Tanınmış oftalmoloqa cinayət işi açılıb - Video
Tanınmış oftalmoloq Cahid Şahbazova cinayət işi açılıb.
Vətəndaş Humay Əliyevanın şikayəti əsasında Səbail Rayon Prokurorluğunda C.Şahbazov barəsində cinayət işi başlanılıb.
Cinayət Məcəlləsinin 314.1-ci (Səhlənkarlıq - ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə açılan iş üzrə Cahid Şahbazov istintaqa cəlb olunub.
Qeyd edək ki, vətəndaş Humay Əliyeva Axşam.az-a müraciət edərək, Cahid Şahbazov tərəfindən əməliyyat olunduğunu və müdaxilə nəticəsində gözünün görmə qabiliyyətini itirdiyini bildirmişdi. Onun sözlərinə görə, aparılan tibbi ekspertiza əməliyyatın uğursuz olduğunu təsdiqləyib.