Mojo.az Banner
Left Banner
Right Banner

Avtoqəzada xəsarət alan şəxs 9 gün sonra xəstəxanada ölüb

05.08.2025 19:36 582
Avtoqəzada xəsarət alan şəxs 9 gün sonra xəstəxanada ölüb
Bakı-Quba yolunun Sumqayıt istiqamətində baş vermiş yol-nəqliyyat hadisəsində xəsarət alan şəxs 9 gün sonra xəstəxanada ölüb.

1953-cü il təvəllüdlü Bəxtiyar Tağı oğlu Səmədov qəza zamanı müxtəlif dərəcəli bədən xəsarətləri alaraq dərhal Sumqayıt Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıb.

Tibbi müdaxilələrə baxmayaraq, o, hadisədən 9 gün sonra - avqustun 5-nə keçən gecə həyatını itirib.

Faktla bağlı araşdırma aparılır.скачать dle 11.3
Mojo.az Banner