Mojo.az Banner
16:15 Pelenin 1958-ci ildəki final forması 4,88 milyon dollara satıldı  |     16:07 Oğuzhan Uğur da saxlanıldı  |     16:01 "Balamı Kəlbəcərə yola saldım, 2 saat sonra yoxa çıxdı..." - Video  |     15:55 Avropada anomal istilər son dörd ildə 200 mindən artıq can alıb  |     15:49 Azərbaycan Kubokunun növbəti final oyununun tarixi AÇIQLANDI  |     15:24 Bakıda bir marşrutun fəaliyyəti bərpa edilir - FOTO  |     15:20 Moskvada Azərbaycan və Rusiya xarici işlər nazirləri arasında görüş keçirilir - FOTO  |     15:08 “Azərbaycan ədəbiyyatının əsas düşməni yaltaqlıqdır” — Anar Oğuzla müsahibə  |     15:03 İsrail parlamenti özünü buraxdı: Yeni seçki payızda olacaq  |     12:50 Heydər Əliyev Mərkəzi Slovakiya bayrağının rəngləri ilə işıqlandırılıb  |     12:26 Bazarlarda bütün açıq məhsullar etiketlənəcək – FOTO  |     12:18 Yaxın Şərqdəki gərginlik fonunda dünya bazarında neft bahalaşır  |     11:49 Sərxoş halda 150-dən çox qoyunu oğurlayan şəxs anlaqsız sayıldı - MƏHKƏMƏ  |     11:37 Venesuelada zəlzələ qurbanlarının sayı 5000-ə çatıb  |     11:17 Azərbaycanda qaz ödənişləri ilə bağlı YENİLİK  |     23:14 ABŞ İrana qarşı növbəti zərbələr dalğasına başlayıb  |     22:42 Konfrans Liqası: “Zirə” ikinci təsnifat mərhələsinə yüksəlib  |     22:26 Pərvin Lətifovun anası faciəvi şəkildə vəfat etdi  |     21:51 Odessa yaxınlığında həlak olan gəmi kapitanının nəşi tapılıb - XİN  |     21:20 Məlumatlarımız təhlükə altında - Bu trendlər nə üçün yaradılır?  |    
Left Banner
Right Banner

Dəmiryol vağzallarında kassaların fəaliyyəti dayandırılır

14.07.2025 17:56 870
Dəmiryol vağzallarında kassaların fəaliyyəti dayandırılır
"Azərbaycan Dəmir Yolları" (ADY) QSC iyulun 15-dən etibarən Bakı və Gəncə vağzalları istisna olmaqla rayonlararası istiqamətlər üzrə vağzal və stansiyalarda kassaların fəaliyyəti mərhələli şəkildə dayandırılacaq.

Bu barədə ADY məlumat yayıb.

Bildirilib ki, bu addım kağızdan istifadənin minimuma endirilməsi, ətraf mühitə mənfi təsirin azaldılması, eləcə də əməliyyat səmərəliliyinin artırılması və daha rahat, növbəsiz bilet alışının təşviqi məqsədilə atılır.

"ADY bilet satışı üzrə əməliyyatları sürətləndirmək üçün "ADY Mobile" tətbiqini və rəsmi veb-saytını (ticket.ady.az) daha da təkmilləşdirib. Həmçinin saytda inklüzivliyin qorunması məqsədilə "Müyəssərlik" menyusu əlavə edilərək hər kəs üçün əlçatan xidmət təmin edilib", - deyə məlumatda bildirilib.

Xidmət keyfiyyətinin yüksəldilməsi nəticəsində son illər bilet alışında mobil tətbiqinin və ADY-nin rəsmi saytının payı artıb. Artıq "ADY Mobile" istifadəçilərinin sayı 250 mini ötüb, təkcə son 6 ayda 90 minə yaxın istifadəçi tətbiqi yükləyərək "ADY Mobile"ın geniş imkanlarından yararlanıb. Ötən il rayonlararası istiqamətlərə səfərlərdə 70 % sərnişin biletlərini onlayn şəkildə əldə edib. Bu ilin 6 ayında isə bu rəqəm 80%-ə yaxınlaşıb.

Sərnişinlər onlayn bilet satışının daimi aktiv olması nəticəsində məkan və zamandan asılı olmayaraq həm özlərinə, həm də ailə üzvləri və yaxınlarına rahat bilet almaqla vaxtlarına maksimum qənaət edirlər:

"Qeyd edək ki, Bakı və Gəncə vağzallarında yerləşən kassaları çıxmaq şərti ilə, kağız bilet alışının cəmi 8%-i rayonlarda yerləşən kassalarla həyata keçirilir. Qazax, Ləki və Ucar stansiyaları, Göynük, Qorağan, Əliabad və Göyəm dayanacaqları istifadəyə verildikdən sonra bu istiqamətlər üzrə bilet satışı onlayn təşkil edilir. Həmçinin 2023-cü il iyulun 1-dən etibarən kağız istifadəsinin azaldılması məqsədilə Abşeron dairəvi dəmir yolu marşrutu üzrə hərəkət edən qatarlara kağız biletlərin satışı dayandırılıb. Bu marşrut üzrə qatarlarda gediş bank kartı, "ADY Mobile" tətbiqi və ADY kartı ilə təmassız və rahat şəkildə həyata keçirilir".

"Sərnişin və yük daşımalarında kağızsız əməliyyatların tətbiqi ADY-nin prioritetlərindən biridir və artıq bu istiqamətdə real nəticələr əldə olunmaqdadır. 2023-cü ildə BMT-nin Qlobal Sazişinə qoşulan ADY BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinə uyğun olaraq ətraf mühitin qorunmasına və iqlim dəyişikliyinə qarşı mübarizəyə xüsusi önəm verir.

Son illər ərzində istifadəyə verilən "ADY Mobile" tətbiqi, "ADY Smart", elektron portal, habelə yüklərin elektron qaimə ilə yola salınması kimi rəqəmsal həllər əməliyyatların sadələşdirilməsi ilə yanaşı, kağızdan istifadənin minimuma endirilməsinə yönəlib. Paralel olaraq, hərəkətin təhlükəsizliyi istiqamətində daxili prosedurların tam rəqəmsallaşması həyata keçirilib.

Kağız biletlərin istifadəsinin azalması həm də Azərbaycanın kağızsız əməliyyatlara, rəqəmsal iqtisadiyyata keçidinin real göstəricisidir", - deyə məlumatda qeyd olunub.скачать dle 11.3
Mojo.az Banner