Mojo.az Banner
17:35 Qayınata gəlininin qətlində təqsirləndirilir  |     17:35 Paşinyan Bakı ilə razılaşma barədə danışdı: Vəziyyətin yaxşılaşacağını gördük  |     17:27 Azərbaycanda zəlzələ oldu - FOTO  |     16:15 Universitetdən xaric olundu, hərbi xidmətə çağırılacaq? – RƏSMİ CAVAB  |     16:00 Uşağı döymək olmaz, bəs valideyn nə etsin?  |     15:29 Şəmkirdə 13 il əvvəl törədilən qətlin üstü açıldı - 24 yaşlı qadın tamah məqsədilə öldürülüb  |     15:19 Gürcüstan İranla hava əlaqəsini dayandırdı  |     15:06 Deputat xəstəxanalardakı vətəndaşları narazı salan növbələrdən danışdı: "Ciddi fikir veriləcək"  |     14:25 Azərbaycan futbol tarixində ilk: Final Gəncədə olacaq  |     14:22 Ramik Hacıyev millimizdən imtina etdi: Görün hansı ölkəni təmsil edəcək  |     14:17 SOMDA əməkdaşlarının tibbi təminatı DİN-ə həvalə olundu  |     14:11 İlginc qərar: Məhkəmə anası ilə sərt davranan övladı mirasdan məhrum etdi  |     13:10 Azərbaycanlı deputatlara Rusiyadan dəvət gəldi  |     12:51 “Hicablıdırsa, özünü göstərə bilməz?” – İlahiyyatçıdan müzakirələrə cavab  |     12:19 Bakıda evli kişi özündən 13 yaş kiçik qızı qaçırdı  |     12:13 Cəlilabadda qadın su quyusuna düşərək ölüb  |     12:04 Karantin rejimi ilə bağlı YENİ QƏRAR  |     12:03 Yaponiyadan Azərbaycana gətirilən dəniz duzunda uyğunsuzluq aşkarlanıb - FOTO  |     12:01 Hacıqabulda oğurluq edən şəxs saxlanıldı  |     12:01 Şəhid xanımı 4-cü mərtəbədən yıxılıb öldü  |    
Mojo.az Avto
Mojo.az Avto

Xocalı soyqırımında körpə övladları ilə girov götürülmüş qadın: "Oğlum başından qəlpə xəsarəti aldı"

11.07.2025 15:12 951
Xocalı soyqırımında körpə övladları ilə girov götürülmüş qadın:
İyulun 11-də Bakı Hərbi Məhkəməsində keçirilən məhkəmə prosesi Azərbaycan ərazilərinin vaxtilə Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilməsi nəticəsində zərərçəkmiş şəxslərin ifadələri ilə davam etdirilib.

Zərərçəkmiş şəxs Mehriban Bəkirova 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalı soyqırımı zamanı Ermənistan silahlı qüvvələri tərəfindən girov götürüldüyünü, Xankəndiyə aparılaraq orada 10 gün girov saxlanıldığını bildirib. Həmin vaxt onun 4 azyaşlı övladı, o cümlədən bir neçə günlük körpəsi olub. Yaşyarımlıq oğlu başından qəlpə xəsarəti alıb. Girovluqda işgəncələrə məruz qalıb, ondan Xocalı aeroportunda polis qismində çalışan həyat yoldaşı Abdulla Həmzəyev barədə məlumatlar tələb edilib.

O, prokurorun sualına cavabında soyqırımından əvvəl də Xocalının mütəmadi olaraq atəşə tutulduğunu, buna görə də zirzəmiyə sığındıqlarını, körpəsini fevralın 23-də zirzəmidə dünyaya gətirdiyini söyləyib.

Zərərçəkmiş Əvəz Abbasov Kərkicahan sakini olduğunu, 1989-cu ildə ermənilərin onun və qardaşının üzərinə qumbara atdığını deyib: "Mən üçüncü sinif şagirdi idim, qardaşım Eyvaz birinci sinifdə oxuyurdu. Bizə bir qrup şəxs yaxınlaşıb dedi ki, biz azərbaycanlılardan qisas alacağıq. Mən kömək üçün adam çağırmaq istəyəndə üstümüzə qumbara atdılar. Qardaşım həlak oldu, mən isə ağır yaralandım. Şuşa, Ağdam və Bakı xəstəxanalarında müalicə olundum".

Digər qardaşının da ermənilər tərəfindən güllə yarası aldığını deyən Ə.Abbasov onun sonradan Şuşanın müdafiəsi uğrunda gedən döyüşlərdə şəhid olduğunu söyləyib.

Qeyd edək ki, Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşlarının məhkəməsi davam etdirilir.скачать dle 11.3
Mojo.az Banner