nəzərinə  |     21:46 Qazaxda toyda başlayan mübahisə bıçaqlanma ilə nəticələndi - Video  |     21:41 Azərbaycanda un məhsulları bahalaşacaq? - Video  |     21:33 Rusiya XİN-dən qəzaya uğrayan AZAL təyyarəsi ilə bağlı yeni açıqlama  |     21:28 Azərbaycanın millisindən böyükhesablı qələbə  |     21:20 Bu məktəbin direktoru vəfat etdi  |     21:15 Müəllimlər üçün geyim qaydaları və tələblər müəyyənləşdi - Foto  |     21:06 Kənd yumurtası bahalaşdı  |     21:00 “İlliyinə 2200 ödədiyim universitetin şəraiti...” - VİDEO  |    
Mojo.az Avto
Mojo.az Avto

AAYDA-nın vəzifəli şəxsi içkili halda saxlanılıb

07.08.2025 16:39 645
AAYDA-nın vəzifəli şəxsi içkili halda saxlanılıb
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) vəzifəli şəxsi inzibati qaydada həbs edilib.

Qaynarinfo-nun məlumatına görə, AAYDA-nın tabeliyində fəaliyyət göstərən "2 №-li X4 Yollarının Yaşıllaşdırılması və Ekologiyası" MMC-də sahə rəisi vəzifəsində çalışan 1981-ci il təvəllüdlü Taleh Məmmədov barəsində İnzibati Xətalar Məcəlləsinin 510-cu (xırda xuliqanlıq) və 535.1-ci (polis əməkdaşının qanuni tələbinə tabe olmama) maddələri ilə protokol tərtib olunub.

Hadisə Göygöl rayonunun Köşkülü kəndində baş verib. Bildirilir ki, Taleh Məmmədov Toğana kəndində ailəsi ilə birlikdə istirahət edərkən spirtli içki qəbul edib. Daha sonra o, avtomobilin idarəsini sərxoş olduğuna görə övladına tapşırıb.

Yol-patrul xidmətinin əməkdaşları Taleh Məmmədova məxsus "Toyota Prado" markalı avtomobili saxlayıb. Bu zaman Taleh Məmmədov avtomobildən düşərək nalayiq ifadələr işlədib və polis əməkdaşına fiziki müqavimət göstərib.

Məhkəmədə verdiyi izahatda Taleh Məmmədov bildirib ki, hadisə zamanı avtomobildə ailə üzvləri - ümumilikdə 7 nəfər olub. Onun sözlərinə görə, yol polisi avtomobilə işarə verib və sükan arxasında olan oğlu avtomobili saxlayıb. Uşaqların qorxduğu üçün Taleh Məmmədov övladına avtomobili sürməsini tapşırdığını deyib. Daha sonra polis əməkdaşları onların evlərinin qarşısına gələrək saxlayıblar və insident baş verib.

Məhkəmənin qərarı ilə Taleh Məmmədov 8 gün müddətinə inzibati qaydada həbs olunub.скачать dle 11.3
Mojo.az Banner