Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
22:55 Kriştianu Ronaldu "Bütün zamanların "Qızıl topu" reytinqinin qalibi oldu  |     22:50 Səyahət planlayanlara fürsət – Aviabiletlər ucuzlaşa bilər  |     22:42 Buraxılış və qəbul imtahanları elektron keçiriləcək? – DİM-dən açıqlama  |     22:35 Məşqdən sonra bu səhvlərə yol verməyin – Ürəyə zərər verir  |     22:21 Media əməkdaşları çəkiliş zamanı məktəbin həyətində hücuma məruz qaldılar, saxlanılanlar var  |     22:18 Sevdiyi insanı heç vaxt unutmayan 4 bürc BUNLARDIR  |     22:10 Qonşular arasında dava: ölən var  |     22:07 Sabah bu ərazilərdə qaz olmayacaq  |     22:07 İlham Əliyev qatar qəzası ilə bağlı İspaniyaya başsağlığı verib - Foto  |     22:04 Xaçmaz rayonunda Caqacuq çayı üzərində yeni körpü inşa olunur  |     21:47 Atasının mübahisəsinə görə qonşusunun tövləsini yandırdı: 86 min manatlıq ziyan  |     21:41 Məktəbdə yıxılaraq həyatını itirən şagirdin anası da faciəli şəkildə ölübmüş  |     21:15 Beynəlxalq axtarışda olan şəxs Çində tutularaq Azərbaycana ekstradisiya edilib  |     21:03 Göygöldə evdən meyit tapıldı  |     20:56 İcbari tibbi sığorta ödənişi ilə bağlı dəyişiklik  |     20:45 Türkiyə-Azərbaycan əməkdaşlığına dair məsələlər müzakirə edilib  |     20:25 Bakıda poliklinikada rentgen plyonkası elektrik plitəsi ilə qurudulur? - Foto  |     20:13 Azərbaycanda ən uzun ömürlü insanların yaşadığı rayonlar (SİYAHI)  |     20:07 İspaniyada üçgünlük matəm elan edildi  |     19:55 Sabah bəzi yollar bağlanacaq - Foto  |    
Mojo.az Avto
Mojo.az Avto

Beynəlxalq məhkəmə Karapetyanın Ermənistanın elektrik şəbəkələri ilə bağlı ikinci iddiasını da rədd edib

04.08.2025 21:11 1 080
Beynəlxalq məhkəmə Karapetyanın Ermənistanın elektrik şəbəkələri ilə bağlı ikinci iddiasını da rədd edib
Stokholm Ticarət Palatasının Arbitraj İnstitutu (SCC) "Taşir" Şirkətlər qrupunun İrəvanda həbsdə olan rəhbəri Samvel Karapetyanın iyulun sonunda təqdim etdiyi iddiasını rədd edib.

Bu barədə Ermənistan hökumətinin mətbuat xidməti məlumat yayıb.

Belə ki, iyulun 29-da “Liormand Holdings Limited” şirkəti, Samvel Karapetyan, Eteri Karapetyan, Sarqis Karapetyan və Karen Karapetyan SCC-nin arbitraj qaydalarına uyğun olaraq təyin edilmiş təcili arbitrə yenidən müraciət edərək 22 iyul tarixli arbitraj qərarını tamamlamağı xahiş ediblər.

"İddiaçılar arbitrdən Ermənistanın 22 iyul tarixli arbitraj qərarını yerinə yetirmək üçün hüquqi öhdəliyi olduğunu bəyan etməsini, bundan əlavə, Ermənistanın iyulun 16-da ilk ərizənin verildiyi tarixdə mövcud olan status-kvonu bərpa etməsinə məcbur etməyi və s. tələb ediblər", - hökumətdən bildirilib.

Arbitr 3 avqust tarixli qərarı ilə "ilkin iddia ilə müqayisədə yeni tələblərin irəli sürüldüyünü, həmçinin onun yurisdiksiyası və səlahiyyətlərinin tələb olunan təminat tədbirlərinə şamil edilmədiyini əsas gətirərək iddiasını tam rədd edib".

İyulun sonunda Karapetyanın vəkillər komandası bildirmişdi ki, iş adamı və onun ailəsi Ermənistan hökuməti tərəfindən ona məxsus "Ermənistanın Elektrik Şəbəkələri" şirkətinin milliləşdirilməsi ilə bağlı təcili arbitraj işini qazanıb.

Son xəbərlər