Mojo.az — elanlar
RU
Son Xəbərlər
23:30 35 il həbsi istənilən "Cəhənnəm Necati"nin məhkəməsində hökm oxundu  |     22:42 Hande Erçel 24 saata bu qədər qazanır – Reklam qiyməti müzakirə yaratdı  |     22:34 Neftin qiyməti 117 dollara yaxınlaşdı – Yarım ilin rekordu yeniləndi  |     22:29 Bu bürclər diqqətli olsun: Sabah gözlənilməz hadisələr yaşanacaq  |     22:21 Ermənilər Azərbaycanla sərhəddə qanunsuz ağac kəsir  |     22:16 Sumqayıtda avtomobil piyadaları vurub, daha sonra yanıb  |     22:08 Şagirdlər ev tapşırığını "ChatGPT"yə yazdırır - Təhsildə yeni təhlükə  |     22:02 Qızıl bu həddə qədər ucuzlaşacaq - PROQNOZ  |     21:57 Çernobıl qəzasından 40 il sonra: Radioaktiv hissəciklər hələ də dağılmayıb  |     21:50 Kvant fizikası sahəsində irəliləyiş: Superkeçiricilərin hazırlanması sürətlənə bilər  |     21:42 2 milyon insanın yaşadığı ərazidəki vulkanın altında qeyri-adi aktivlik aşkarlandı  |     21:37 Bakı və Abşeronda leysan yağacaq, şimşək çaxacaq  |     21:30 Pensiyaların azalacağı barədə iddialara iqtisadçıdan cavab  |     21:24 2026-cı ilin payızında üst geyimlərində ən populyar rənglər  |     21:15 İstanbulda holdinq rəhbəri həbs edildi  |     21:10 26 yaşlı MMA döyüşçüsü silahlı atışmada öldü  |     21:03 Narkotik qalmaqalından sonra Nəvai qonorarını artırdı  |     20:51 Bakıda FIFA U-15 dünya çempionatı start götürüb - YENİLƏNİB  |     20:49 İlham Əliyev Azərbaycan-Timor-Leste yığmalarının oyununu izləyir  |     20:48 Goranboyda yolu keçmək istəyən kişi avtomobilin altında qaldı  |    
Mojo.az Avto
Mojo.az Avto

IOM: Çin-Azərbaycan vizasız rejim modeli digər Asiya ölkələri üçün nümunə ola bilər

17.07.2025 19:32 1 128
IOM: Çin-Azərbaycan vizasız rejim modeli digər Asiya ölkələri üçün nümunə ola bilər
Azərbaycanla Çin arasında vizasız gediş-gəliş rejiminin iyulun 16-dan qüvvəyə minməsi digər Asiya ölkələrini, xüsusilə “Bir kəmər, bir yol” təşəbbüsü çərçivəsində yerləşən dövlətləri oxşar addımlar atmağa təşviq edə bilər.

Bu barədə Beynəlxalq Miqrasiya Təşkilatının (IOM) Çindəki nümayəndəliyinin rəhbəri Li Ven CGTN telekanalına bildirib.

Onun sözlərinə görə, bu təşəbbüs regional əlaqələrin yeni mərhələyə keçməsinə, həmçinin Asiyada inteqrasiyanın dərinləşməsinə təkan verəcək:
“Viza rejiminin aradan qaldırılması təkcə turizm və ticarət deyil, həm də iqtisadi əməkdaşlıq, investisiya axınları, mədəni mübadilə və humanitar sahələrdə münasibətlərin genişlənməsinə töhfə verəcək. Bu, turist axınını ildə 40 %-ə qədər artıra və eyni zamanda işgüzar əlaqələrin inkişafına şərait yarada bilər”.

Li Ven qeyd edib ki, Çin-Azərbaycan vizasız rejim modeli inkişafda olan digər Asiya ölkələri üçün nümunə rolunu oynaya bilər:
“İnzibati maneələrin azaldılması Asiyada 2030-cu ilə qədər turizmdən 2,3 trilyon ABŞ dolları həcmində potensial gəlir əldə olunmasının əsas açarlarından biridir”.

Qeyd edək ki, Azərbaycan və Çin Xalq Respublikası hökumətləri arasında müvafiq saziş bu il aprelin 23-də Pekində imzalanıb və iyulun 16-dan qüvvəyə minib.

Sazişə əsasən, Azərbaycan və Çin vətəndaşları etibarlı ümumvətəndaş pasportları ilə digər ölkənin ərazisinə viza tələb olunmadan daxil ola, oradan tranzit keçə və ya ölkədə 30 günədək qalmaqla səfər edə bilərlər. Bu imtiyaz hər 180 günlük müddət ərzində ümumilikdə 90 günü keçməməlidir.
//report

Son xəbərlər