Mojo.az Banner
12:40 Azərbaycanda tanınmış kosmetoloq barəsində yeni hökm çıxarıldı - FOTO  |     12:26 Dövlət vəsaitini mənimsəməkdə ittiham olunan bağça müdiri və müavininə BƏRAƏT VERİLDİ  |     12:13 Azərbaycanda yeddi dövlət qurumu ləğv olundu  |     11:44 Malayziya kralı Azərbaycan Prezidentini təbrik etdi  |     11:39 Azərbaycanda rəisi işdən çıxarılan qurumda KORRUPSİYA ARAŞDIRMASI başladı  |     11:33 Arutyunyan və digərlərinin məhkəməsi başlayır  |     11:16 Milli Məclisin növbədənkənar sessiyası çağırılacaq  |     22:58 Cəlilabadda bir neçə yaşayış məntəqəsi qazsız qalıb  |     22:51 Tbilisi qatarının ilk sərnişinləri arasında Cavid Qurbanov da var - FOTO  |     22:41 Həştərxan vilayətinin qubernatoru Birinci vitse-prezident Mehriban Əliyevanı təbrik etdi  |     22:34 Qanunsuz heyvan kəsimi və satışına yol verilməyəcək - XƏBƏRDARLIQ - VİDEO  |     22:28 Zibil kimi atdığımız bu əşyalar əslində bizə pul qazandıra bilər — AÇIQLAMA  |     22:20 İranın yeni şərti ortaya çıxdı: ABŞ ilə razılaşma üçün Pekin zəmanəti  |     21:53 May ayından sonra... həyatı heç vaxt əvvəlki kimi olmayacaq BÜRCLƏR  |     21:45 Ayıların ailəlikcə toy mərasiminə qatılması viral oldu  |     21:35 Türkiyənin pilotsuz avtobusu İsveçdə ilk iş günündə qəzaya düşdü  |     21:25 İmişlidə ağır qəza - ölənlər və yaralananlar var - YENİLƏNİB  |     21:10 Bəzi şəxslərə pulsuz mənzillər veriləcək  |     21:01 Kamran Əsədov ifadə verdi - Aldığı pulların hamısını...  |     20:52 Babək Niftəliyevə vəzifə verildi  |    
Left Banner
Right Banner

MÜLKİYYƏTƏ ZORAKILIQ: “Versal Palace” MTK-nın qanunsuz əməlləri və hüquqi fəsadları (FOTO)

16.06.2025 19:39 675
MÜLKİYYƏTƏ ZORAKILIQ: “Versal Palace” MTK-nın qanunsuz əməlləri və hüquqi fəsadları (FOTO)
Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən, hər bir şəxsin mülkiyyət hüququ toxunulmazdır və bu hüquq dövlət tərəfindən qorunur. Bu norma hüquqi dövlətin təməl prinsiplərindən biri hesab olunur. Lakin təəssüf ki, reallıqda bəzi tikinti şirkətləri – xüsusən də özünü “elitar layihə”lərin memarı kimi təqdim edən “Versal Palace” Mənzil-Tikinti Kooperativi – bu hüquqi və konstitusion prinsiplərə açıq-aşkar təhdid yaradır.

2023-cü ildə vətəndaş Əsgərova Gülarə İsmayıl qızı “Bakı Ağ şəhər”də yerləşən “Versal Palace” MTK-dan biri 183 m², digəri isə 266 m² olmaqla iki mənzil alıb. O, hər iki mənzil üçün rəsmi müqavilələr imzalayıb, aylıq ödənişləri həyata keçirib və hər ödənişə dair rəsmi qəbzlər əldə edib. Ödənişlər başa çatdıqdan sonra isə müvafiq maliyyə arayışları ona təqdim olunub.

