Mojo.az — elanlar
RU
Son Xəbərlər
23:30 35 il həbsi istənilən "Cəhənnəm Necati"nin məhkəməsində hökm oxundu  |     22:42 Hande Erçel 24 saata bu qədər qazanır – Reklam qiyməti müzakirə yaratdı  |     22:34 Neftin qiyməti 117 dollara yaxınlaşdı – Yarım ilin rekordu yeniləndi  |     22:29 Bu bürclər diqqətli olsun: Sabah gözlənilməz hadisələr yaşanacaq  |     22:21 Ermənilər Azərbaycanla sərhəddə qanunsuz ağac kəsir  |     22:16 Sumqayıtda avtomobil piyadaları vurub, daha sonra yanıb  |     22:08 Şagirdlər ev tapşırığını "ChatGPT"yə yazdırır - Təhsildə yeni təhlükə  |     22:02 Qızıl bu həddə qədər ucuzlaşacaq - PROQNOZ  |     21:57 Çernobıl qəzasından 40 il sonra: Radioaktiv hissəciklər hələ də dağılmayıb  |     21:50 Kvant fizikası sahəsində irəliləyiş: Superkeçiricilərin hazırlanması sürətlənə bilər  |     21:42 2 milyon insanın yaşadığı ərazidəki vulkanın altında qeyri-adi aktivlik aşkarlandı  |     21:37 Bakı və Abşeronda leysan yağacaq, şimşək çaxacaq  |     21:30 Pensiyaların azalacağı barədə iddialara iqtisadçıdan cavab  |     21:24 2026-cı ilin payızında üst geyimlərində ən populyar rənglər  |     21:15 İstanbulda holdinq rəhbəri həbs edildi  |     21:10 26 yaşlı MMA döyüşçüsü silahlı atışmada öldü  |     21:03 Narkotik qalmaqalından sonra Nəvai qonorarını artırdı  |     20:51 Bakıda FIFA U-15 dünya çempionatı start götürüb - YENİLƏNİB  |     20:49 İlham Əliyev Azərbaycan-Timor-Leste yığmalarının oyununu izləyir  |     20:48 Goranboyda yolu keçmək istəyən kişi avtomobilin altında qaldı  |    
Mojo.az Avto
Mojo.az Avto

Günəş-Yer xəttində böyük tac dəliyi: Uzunmüddətli geomaqnit dalğalanmaları gözlənilir

23.06.2025 17:32 750
Günəş-Yer xəttində böyük tac dəliyi: Uzunmüddətli geomaqnit dalğalanmaları gözlənilir
Günəş-Yer xəttində böyük tac dəliyi müşahidə olunur, ona görə də yaxın günlərdə Yer kürəsində maqnit qasırğalarının olması mümkündür.

Median.Az
-ın TASS-a istinadən xəbərinə görə, bu barədə Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun Günəş Astronomiyası Laboratoriyası və Rusiya Elmlər Akademiyasının Sibir bölməsinin Günəş-Yer Fizikası İnstitutu məlumat verib.

"Günəşin Yerə baxan tərəfində son bir neçə gündə müşahidə edilən və tədricən şərqdən qərbə (soldan sağa) doğru hərəkət edən kifayət qədər böyük tac dəliyi bu gün (23 iyun - red.) Günəş-Yer xəttinə çıxıb. Görünən diskin mərkəzindəki dəliyin indiki yerləşməsi artıq onun Yerə təsir göstərməsinə imkan verir, lakin faktiki olaraq, sürətli günəş küləyinin axınları Yerə ancaq 2-3 gündən sonra çatacaq", - deyə məlumatda bildirilib.

Laboratoriya alimlərinin qeyd etdiyi kimi, tac dəliyinin Yerə təsirindən tamamilə qaçmaq mümkün olmayacaq. Proqnoza görə, iyunun 25-dən başlayaraq uzunmüddətli geomaqnit dalğalanmaları gözlənilir.

Son xəbərlər