Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
22:59 Xudatda olay: Hərəkətdə olan “Hyundai” alışdı (VİDEO) | 22:51 Tayland turist vergisi tətbiq edəcək | 22:43 Qurudulmuş meyvələr hər kəs üçün faydalı deyil – Həkimdən xəbərdarlıq | 22:35 Nərmin Abdinova Avropa çempionu oldu | 22:20 Putin Qırğızıstan prezidenti ilə görüşdü | 22:10 Azərbaycan taekvondoçusu Adil Kazımlı Yeniyetmələrin Yay Olimpiya Oyunlarında finala yüksəlib | 22:02 Maşında musiqiyə qulaq asanlar cərimələnəcək | 21:50 Bakıda iri mağazalar şəbəkələrinin yerləşdiyi küçədə hərəkət iflic oldu: Yağış suları yolları keçilməz etdi - Video | 21:36 Uşağa qarşı fiziki və psixoloji zorakılığa görə 200 manat cərimə: "Hətta azdır" | 21:14 Böhran dərinləşir: Avropanın ən böyük iqtisadiyyatı çətin durumda | 21:13 Arif Mirzəyev vəfat etdi | 21:04 Leyla Əliyeva Əminə Ərdoğanla tədbirə qatıldı (FOTO) | 20:46 Sabah Balakəndə qaz olmayacaq | 20:38 İrana bağlı qruplaşmanın ABŞ-nin hərbi bazasına hücum planı: Detallar açıqlandı | 20:30 Törətdiyi qəzada dostunun nişanlısı həlak olmuşdu - Həbs edildi | 20:11 Cəlilabadda 10 yaşlı uşaq qızdırmadan ölüb | 20:05 Rusiya ilə Ukrayna arasında ən böyük əsir mübadiləsi yaxın iki-üç həftə ərzində baş tuta bilər | 19:55 Leyla Əliyeva COP31 çərçivəsində Azərbaycan pavilyonunda olub - FOTO | 19:46 QMİ İrəvan Göy məscidində keçirilən tədbiri vandalizm və təxribat adlandırıb | 19:29 Pakistanda atışma: 11 polis əməkdaşı həyatını itirdi |
Mojo.az Avto
Mojo.az Avto

Bakıda milyonlarla manat vergidən yayınan MTK-lar hansılardır? - SİYAHI

05.12.2024 20:24 1 242
Bakıda milyonlarla manat vergidən yayınan MTK-lar hansılardır? - SİYAHI
Bakıda İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən milyonlarla manat vergidən yayınan Mənzil-Kommunal Tikinti Kooperativləri (MTK) aşkarlanıb.

Median.Az
xəbər verir ki, "Qaynarinfo"nun araşdırmasına görə, DVX tərəfindən aşağıdakı MTK-lara pul vəsaitinin uçotdan gizlədilməsi və ya uçota alınmaması hallarına və malların Vergi Məcəlləsi ilə müəyyən edilən qaimə-faktura və ya elektron qaimə-faktura və ya elektron vergi hesab-faktura əsasında alınması nəticələri haqqında AKT-a əsasən külli miqdarda maliyyə sanksiyası tətbiq olunub:

- Qanuni təmsilçisi Kərim Pirməmməd oğlu Piriyev, AZ1129, Bakı Şəhəri Xətai Rayonu, Məhəmməd Hadi, ev.63A, m.71 ünvanında qeydiyyatda olan 115 Saylı Mənzil-Tikinti Kooperativi;

- Qanuni təmsilçisi İlham Arif oğlu Qafarov, AZ1138, Bakı Şəhəri Yasamal Rayonu, Əhməd Cavad, ev.77, məhəllə 3147 ünvanında qeydiyyatda olan "Səma-A" Mənzil-Tikinti Kooperativi;

- Qanuni təmsilçisi İbrahimxəlil Mikayıl oğlu Kərimov, Bakı Şəhəri Nizami Rayonu, Bəhruz Nuriyev, ev.52 ünvanında qeydiyyatda olan "Neftçi-3 Mənzil-Tikinti Kooperativi";

- Qanuni təmsilçisi Səhəddin Şirin oğlu Məmmədov, Bakı Şəhəri Xətai Rayonu, Xudu Məmmədov, ev.2 ünvanında qeydiyyatda olan "Etiram" Mənzil-Tikinti Kooperativi;

- Qanuni təmsilçisi Nadir Mirzə Əzizulla oğlu Fərəcullazadə, Bakı Şəhəri Xətai Rayonu, 6-Cı Zavod, Ev.3 1158-ci məhəllə ünvanında qeydiyyatda olan "Kəndtikinti Mənzil-Tikinti Kooperativi";

- Qanuni təmsilçisi Zaur Mahir oğlu Aslanov, Bakı Şəhəri Nərimanov Rayonu, Qafur Rəşad, ev.20 ünvanında qeydiyyatda olan "Bərəkət İnşaatçı-07" Mənzil-Tikinti Kooperativi;

- Qanuni təmsilçisi Məmməd Əzimulla oğlu Ramazanov, Bakı Şəhəri Nəsimi Rayonu, Əlövsət Quliyev, Ev.334-cü məhəllə ünvanında yerləşən "Merkuri" Mənzil-Tikinti Kooperativi;

- Qanuni təmsilçisi Nəcibə Şahbaz qızı Ağayeva, Bakı Şəhəri Nəsimi Rayonunda yerləşən "Kristal" Mənzil-Tikinti Kooperativi;

- Qanuni təmsilçisi Xarici İşlər Nazirliyinin Avropa İdarəsinin sabiq rəis müavini və Həmkarlar İttifaqı Komitəsinin sabiq rəhbəri Azayev Elxan Çərkəz oğlu olan "Diplomat 2008" Mənzil Tikinti Kooperativi;

Bu MTK-lar barəsində səyyar vergi yoxlaması üzrə məsuliyyətə cəlbetmə qərarının nəticəsində 2167872.08 manat əlavə vergi, 1083936.06 manat maliyyə sanksiyası hesablanıb. Sözügedən MTK-lar dəfələrlə vergilərdən yayındıqları üçün 20 min manatdan 600 min manatadək maliyyə sanksiyaları ilə də cəzalandırılıblar.

Qanuni təmsilçisi Təyyar Novruz oğlu Məmmədov, Bakı Şəhəri Nəsimi Rayonu, Cavad Xan 2 Mkr, ev.48b, m.40 ünvanında qeydiyyatda olan "İzmir Ltd." Mənzil-Tikinti Kooperativi barəsində isə səyyar vergi yoxlaması üzrə məsuliyyətə cəlbetmə qərarının nəticəsində 2795067.19 manat əlavə vergi, 1403522.11 manat maliyyə sanksiyası hesablanıb.

Son xəbərlər