Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
13:51 Azərbaycan Prezidenti: "İkili standartlar siyasəti beynəlxalq siyasətdən tam şəkildə çıxarılmalıdır"  |     13:47 "Həzi Aslanov" - "İçərişəhər" metro xəttində birbaşa hərəkət bərpa olunub? (Yenilənib)  |     13:45 İlham Əliyev: "Azərbaycan təcrübəsi bəzi münaqişələrin aradan qaldırılmasına xidmət edə bilər"  |     13:44 Prezident Dialoq Forumunda Azərbaycanın öz torpaqlarını azad etməsindən danışıb  |     13:31 Necə varlanmaq olar? Pulu banka qoyaq, qızıl alaq, yoxsa istiqraz?  |     13:20 Bakıda yeni park salınır - Foto  |     13:03 Azərbaycan neftinin qiyməti 127 dolları ötdü  |     13:02 "Ceyhun Sabunçu"nu qətlə yetirməkdə ittiham olunan şəxslər başqa cinayət də törədiblərmiş  |     12:31 Milyarder İbrahim Süleymanova Rusiyada yekun ittiham irəli sürüldü  |     12:28 Universitetlər əmək bazarının tələblərinə cavab verə bilmir – Açıqlama  |     12:17 Göygöldə qanlı dava: 36 yaşlı kişi bıçaqlandı  |     12:08 Nisyə pivə içən qəssab dostunu bıçaqladı - İmişlidəki cinayətin təfərrüatı  |     12:00 İlham Əliyev: "Bu gün Azərbaycan cəmiyyəti bütün məsələlər üzrə birlik nümayiş etdirir"  |     11:59 Dubayda qızıldan piyada yolu salınacaq  |     11:57 Bakının ucuz mənzillər satılan əraziləri açıqlandı - Video  |     11:55 Prezident: "İkinci Qarabağ müharibəsi zamanı bütün etnik qrupların və dinlərin nümayəndələri bir dəmir yumruq kimi birləşdilər"  |     11:53 Bakıda böyük söküntü başlayır: Sakinlərə nə qədər kompensasiya veriləcək? - Video  |     11:34 İlham Əliyev: "Azərbaycan tarixən və hər zaman çoxmədəniyyətli ölkə olub"  |     11:29 Prezident: "Mədəniyyətlərarası Dialoq Forumu mədəniyyətlərarası münasibətlərin inkişafına öz töhfəsini verib"  |     11:26 Deputat: “İran nazirinin bəyanatı Azərbaycanın daxili işlərinə müdaxilədir”  |    
Mojo.az Avto
Mojo.az Avto

KİV: ABŞ İranın uran ehtiyatlarını hara köçürdüyünü bilmir

23.06.2025 19:09 1 236
KİV: ABŞ İranın uran ehtiyatlarını hara köçürdüyünü bilmir
ABŞ-nin ali rəhbərliyi ölkənin İranın nüvə obyektlərinə endirdiyi zərbələrdən sonra Tehranın zənginləşdirilmiş uran ehtiyatlarını hara köçürdüyü barədə məlumatlı deyil.

Median.Az
TASS-a istinadən xəbər verir ki, bu qiymətləndirməni “The New York Times” (NYT) qəzeti təqdim edib.

Nəşrin məlumatına görə, nə ABŞ vitse-prezidenti Cey Di Vens, nə də AEBA-nın baş direktoru Rafael Qrossi 60 %-ə qədər zənginləşdirilmiş 400 kq uranın harada olduğunu bilmirlər. Eyni zamanda, İranın nüvə infrastrukturuna zərbələr onun inkişafını 2-5 il geri sala bilər.

İyunun 22-nə gecə ABŞ Prezidenti Donald Tramp ölkənin silahlı qüvvələrinin İrandakı üç nüvə obyektinə (Fordo, Natanz və İsfahandakı) uğurlu hücum həyata keçirdiyini bildirib. O, Tehranın münaqişənin dayandırılmasına razılıq verməli olduğunu bəyan edib. İsrail Tehranın nüvə proqramına qarşı əməliyyat çərçivəsində iyunun 13-dən etibarən İrana hər gün zərbələr endirir.

Son xəbərlər