Mojo.az Banner
14:20 Vyetnamda daşqın və torpaq sürüşməsi: Ölənlər və itkin düşənlər var  |     14:19 Müdafiə Nazirliyində milyonluq mənimsəməyə görə tutulan sabiq xidmət rəisi barədə QƏRAR  |     14:19 Şəmkirdə insident: Söyüşə görə başlayan davada qadın yaralanıb  |     14:18 Həftəsonu istirahətə gedən VƏTƏNDAŞLARA XƏBƏRDARLIQ  |     14:16 Azərbaycan neftinin qiymətində CİDDİ ARTIM  |     14:14 Xəstəxananın həyətində DƏHŞƏTLİ GÖRÜNTÜLƏR - Tibbi tullantılar və orqan qalıqları günlərlə yığılıb qalır - Video  |     14:07 Azərbaycan güləşçisi Budapeştdə bürünc medal qazandı  |     14:06 Göygöldə evdən meyit tapıldı  |     14:03 Leyla Əliyeva Budapeştdə "Azərbaycan xalçaları – ənənədən müasir incəsənətə" sərgisinin təqdimatında iştirak edib - FOTO  |     13:54 DSX hərbçisi vəfat etdi  |     13:32 Bakıda və bölgələrdə güclü küləklə bağlı XƏBƏRDARLIQ  |     13:28 Günəşin dərinliklərində nəhəng gümüş ehtiyatları aşkarlanıb  |     13:25 Bəzi yerlərdə leysan, Aran rayonlarında 37 dərəcə isti olub  |     13:13 ANAMA-nın təsis edilməsindən 28 il ötür  |     23:02 Xəzərlə bağlı qorxulu ssenari: dənizinin səviyyəsi 9-18 metr enə bilər  |     22:55 Akın Akınözü yeni serial üçün imicini dəyişdi  |     22:50 Xalq rəssamı Ömər Eldarovun sağlamlıq VƏZİYYƏTİ AÇIQLANDI (Yenilənib)  |     22:42 Apellyasiya məhkəməsində Ermənistan vətəndaşlarının şikayətləri üzrə təqsirləndirilən şəxslərin çıxışları başa çatıb  |     22:36 Babək rayonunda iki avtomobil toqquşub, xəsarət alanlar var  |     22:29 Hərbçimiz həlak oldu  |    
Left Banner
Right Banner

Əlini sükandan çəkib oyuncaq tapança ilə qayda pozan bloger saxlanıldı - DYP-dən açıqlama - VİDEO (YENİLƏNİB)

12.07.2025 19:31 639
Əlini sükandan çəkib oyuncaq tapança ilə qayda pozan bloger saxlanıldı - DYP-dən açıqlama - VİDEO (YENİLƏNİB)
Bakı şəhəri Dövlət Yol Polis İdarəsinin bölmə rəisi, polis kapitanı Toğrul Nəsirli Avtosfer.az-a bildirib ki, sürücü barəsində qanunvericiliyə müvafiq olaraq tədbir görülüb.

* * * * *

“TikTok”da 600 mindən çox izləyicisi olan tanınmış fenomen Nailə Nəcəfli yol hərəkəti qaydalarını ciddi şəkildə pozub. İdarəetmə zamanı qeyri-ciddi davranışı ilə həm özü, həm də digər yol hərəkəti iştirakçıları üçün təhlükəli vəziyyət yaradıb.

Hadisənin görüntüləri elə onun özü tərəfindən “TikTok” platformasında paylaşılıb. Kadrlarda görünür ki, Nailə Nəcəfli 77-YJ-102 dövlət nömrə nişanlı "Chevrolet" markalı avtomobili ilə paytaxtın mərkəzi küçələrindən biri olan Vaqif prospektində avtomobil idarə edərkən bir əli ilə sükanı saxlayır, digər əli ilə isə oyuncaq köpük tapançası vasitəsilə ətrafdakı sürücülərə “atəş açır”. O, maşının pəncərəsindən kənara çıxardığı tapança ilə köpükləri digər avtomobillərə tuşlayaraq onların diqqətini yayındırır. Bu anlarda nəinki sürücülərin diqqəti dağılır, həm də yol təhlükəsizliyi ciddi təhdid altına düşür.
Daha da təhlükəlisi isə dönmə manevri etdikdən sonra baş verir. Nailə Nəcəfli digər əlini də sükan arxasından çəkərək avtomobilin pəncərəsini qapatmağa çalışır. Bu davranış nəinki yol hərəkəti qaydalarına, eyni zamanda elementar sürücülük məsuliyyətinə tamamilə ziddir.

Qanunvericiliyə əsasən, avtomobil idarəetməsi zamanı təhlükəli davranışlara yol verən sürücülər İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinə əsasən məsuliyyət daşıyır. Xüsusilə idarəetmə zamanı hər iki əlin sükan üzərində olmaması və digər hərəkət iştirakçılarının təhlükəsizliyini təhdid edən hallarda cərimə və ya sürücülük hüququndan məhrumetmə tədbirləri tətbiq oluna bilər.скачать dle 11.3
Mojo.az Banner