Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
22:41 Siqaret təkcə ağciyər deyil, bir sıra digər orqanların da xərçənginə səbəb ola bilər | 22:34 Hövsan qəsəbəsində yolu keçmək piyadalar üçün təhlükəlidir (VİDEO) | 22:28 10 oğurluq, bir xuliqanlıq hadisəsi törətdi - Anlaqsız olduğu məlum oldu | 22:21 "Meduza"dan 3500 qutu markasız tütün çıxdı - Sahibkara cəza verildi | 22:16 Ürək və beyin üçün ən faydalı çərəz | 22:07 Türkiyədə zəlzələ oldu | 22:02 Məşhur rejissorun ölümü ilə bağlı yarım əsr sonra cinayət işi açıldı | 21:54 Sabah Bakıda 23 dərəcə isti olacaq | 21:49 Azərbaycanda mənzillərin qiymətləri ucuzlaşacaq? - AÇIQLAMA | 21:43 Hakerlər 15 min dövlət işçisinin məlumatlarını ələ keçirdi - Sloveniyada | 21:35 Beyləqanda 27 yaşlı ustanı "tok" vurub öldürdü | 21:30 Bu yolayrıcında işıqfor quraşdırıldı | 21:26 Şəhid atası dünyasını dəyişdi | 21:17 Bu döyüş Makqreqor üçün son olacaq | 21:08 Azərbaycanda korrupsiyaya qarşı əməliyyat: Saxlanılan var | 20:55 Aqressiyanın kökündə uşaqlıqdan gələn sevgisizlik dayana bilər – MÜSAHİBƏ | 20:38 Qazaxıstanda dövlət çevrilişinin qarşısı alınıb, 10 nəfər saxlanılıb | 20:17 Müəllimlər üçün metro və avtobus qiyməti 1 qəpik olacaq | 20:10 Prokurorluq orqanlarının veteranları təltif ediliblər | 20:08 Rusiyadan əcnəbilərin deportasiyasına səbəb olan inzibati xətaların sayı iki dəfə artırılır |
Mojo.az Avto
Mojo.az Avto

Cəlilabadda MARAQLI HADİSƏ - "Atam məni tacik qızdan ayırmaq üçün həbs etdirmək istəyir"

18.06.2025 16:38 588
Cəlilabadda MARAQLI HADİSƏ -
Bir neçə gün əvvəl Cəlilabad rayonunda maraqlı hadisə baş verib.

Median.Az
"Qafqazinfo"ya istinadən xəbər verir ki, haqqında borc məsələsinə görə şikayət olduğu üçün polis şöbəsinə çağırılan Masallı kəndlərindən birinin sakini, 2000-ci il təvəllüdlü S.Seyidov (şərti) barəsində inzibati protokol tərtib edilib.

Xırda xuliqanlıq əməli törətməkdə də şübhəli bilinən gənc saxlanılaraq, işi rayon məhkəməsinə göndərilib.

Amma S.Seyidov ifadəsində bildirib ki, haqqındakı şikayət ailəsi tərəfindən edilib və əsassızdır:

"Babamla polis şöbəsinə gəldim. Məlum oldu ki, barəmdə protokol tərtib olunub. Lakin haqqımda deyilənlər həqiqətə uyğun deyil. İqtisad Universitetinə 600 balla qəbul olmuşam. Universiteti bitirib Rusiyanın Sankt-Peterburq şəhərinə işləməyə getdim. Orada Tacikistan vətəndaşı olan qızla dini kəbin kəsdirərək evləndim.

Daha sonra müvafiq sənədlərim olmadığı üçün Bakıya qayıtdım, Mehdiabad qəsəbəsində kirayə ev tutaraq orada tacik həyat yoldaşımla yaşamağa başladıq. Hazırda o, evdə təkdir. Evdə telefon, pul və ərzaq yoxdur, onun burada tanıdığı kimsə də yoxdur. Atam məni qızdan ayırmaq üçün plan qurub, məni həbs etdirmək istəyir".

Şahid qismində ifadə verən S.Seyidovun babası da nəvəsinin dediklərini təsdiq edib.

Məhkəmə S.Seyidovun əməlində xəta olmadığı qənaətinə gəlib və icraata xitam verərək onu sərbəst buraxıb.

Son xəbərlər