Lakin bir neçə ay əvvəl mənzilini təmir etmək məqsədilə həmin ünvana gedən vətəndaş inanılmaz mənzərə ilə qarşılaşıb: şirkət rəhbərliyi vətəndaşın 547 min manat ödədiyi 266 m²-lik mənzilə məxsus qapının qıfılını dəyişdirmiş və onu mənzildən faktiki olaraq uzaqlaşdırmışdır.

Daha da təəccüblüsü odur ki, şirkət rəhbərliyi bu qanunsuz hərəkəti əsaslandırmaq üçün absurd bir iddia irəli sürüb: guya 266 m²-lik mənzilə dair müqavilə “saxta” imiş, yalnız 183 m²-lik mənzilə dair müqavilə rəsmi sayılır.

Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099-cu maddəsinə əsasən, əqdlər könüllü razılıq əsasında bağlanır və hüquqi nəticələr doğurur. Əsgərova Gülarə İsmayıl qızının təqdim etdiyi müqavilə, rəsmi qəbzlər və maliyyə arayışları onun əmlak üzərində real hüquqlarını sübut edən sənədlərdir.

Bundan əlavə, Cinayət Məcəlləsinin 186.1-ci maddəsinə görə, özgənin əmlakını qəsdən məhv etmə və ya zədələmə, əmlaka qarşı qanunsuz müdaxilə cinayət məsuliyyəti yaradır. Əgər vətəndaşın rəsmi sənədlərlə mülkiyyət hüququ tanınırsa, həmin mənzilə müdaxilə, qıfılın dəyişdirilməsi və onun ora buraxılmaması cinayət hüququ baxımından da məsuliyyət doğurur.

Hazırda məsələ Xətai Rayon Məhkəməsinin hakimi Aynur Abdullayevanın icraatındadır. Vətəndaş rəsmi sənədləri – alqı-satqı müqaviləsi, ödəniş qəbzləri və maliyyə arayışını təqdim edib. Məhkəmənin obyektiv araşdırma apararaq, hüququ pozulmuş vətəndaşın mülkiyyət hüququnu tanıyacağı gözlənilir. Lakin bu hadisə təkcə fərdi hüquq mübahisəsi deyil – bütövlükdə mənzil bazarında qanunsuzluqların, MTK özbaşınalığının və hüquqi boşluqların bariz nümunəsidir.

Bu hadisə bir daha sübut edir ki, tikinti sektorunda ciddi dövlət nəzarəti zəruridir. İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti, Baş Prokurorluq və Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti kimi orqanlar bu kimi hallar üzrə yoxlamalar aparmalı, qanunsuz fəaliyyət göstərən MTK-ların lisenziyaları dərhal dayandırılmalı və müvafiq məsuliyyət tədbirləri tətbiq edilməlidir.

Əgər bir MTK, istədiyi zaman bağlanmış rəsmi müqaviləni “saxta” adlandırıb vətəndaşın evinə qıfıl vurdura bilirsə, bu artıq hüquqi sistemin özünə qarşı da təhdiddir.

“Versal Palace” MTK-nın rəhbəri Tofiq Məmmədovun davranışı qanunun ruhuna və məzmununa ziddir. Onun törətdiyi bu cür hərəkətlər, təkcə Əsgərova Gülarə İsmayıl qızının yox, minlərlə vətəndaşın mənzil təhlükəsizliyi üçün təhlükəli presedent yaradır. Hüquqi dövlətdə mülkiyyət hüququ müqəddəsdir və bu hüquq MTK rəhbərlərinin subyektiv iddiaları ilə ləğv edilə bilməz.

Biz bir daha aidiyyəti dövlət qurumlarını, hüquq-mühafizə orqanlarını və məhkəmə sistemini bu məsələni obyektiv və sərt şəkildə qiymətləndirməyə, qanunu pozan şirkət rəhbərlərinin məsuliyyətə cəlb olunmasına çağırırıq.

Çünki bu gün susmaq – sabah başqa vətəndaşların hüquqlarının da pozulmasına göz yummaq deməkdir.












скачать dle 11.3
Mojo.az Banner