Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
23:01 Milyonlarla dollarlıq maşınlar səhranın ortasında çürüyür | 22:56 Ən yüksək pensiya verilən ölkələr – İldə 30 min avrodan çox | 22:50 Abşeronda kişi işləmək istəyən arvadını vəhşicəsinə döydü | 22:41 Turşu xiyarların xarab olmaması üçün nə etməli? | 22:36 “Taksi sürücüləri ilə dostlaşmışam, evlərinə də gedirəm” - Elza Seyidcahan | 22:30 Qərar qəbul edildi - Bu məhsullar BAHALAŞACAQ | 22:22 Hava şəraiti ilə bağlı xəbərdarlıq edildi | 22:17 Süni intellektdən tibbi məsləhət alanlara XƏBƏRDARLIQ | 22:10 Məşhur sovet aktrisası vəfat etdi | 22:02 Türkiyədə qeyri-adi balıq tutulub - FOTO | 21:57 Azərbaycan bu meyvənin satışından 33 milyon dollar qazanıb | 21:50 Böyük pul qazanmaq istedadı olan BÜRCLƏR | 21:45 Paket çay içənlərə xəbərdarlıq | 21:36 Səudiyyə Ərəbistanına raket və dron hücumu: Husilər strateji obyektləri hədəf aldılar | 21:28 General-mayor olan hərbçilər kimlərdir? - Dosye | 21:20 Sümükləri möhkəmləndirmək üçün təkcə kalsium kifayət deyil - 7 məhsul | 21:17 "Arsenal" "Hall Siti"ni tək qolla üstələdi | 21:15 İspaniyanın məşhur fəvvarəsi Azərbaycan bayrağının rəngləri ilə işıqlandırıldı | 21:12 İlham Əliyev: "Eşq olsun Azərbaycan xalqına! Qarabağ Azərbaycandır!" - Video | 20:05 Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb |
Mojo.az Avto
Mojo.az Avto

Oğurluq edən yeniyetmə dostlara 100 metrdən yaxın məsafədə görüşmək qadağan edildi

04.08.2025 17:18 936
Oğurluq edən yeniyetmə dostlara 100 metrdən yaxın məsafədə görüşmək qadağan edildi
İçərişəhərdə yerləşən restoranlardan birində oğurluq edən yeniyetmə dostlara məhkəmə hökmü elan olunub.

Median.Az
"Qaynarinfo"ya istinadən xəbər verir ki, 2006-cı il təvəllüdlü Ariz Mərdənov (soyadı şərti), 2008-ci il təvəllüdlü Nahid Vəliyev (soyadı şərti) və 2010-cu il təvəllüdlü Babək Fətəliyev (soyadı şərti) barəsində Cinayət Məcəlləsinin 177.2.1 (bir qrup şəxs tərəfindən törədilən oğurluq) və 177.2.3-cü (qəsdən zərər vurmaqla törədilən oğurluq) maddələri ilə açılmış cinayət işinə məhkəmədə baxılıb.

İstintaqla müəyyən olunub ki, sosial şəbəkə vasitəsilə əvvəlcədən razılaşan yeniyetmələr Səbail rayonu, Böyük Qala küçəsi, 41 ünvanında yerləşən restorana daxil olaraq oğurluq ediblər. Onlar ümumi dəyəri 6 manat olan 2 ədəd energetik içki, 65 manatlıq viski və kassa aparatından 4 000 manat nağd pul aparıblar. Oğurlanmış içkiləri istifadə edib, pulları isə aralarında bölüblər.

Məhkəmənin qərarına əsasən, Ariz Mərdənov 2 il 6 ay, Nahid Vəliyev və Babək Fətəliyev isə hər biri 3 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum ediliblər. Cəza müddətində onların elektron qolbaq taxaraq nəzarətdə saxlanılması və bir-birilərinə 100 metr yaxınlaşmamaq tələbləri müəyyən olunub.

Son xəbərlər