Mojo.az Banner
20:55 Avtomobil ehtiyat hissələrinin bahalaşması nə vaxta qədər davam edəcək? - Video  |     20:46 Son bir həftədə yaşıllıqlara 19 min manatdan çox ziyan dəyib  |     20:41 İki nəfər minaya düşərək ölüb  |     20:34 Bu il ölkədə qeydə alınan cinayətlərin sayı açıqlandı  |     20:29 Xlorlu su dərini quruda bilər - Dermatoloqdan məsləhətlər  |     20:24 Külək güclənəcək - XƏBƏRDARLIQ  |     20:15 İspaniyada meşə yanğınları tüğyan edir  |     20:10 Azərbaycanda vəzifəli şəxslər həbs edildi - 100 milyonluq “yeyinti”  |     20:02 Lavrovun İrana səfəri planlaşdırılır  |     19:57 Arayikgilin məhkəməsi prokurorların çıxışları ilə davam etdirilib  |     19:50 Şənbə günü 39 dərəcə isti olacaq  |     19:45 Maşın piyadanı vurub öldürdü - Video  |     19:36 8-ci kilometr bazarı ətrafında aparılan yol təmiri sahibkarlara ziyan vurdu - Video  |     19:30 İran "Amazon" məlumat mərkəzinə hücum edib  |     19:20 Ərdoğan Özbəkistan Prezidentini COP31-ə dəvət edib  |     19:05 “Dinamo” -“Neftçi” matçının hakimləri açıqlandı  |     18:55 Azərbaycanın ən çox və ən az pul xərcləyən rayonları (TAM SİYAHI)  |     18:51 Avtobusda sərnişinin çantasından 440 manat oğurladı - Həbs olundu  |     18:46 Təbiət qoynunda istirahət edənlərin diqqətinə - Nazirlik XƏBƏRDAQLIQ yaydı  |     18:42 "Space TV"dən bank hesablarına həbs qoyulması ilə bağlı AÇIQLAMA (Yenilənib)  |    
Left Banner
Right Banner

AYNA: Bakıdan Şəmkir, Beyləqan və Gədəbəyə onlayn bilet satışına başlanılır

30.09.2024 21:56 1 482
AYNA: Bakıdan Şəmkir, Beyləqan və Gədəbəyə onlayn bilet satışına başlanılır
“Biletim.az” portalı vasitəsilə Bakıdan Şəmkir, Beyləqan və Gədəbəy rayonunun Novoivanovka kəndinə onlayn biletlər satışa çıxarılır.

“Report” bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) istinadən xəbər verir.

Məlumata görə, portala daha əvvəl mövcud olan Bakı–Kürdəmir, Bakı–Siyəzən və Bakı–İsmayıllı marşrutları üzrə də əlavə reyslər daxil edilib. Bakı-İsmayıllı marşrutları üzrə Şamaxı şəhəri aralıq məntəqəsi kimi təyin olunub.

"Beləliklə “biletim.az” portalında 45 şəhər və rayona 74 istiqamət üzrə bilet almaq mümkündür. Onlayn bilet sistemi sərnişindaşıma sahəsində xidmət göstərən bütün daşıyıcı və avtovağzalları mərhələli şəkildə əhatə edəcək. Hazırda sistemə qoşulan daşıyıcıların sayı 154, nəqliyyat vasitələrinin sayı isə 321-dir", -deyə məlumatda qeyd edilib.

Qeyd edək ki, portal vaxta qənaət, müştəri məmnuniyyətinin təmin edilməsi, ölkədə nağdsız ödəniş dövriyyəsinin artırılması baxımından bir sıra üstünlüklərə malikdir.скачать dle 11.3
Mojo.az Banner