Mojo.az Banner
14:42 Ölkəmizdə nə qədər ərazidə taxıl əkilir? - Nazir müavini AÇIQLADI  |     14:33 Beş milyon manatlıq siqaret qaçaqmalçılığı işi üzrə istintaq yekunlaşdı  |     13:47 Bakıda bu küçədə yol çökdü  |     13:37 Azərbaycanlıya Ukraynada yüksək vəzifə verildi - FOTO  |     13:22 Bərgüşad çayı üzərində su anbarı tikiləcək  |     13:01 Azərbaycanın ən yaşlı sakini 136 yaşında vəfat etdi  |     13:00 Nazir müavinindən ƏTİN QİYMƏTİ ilə bağlı açıqlama  |     12:53 Ali Məhkəmə: Qanunsuz məqsədlə verilən pul geri qaytarılmır  |     12:52 Ağdaşda qəzaya düşən qardaşların ikincisi də ÖLDÜ  |     12:40 Sürücülərin NƏZƏRİNƏ: Yol nişanları ilə bağlı dəyişiklik edilir  |     12:32 Mopedlərə texniki baxış və sürücülük vəsiqəsi ilə əlaqədar dövlət rüsumları müəyyənləşir  |     12:30 Avtonom nəqliyyat vasitəsini idarə etmək üçün sürücülük vəsiqəsi tələb olunacaq?  |     12:26 Bu gün geomaqnit qasırğası olacaq  |     12:24 Xankəndi şəhərində dünyaya gələn ilk uşağın anasına VƏZİFƏ VERİLDİ - FOTO  |     12:15 Sürücüsüz avtomobillərin operatoru olmaq istəyənlər üçün rüsum müəyyənləşir  |     11:54 Bakıda tanınmış həkim VƏFAT ETDİ - FOTO  |     11:40 Azərbaycandan tranzit keçməklə Rusiyadan Ermənistana taxıl və gübrə göndəriləcək  |     11:33 Dubay şahzadəsinin azərbaycanlı keçmiş xanımı və üç qızı qaçırıldı  |     11:32 Azərbaycan nefti üç dollara yaxın bahalaşdı  |     11:29 "Bitcoin"in qiyməti 62 min dollardan aşağı düşüb  |    
Left Banner
Right Banner

MM: "Belçika Nümayəndələr Palatasının qəbul etdiyi qətnamədə irəli sürülən ittihamları rədd edirik"

19.07.2025 14:07 714
MM:
Azərbaycan Respublikasının Milli Məclisi Belçika Nümayəndələr Palatasının iyulun 17-də qəbul etdiyi birtərəfli və qərəzli qətnamə ilə əlaqədar kəskin etirazını bildirir və qətnamədə ölkəmizə qarşı irəli sürülən əsassız ittihamları qətiyyətlə rədd edir.

Bu barədə Azərbaycan Respublikası Milli Məclisinin Belçika Nümayəndələr Palatasının qətnaməsinə münasibətində bildirilib.

Qeyd olunub ki, yoxlanılmamış, yanlış və birtərəfli məlumatlar üzərində qurulan bu sənədin müəllifləri son dövrdə Cənubi Qafqaz regionunda təşəkkül tapmış siyasi, hüquqi və humanitar şəraiti görməzdən gəlir, beynəlxalq hüquq prinsiplərinə və normalarına etinasızlıq göstərir, hər bir parlamentin rəhbər tutmalı olduğu ədalət və obyektivlik meyarlarını saya salmırlar:

"Qətnamədə Azərbaycan Respublikasının öz ərazi bütövlüyünü bərpa etmək kimi qanuni və suveren hüququ, əslində inkar edilir. 2023-cü ilin sentyabrında Azərbaycanın həyata keçirdiyi antiterror əməliyyatı yalnız Qarabağ ərazisində fəaliyyət göstərən Ermənistan ordusunun qalıqlarına və qeyri-qanuni silahlı dəstələrə qarşı yönəlmişdi və beynəlxalq hüquqa tam uyğun idi. Bu əməliyyatın gedişində heç bir mülki şəxsə ziyan vurulmamış, dini və ya mədəni abidələr zədələnməmişdir.

Belçika parlamenti üzvlərinin Azərbaycanı "müharibə cinayətlərində" və "insan hüquqlarının pozuntularında" ittiham etmək cəhdləri əsassızdır və siyasi motivlərlə bağlıdır. Qətnamədə Azərbaycan torpaqlarının Ermənistan silahlı qüvvələri tərəfindən 30 il ərzində işğal altında saxlanılmasının, bu dövrdə dinc azərbaycanlı əhaliyə qarşı törədilmiş çoxsaylı cinayətlərin, soyqırımı aktlarının, etnik təmizləmə nəticəsində 750 min azərbaycanlının öz vətənində didərgin salınmasının, şəhər və kəndlərimizin dağıdılmasının, milli, mədəni, dini və tarixi mirasımızın talan və təhqir edilməsinin üzərindən sükutla keçilmişdir. Əvəzində isə öz torpağında sülhü və ədaləti bərqərar etməyə çalışan Azərbaycan haqsız hücumlara məruz qalıb.

Qətnamənin "qanunsuz həbslər" ilə bağlı hissəsinə gəlincə, xatırlatmaq yerinə düşər ki, hazırda Bakıda məhkəmə istintaqına cəlb edilən erməni milliyyətli şəxslər Azərbaycan ərazisində hərbi təcavüz, müharibə cinayətləri, zorakılıqla yoxa çıxarma, işgəncə vermə, terrorçuluq və s. kimi cinayətlər törətməkdə təqsirləndirilirlər. Onların müvafiq hüquqları təmin edilir, məhkəmə prosesi şəffaf aparılır və amansız rəftarla bağlı heç bir şikayət yoxdur. Bunun əksinə olan iddiaların irəli sürülməsi suveren dövlətin daxili işlərinə qarışmaqdan başqa bir şey deyildir.

Bu da təəssüflə qeyd edilməlidir ki, qətnamədə Ermənistandan kütləvi surətdə deportasiya edilmiş və ya zorla qovulmuş yüz minlərlə azərbaycanlının dinc yolla ata-baba torpaqlarına qayıtmaq hüququnu nəzərdə tutan "Qərbi Azərbaycan" anlayışı ilə bağlı təxribatçı və yanlış təfsirə yol verilib. Bu anlayış tarixi yaddaşına sadiq olan xalqımızın haqq-ədalət istəyini ifadə edir və beynəlxalq hüquqa tam uyğundur.

Qətnamədə bəyan edilmiş məqsədlərə zidd olaraq, bu sənəd sülh yaradılması səylərinə heç də kömək göstərmir. Son vaxtlar sülh gündəliyinin irəli aparılması üçün ciddi addımların atıldığı bir şəraitdə Belçika, İsveçrə kimi ölkələrin parlamentlərində, Avropa Parlamentində erməni diasporu ilə əlaqəsi olan qüvvələr sülh prosesini pozmağa, regionda yeni gərginlik ocağı yaratmağa çalışırlar".

Azərbaycan Milli Məclisi Belçika Nümayəndələr Palatasının üzvlərini obyektiv yanaşmaya əsaslanmayan bu cür sənədlərin qəbulu praktikasından əl çəkməyə, beynəlxalq hüquq prinsiplərinə və normalarına, regionun bütün xalqlarının hüquqlarına hörmətlə yanaşmağa, vəziyyəti gərginləşdirə bilən addımlardan çəkinməyə çağırır.скачать dle 11.3
Mojo.az Banner