Mojo.az — elanlar
RU
RU
Mojo.az Avto
Mojo.az Avto

“SpaceX” “Crew-11” missiyası çərçivəsində beynəlxalq astronavtları BKS-yə göndərib

01.08.2025 22:56 1 257
“SpaceX” “Crew-11” missiyası çərçivəsində beynəlxalq astronavtları BKS-yə göndərib
Dörd astronavtdan ibarət beynəlxalq ekipaj Florida ştatının Kanaveral burnundan “SpaceX” şirkətinin “Falcon9” raketdaşıyıcısı ilə Beynəlxalq Kosmik Stansiya (BKS) doğru yola düşüb.

Median.Az
“Reuters”ə istinadən xəbər verir ki, NASA-nın bu planlaşdırılan missiyası həmişəkindən bir neçə ay daha uzun sürəcək missiyalardan birincisi ola bilər.

Raket buraxılışı Bakı vaxtı ilə saat 18:43-də baş tutub. Ekipajın şənbə günü BKS-ə çatacağı gözlənilir.

“SpaceX Crew-11” – “Commercial Crew Program” Kommersiya proqramı çərçivəsində həyata keçirilən “Crew Dragon” kosmik gəmisinin BKS-ə on birinci əməliyyat missiyasıdır. Onlar BKS-in göyərtəsində təxminən altı ay vaxt keçirəcək, elmi araşdırmalar və təcrübələr aparacaqlar.
//report

Son xəbərlər