Mojo.az Banner
17:01 "Bibi Heybət"in imamının diplomu tanınmadı  |     17:00 Lənkəranda avtomobil yol kənarındakı satıcını vurub öldürdü  |     16:24 Özəl klinikalarda problemlər artır – Xidmət keyfiyyəti necə qorunmalıdır?  |     16:13 Ev dustaqlığına buraxılan Arzuma bu qadağa qoyuldu - Vəkilindən açıqlama  |     16:06 Nazirlər Kabineti iki ay müddətində müəllimlər üçün geyimlə bağlı tələbləri təsdiqləyəcək  |     15:54 Mehdiabadda kişini başından vurub öldürdülər  |     15:49 Temperatur 41 dərəcəyə yüksələcək - XƏBƏRDARLIQ  |     15:45 IV kurs tələbəsi vəfat etdi  |     15:36 Prezidentdən Rauf Arifoğlu ilə bağlı - Sərəncam  |     14:39 Fransada bəzi məmurlar narkotik testindən sonra işdən kənarlaşdırılıblar  |     14:33 Sabah Bakıda 36, rayonlarda 39 dərəcə isti olacaq - 23.07.2026  |     14:25 Dünyada yanacaq tədarükü təşvişi - NEFT BAHALAŞDI  |     14:20 Bakıda binalardan birində liftlərin fəaliyyəti dayandırıldı  |     14:13 Azərbaycan neftinin qiyməti 99 dollara yaxınlaşır  |     14:05 ABŞ Səudiyyə Ərəbistanının dinc nüvə proqramını dəstəklədi  |     14:00 Avropada anomal istilərin səbəbi açıqlanıb  |     13:54 Yay mövsümündə dişləri zədələyən əsas amillər - Mütəxəssisdən vacib tövsiyələr  |     13:45 Xəzərdə batmaqda olan iki nəfər XİLAS EDİLDİ  |     13:40 Nabranda FACİƏ: 17 yaşlı qız dənizdə boğuldu  |     13:31 Nigar Rüstəmliyə yüksək vəzifə verildi  |    
Left Banner
Right Banner

AYNA: Avtobus marşrutlarına onlayn bilet satışı 2 dəfə artıb

09.10.2025 18:30 501
AYNA: Avtobus marşrutlarına onlayn bilet satışı 2 dəfə artıb
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda şəhərlərarası və rayonlararası müntəzəm avtobus marşrutlarına onlayn bilet satışını təmin edən "biletim.az" portalı vasitəsilə onlayn qaydada 584 294 bilet əldə edilib.

Bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən xəbər verir.

Bildirilib ki, bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 2 dəfə çoxdur.

Ötən ilin 9 ayında qabaqcadan satış üzrə biletlərin xüsusi çəkisi 19,5 % idisə, bu ilin eyni dövründə bu rəqəm 33 %-ə çatıb. Bu da onu göstərir ki, sərnişinlərin avtovağzal xidmətlərinə inamı artmaqdadır və səfərlərini reallaşdıran zaman onlayn bilet alışına daha çox üstünlük verirlər.

Qeyd edək ki, "biletim.az" portalında 56 şəhər və rayona, 86 istiqamət üzrə bilet almaq mümkündür. Sistemə 341 reys olmaqla 389 nəqliyyat vasitəsi qoşulub. Onlayn bilet satışı sistemi mərhələli şəkildə sərnişindaşıma sahəsində xidmət göstərən bütün daşıyıcı və avtovağzalları əhatə edəcək.
скачать dle 11.3
Mojo.az Banner