Mojo.az — elanlar
RU
Son Xəbərlər
23:30 35 il həbsi istənilən "Cəhənnəm Necati"nin məhkəməsində hökm oxundu  |     22:42 Hande Erçel 24 saata bu qədər qazanır – Reklam qiyməti müzakirə yaratdı  |     22:34 Neftin qiyməti 117 dollara yaxınlaşdı – Yarım ilin rekordu yeniləndi  |     22:29 Bu bürclər diqqətli olsun: Sabah gözlənilməz hadisələr yaşanacaq  |     22:21 Ermənilər Azərbaycanla sərhəddə qanunsuz ağac kəsir  |     22:16 Sumqayıtda avtomobil piyadaları vurub, daha sonra yanıb  |     22:08 Şagirdlər ev tapşırığını "ChatGPT"yə yazdırır - Təhsildə yeni təhlükə  |     22:02 Qızıl bu həddə qədər ucuzlaşacaq - PROQNOZ  |     21:57 Çernobıl qəzasından 40 il sonra: Radioaktiv hissəciklər hələ də dağılmayıb  |     21:50 Kvant fizikası sahəsində irəliləyiş: Superkeçiricilərin hazırlanması sürətlənə bilər  |     21:42 2 milyon insanın yaşadığı ərazidəki vulkanın altında qeyri-adi aktivlik aşkarlandı  |     21:37 Bakı və Abşeronda leysan yağacaq, şimşək çaxacaq  |     21:30 Pensiyaların azalacağı barədə iddialara iqtisadçıdan cavab  |     21:24 2026-cı ilin payızında üst geyimlərində ən populyar rənglər  |     21:15 İstanbulda holdinq rəhbəri həbs edildi  |     21:10 26 yaşlı MMA döyüşçüsü silahlı atışmada öldü  |     21:03 Narkotik qalmaqalından sonra Nəvai qonorarını artırdı  |     20:51 Bakıda FIFA U-15 dünya çempionatı start götürüb - YENİLƏNİB  |     20:49 İlham Əliyev Azərbaycan-Timor-Leste yığmalarının oyununu izləyir  |     20:48 Goranboyda yolu keçmək istəyən kişi avtomobilin altında qaldı  |    
Mojo.az Avto
Mojo.az Avto

Azərbaycanda məşhur şairin şirkətinin milyonlarla borcu var

17.05.2024 18:31 975
Azərbaycanda məşhur şairin şirkətinin milyonlarla borcu var
Bakıda çoxmərtəbəli binaların tikintisini həyata keçirən “Qaraxan” Mənzil-Tikinti Kooperativinin (MTK) dövlətə milyonlarla manat vergi borcu yaranıb.

“Qaynarinfo”nun məlumatına görə, MTK-nın İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə 2 424 581,29 manat vergi borcu var.
Şirkətin qanuni təmsilçisi Adil Sarı oğlu Məmmədovun ölkədən çıxışına müvəqqəti məhdudiyyət qoyulub. Vergi borcunun ödənilməsi üçün vaxt verilib.

Şirkət Dövlət Vergi Xidməti barəsində Bakı Apellyasiya Məhkəməsiniə müraciət edib. İşə hakim Günel Abbasovanın sədrliyi ilə baxılacaq.

Qeyd edək ki, MTK-nın əsl sahibi şair Qaraxan Əkbəroğlu oğlu Yaqubovdur. O, “Dünya Şairlər və Yazıçılar İttifaqı”nın üzvüdür. İttifaq ilk dəfə 2 mart 2018-ci ildə Avstriyada rəsmi qeydiyyatdan keçib. Təsis qurultayında ittifaqının sədri şair Qaraxan Yaqubov seçilib. Onun 65 janrda seçilmiş şeirlər kitabı Nobel Sülh mükafatına təqdim edilib. Şair Qaraxan Əkbəroğlu bu günə qədər 116 janrda 8 şeir kitabı və bir roman yazıb. O, şeiriyyata xalq ədəbiyyatında və ədəbiyyatda olmayan 52 yeni janrda şeirləri ilə gündəmə gəlmişdi.

2020-ci ilə kimi şirkətin qanuni təmsilçisi, Qaraxan Yaqubovun yaxın qohumu Araz Eyvaz oğlu Yaqubov olub.

Son xəbərlər