Mojo.az Banner
23:04 Tramp Süni İntellekt Qüvvələrini yaratdı  |     22:52 Mehriban Əliyeva Dövlət Suverenliyi Günü münasibətilə Azərbaycan xalqını təbrik etdi  |     20:52 Bakıda 2 nəfər dənizdə batdı  |     20:47 “Bitcoin”in qiyməti yenidən 81 min dolları ötüb  |     20:39 COVİD-19 geri qayıdır - Çox sayda yoluxan var  |     20:31 Sentyabrın 21-dək bunu etməyənlər cərimələnəcək  |     20:26 Azərbaycanın yeni paytaxtı bu şəhər olacaq?  |     20:16 Sürücü parkinqi bağlamağı unutsa nə baş verir? - AYNA-dan açıqlama  |     20:11 44 yaşlı Röyadan yeni - FOTOLAR  |     20:04 Pakistan Yəmən müharibəsinə cəlb oluna bilər  |     19:58 Saçları belə yığmaq təhlükəlidir – MÜTƏXƏSSİSLƏRDƏN XƏBƏRDARLIQ  |     19:50 “SMM kimi işə götürüldüm, amma xadimə, ofisiant kimi istifadə edirdilər” -VİDEO  |     19:45 Təzyiqi yüksəldən qidalar: Həkimdən XƏBƏRDARLIQ  |     19:36 Maykl Ceksonun anasına hədiyyəsi satışa çıxarıldı  |     19:29 "Qarabağ"ın 5 legioneri millidən dəvət aldı  |     19:23 Azərbaycanda 90 məktəblə bağlı qərar verildi  |     19:09 Yuxu zamanı yataq otağındakı işıq ürəyə necə təsir edir?  |     19:03 Nəriman Axunzdadə Azərbaycan U-21 millisinə çağırıldı  |     18:56 Ay necə yaranıb? - Yeni kosmik missiya milyard illik sirrə işıq sala bilər  |     18:51 Diploma gedən yol qısalır: Bakalavr 3, magistratura 1 il olacaq?  |    
Mojo.az Avto
Mojo.az Avto

Prezident İlham Əliyev İranın Azərbaycana yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib

27.06.2025 15:08 1 191
Prezident İlham Əliyev İranın Azərbaycana yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 27-də İran İslam Respublikasının ölkəmizə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Müctəba Dəmirçilunun etimadnaməsini qəbul edib.

Median.Az
AZƏRTAC-a istinadən xəbər verir ki, səfir etimadnaməsini dövlətimizin başçısına təqdim edib.

Prezident İlham Əliyev səfirlə söhbət edib.

Dövlətimizin başçısı İran İslam Respublikasının Prezidenti ilə dünən telefon danışığını və Məsud Pezeşkianın Azərbaycana səfəri zamanı aparılmış müzakirələri məmnunluqla xatırlayıb, bu səfərin bütövlükdə iki ölkə arasındakı münasibətlərin inkişafında yeni səhifə açdığını qeyd edib.

Prezident İlham Əliyev vurğulayıb ki, Məsud Pezeşkianın ölkəmizə səfəri zamanı səsləndirdiyi bəyanatlar və fikirlər Azərbaycan ictimaiyyəti tərəfindən çox müsbət qəbul olunub.

Dövlətimizin başçısı İranla İsrail arasında baş vermiş qarşıdurma ilə əlaqədar Azərbaycanın öz mövqeyini ifadə edən ilk ölkələrdən biri olduğunu deyərək, bu gərginliyi qınadığını vurğulayıb və qarşıdurma zamanı həlak olan İran vətəndaşları ilə bağlı bir daha başsağlığını ifadə edib. İranla İsrail arasında bu gərginliklə əlaqədar bəzi dairələrin və media təmsilçilərinin Azərbaycan-İran əlaqələrinə xələl gətirmək üçün şayiələr və yalanlara əsaslanan məlumatlar yaydığını deyən Prezident İlham Əliyev bütün bunların tamamilə cəfəngiyyat olduğunu bildirib.

Müctəba Dəmirçilu İran İslam Respublikasının ali rəhbərliyinin də Azərbaycanla münasibətlərin inkişafına xüsusi diqqət göstərdiyini vurğulayıb.

Səfir Azərbaycanla İran arasındakı münasibətlərin dostluğa, qonşuluğa və qardaşlığa əsaslandığını qeyd edib. O, İranla İsrail arasında baş vermiş qarşıdurma ilə əlaqədar Azərbaycanın prinsipial və qəti mövqeyinin İranda yüksək qiymətləndirildiyini vurğulayıb və buna görə də təşəkkürlərini çatdırıb. Səfir qeyd edib ki, İran tərəfi də tam əmindir ki, Azərbaycan ərazisindən İrana qarşı heç vaxt istifadə oluna bilməz, Azərbaycan dövləti buna heç zaman imkan verməz.

Diplomat, həmçinin xarici və İran vətəndaşlarının ölkəmizə keçidi üçün yaradılmış şəraitə görə minnətdarlığını bildirib.

Görüşdə Azərbaycanla İran arasında ikitərəfli siyasi, iqtisadi, ticari, mədəni, humanitar və digər sahələrdə əməkdaşlığın inkişaf perspektivlərinə dair geniş fikir mübadiləsi aparılıb. Şimal-Cənub nəqliyyat dəhlizinin inkişafı, Araz çayı üzərində inşa olunan, Ağbənd və Kəlalə məntəqələrini birləşdirən avtomobil körpüsünün tikintisi, ümumilikdə Araz nəqliyyat dəhlizinin inkişafı məsələləri müzakirə olunub.скачать dle 11.3
Mojo.az Banner