Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
22:15 Daşkənddə Azərbaycan-Çexiya əlaqələrinin genişləndirilməsi müzakirə edilib | 22:01 Beynəlxalq axtarışda olan şəxs Albaniyada tutularaq Azərbaycana ekstradisiya edilib | 20:28 Dayəsi tərəfindən döyülərək öldürüldüyü iddia olunan körpənin görüntüsü - Video | 20:07 Azərbaycan cüdoçuları "Böyük Dəbilqə"də iki qızıl medal qazanıb | 20:01 Zaur Rzayev vəfat etdi | 19:43 Qeyri-etik davranışlarına görə daha bir tiktoker cəzalandırıldı | 19:41 Məşq zamanı vəfat edən Rəsulun fotosu | 19:24 Əli Əsədov Gürcüstana işgüzar səfər edib | 19:21 Taksi sürücüləri üçün vacib xəbər - Tarix açıqlandı | 18:43 Ceyranbatanda məktəbdə nə baş verib? - AQTA-dan reaksiya | 18:05 Xocalıda icazəsiz at çapanlar cərimələndilər | 17:59 Azərbaycan Kubokunda 1/8 finalın bütün cütlükləri bəlli olub | 17:40 İlham Əliyev İspaniya kralına başsağlığı verdi | 17:27 Qadınların kişilərdən az maaş almasının səbəbi budur - AÇIQLAMA | 17:14 Bakıda supermarketdə 100 minlik fırıldaq - Müdir çipsilərə görə həbs edildi | 17:11 Kredit götürənlər və əmanət sahibləri diqqət! Mərkəzi Bankın qərarı nəyi dəyişəcək? | 17:07 Siyəzəndə ünvanlı sosial yardıma görə dava: Qayınata kürəkənini döydü | 17:05 Deputat: Məktəblərdə tərbiyə məsələsi arxa planda qalıb | 17:03 Ceyranbatanda məktəbdə 10 şagird zəhərləndi | 16:49 "Zapı" ilə avtoxuliqanlıq edən şəxs həbs olundu |
Mojo.az Avto
Mojo.az Avto

Bu il qanunsuz abortlarla bağlı yeni qanun qəbul edilə bilər

11.07.2025 13:53 573
Bu il qanunsuz abortlarla bağlı yeni qanun qəbul edilə bilər
"Əhalinin sağlamlığı haqqında" qanunun 30-cu maddəsinə əsasən, hər bir qadının abort etdirmək hüququ var, lakin bu hüquq yalnız dölün cinsi müəyyən olunmamış dövrə, yəni hamiləliyin ilk 12 həftəsinə qədər keçərlidir".

Bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və komitə yanında İctimai şuranın birgə təşkilatçılığı ilə keçirilən 11 İyul - Ümumdünya Əhali Gününə həsr olunmuş "Azərbaycanda gender əsaslı cins seçimi (selektiv abort) və gender balansının pozulması: mövcud çətinliklər və çıxış yolları" mövzusunda ictimai müzakirə zamanı Gender balansı və qanunvericilik təşəbbüsləri, Azərbaycan Respublikası Milli Məclisi Aparatının Milli Məclisin, Komitələrin və Komissiyaların işinin təşkili şöbəsinin Komitə və komissiyalarla iş sektorunun məsləhətçisi Aynur Veysəlova deyib.

O bildirib ki, 12-ci həftədən sonra isə yalnız tibbi göstəriş əsasında hamiləliyin sonlandırılmasına icazə verilir:

"Hüquqi baxımdan bu, mümkündür. Lakin abortlarla bağlı rəsmi statistikada selektiv abort ayrıca qeyd olunmur. Bu səbəbdən vəziyyəti oğlan və qız uşaqları arasındakı nisbət əsasında müəyyənləşdiririk".

A.Veysəlova əlavə edib ki, əvvəllər qanunsuz abort edənlər yalnız cərimələnirdisə, hazırda bununla bağlı tətbiq edilən sanksiyalar daha da sərtləşdirilib.

Onun sözlərinə görə, "Reproduktiv sağlamlıq haqqında" qanunun qəbul olunması istiqamətində də işlər davam etdirilir:

"Ümid edirik ki, bu ilin payızında məsələ yenidən gündəmə gələcək və qanun layihəsi qəbul olunacaq".
//oxu.az

Son xəbərlər