Mojo.az — elanlar
RU
Son Xəbərlər
15:03 Ermənistanın bir sıra icmalarında "seçkiqabağı" həbslər həyata keçirilir - Səbəb  |     14:34 Hamamda elektrik cərəyanı vurub öldürdü  |     14:24 Kafedəki dəhşətli qətlə görə 9 nəfər tutuldu  |     14:24 Gəncədə avtomobil qəzası: Bir nəfər ölüb  |     14:20 Bakıda ölümlə nəticələnən davanın iştirakçılarından biri deputatın oğludur - Foto  |     14:00 Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video  |     13:43 Xəzərdə kütləvi balıq tələfatı - Azərbaycana təhlükə gözlənilir?  |     13:39 Gürcüstanda saxlanılan İbad Hüseynov: "Mənimlə düşməncəsinə davrandılar"  |     13:36 Azərbaycan nefti kəskin bahalaşdı  |     13:35 Dünya çempionatı: Azərbaycanın dörd güləşçisi mübarizəyə başlayır  |     13:34 Sakit okeanda 7.2 maqnitudalı zəlzələ: Sunami təhlükəsi elan olundu  |     13:33 Zaqatalada silsilə oğurluqlar edən şəxs tutuldu  |     13:30 Bakıda “Tesla” parkında tanışına qarşı quldurluq edən şəxsə hökm oxundu  |     13:26 Bakıda kişi 2 kişini aldadıb 455 min manat pullarını aldı  |     13:21 Yarım milyon borcu olan şirkət rəhbərinə ölkədən çıxış qadağası  |     13:19 Gəncədə qadın bıçaqlandı: Əri şübhəli bilinir  |     23:02 Qışda qaz pulu çox gələnlərə güzəşt ediləcək? - Rayonlara görə...  |     22:57 “Cəfər Cabbarlı” ilə “Nizami”ni birləşdirən tunel nə vaxt hazır olacaq?  |     22:50 "Green Card" lotereyası ilə bağlı yeni qərar – Qeydiyyatın tarixi bəlli oldu  |     22:45 Dəyəri ən çox artan ərzaq məhsulları - ADLAR  |    
Mojo.az Avto
Mojo.az Avto

Gürcüstanın təhlükəsizlik orqanlarından əməliyyat: Nüvə materialı satışının qarşısı alındı

17.07.2025 13:32 1 389
Gürcüstanın təhlükəsizlik orqanlarından əməliyyat: Nüvə materialı satışının qarşısı alındı
Gürcüstanın Dövlət Təhlükəsizliyi Xidməti transmilli cinayətin üstünü açıb və onun bir neçə istiqamətdə həyata keçirilməsinin qarşısını alıb.

Bu barədə ölkənin Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) Terrorla Mübarizə Mərkəzinin direktoru Baça Mqeladze brifinq zamanı deyib.

Birgə tədbirlər nəticəsində əks-kəşfiyyat və xüsusi əməliyyatlar departamentlərinin əməkdaşları Batumidə bir Gürcüstan vətəndaşını və bir əcnəbini nüvə materialının - uranın qanunsuz satışı və əldə edilməsi ittihamı ilə saxlayıblar.

İstintaqın məlumatına görə, saxlanılan şəxslər uranı üç milyon ABŞ dolları qarşılığında satmaq niyyətində olublar.

"Bu radioaktiv maddənin alfa və qamma şüalanma səviyyəsini, eləcə də onun xüsusiyyətlərini nəzərə alaraq, ondan partlayıcı qurğuların istehsalı, terror aktları və ya ağır və ölümcül nəticələrə səbəb olan digər hərəkətlər üçün komponent kimi istifadə oluna bilər", - deyə Mqeladze bildirib.

Faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 230-cu maddəsinin birinci hissəsi üzrə istintaq aparılır və buna görə beş ildən 10 ilədək azadlıqdan məhrumetmə nəzərdə tutulur.

Son xəbərlər