Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
14:02 Mingəçevirdə gənc bıçaqlanıb | 13:44 İqtisadi artım əhalinin rifahında nə dərəcədə hiss olunacaq? – Professor 2027-ci ilin proqnozlarını şərh etdi | 13:28 Bakıda ağac maşının üzərinə aşdı | 13:27 Zakir Həsənov Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib | 13:27 Bakıdan Cəbrayıla gedən avtomobil aşdı: Ziyarətə gedən qadın öldü | 13:08 Sabah bəzi yollar buz bağlaya bilər | 13:03 Kirayə avtomobillərlə səfər edənlərə DYP-dən xəbərdarlıq | 13:02 İlham Əliyev Norodom Sihamonini təbrik edib | 12:35 Antalyada COP31 başlayıb | 12:10 Azərbaycan Türkiyədən nə qədər mal alıb? - Rəqəmlər | 12:08 Rusiyada kişi yanğınsöndürənləri çağırıb onların maşınını qaçırdı | 11:59 Bakıda kanalizasiya xəttinə görə iki küçənin sakinləri arasında mübahisə düşdü - Video | 11:42 Ağdaşda 17 yaşlı yeniyetmə 36 yaşlı kişini bıçaqlayıb | 11:41 Abşeronda qadın 20 manat verib sonra onu döyən sevgilisini bağışladı | 11:19 Ölkənin bir sıra dağlıq və dağətəyi ərazilərinə qar yağıb | 11:13 Mehriban Əliyeva Dövlət Bayrağı Günü münasibətilə paylaşım edib - Foto | 11:09 Günəşdə XXI əsrin rekordu təkrarlandı | 11:07 Alyona Əliyeva BIAF 2026 Festivalından paylaşım edib - Foto | 11:03 İlham Əliyevin sosial şəbəkə hesablarında Dövlət Bayrağı Günü ilə bağlı videoçarx paylaşılıb | 23:01 Milyonlarla dollarlıq maşınlar səhranın ortasında çürüyür |
Mojo.az Avto
Mojo.az Avto

Bakıda vətəndaşın evini qanunsuz sökdürməkdə təqsirləndirilən şəxs həbsdən azad olunub

17.06.2025 20:30 678
Bakıda vətəndaşın evini qanunsuz sökdürməkdə təqsirləndirilən şəxs həbsdən azad olunub
Bakıda vətəndaşın evini qanunsuz sökməkdə təqsirləndirilən “Pilot-16” MMC-də iş icraçısı olmuş Əlisahib Əzizovun kassasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib.

Ali Məhkəmədə hakim Ələsgər Novruzovun sədrliyi ilə keçirilən prosesdə qərar qəbul olunub.

Qərara əsasən, kassasiya şikayəti qismən təmin olunub və Bakı Apellyasiya Məhkəməsinin qərarı dəyişdirilib.

Belə ki, Əlisahib Əzizova 2 il sınaq müddəti olmaqla şərti cəza verilib.

Qeyd edək ki, Nəsimi Rayon Məhkəməsinin hökmü ilə Əlisahib Əzizova 4 il müddətinə şərti cəza verilib.

Daha sonra dövlət ittihamçısı hökmdən apellyasiya protesti verib. Bakı Apellyasiya Məhkəməsi Əlisahib Əzizovun cəzasını ağırlaşdıraraq onun 4 il müddətinə azadlıqdan məhrum edilməsi barədə qərar qəbul edib.

İttihama görə, təqsirləndirilən şəxs “Pilot-16” MMC-də iş icraçısı vəzifəsində işləyərkən heç bir rəsmi sənəd olmadan vətəndaş Məhbubə Quliyevaya məxsus evi və həyətdəki tikilini sökdürüb.

O, Cinayət Məcəlləsinin 186.2.1-ci (özgənin əmlakını qəsdən məhv etmə, zərərçəkmişə külli miqdarda zərər vurma), 186.2.2-ci (Özgənin əmlakını qəsdən məhv etmə, zərərçəkmişə külli miqdarda zərər vurma, yandırmaqla, partlatmaqla və ya başqa ümumi təhlükəli üsulla törədildikdə və ya ağır nəticələrə səbəb olduqda) 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham olunub.

Son xəbərlər