Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
11:23 Azərbaycanda yeni ombudsman seçiləcək  |     11:15 Azərbaycanda inflyasiya ilə bağlı yeni proqnoz  |     11:14 Şəmkirdə usta bədbəxt hadisə nəticəsində ölüb  |     22:55 Kriştianu Ronaldu "Bütün zamanların "Qızıl topu" reytinqinin qalibi oldu  |     22:50 Səyahət planlayanlara fürsət – Aviabiletlər ucuzlaşa bilər  |     22:42 Buraxılış və qəbul imtahanları elektron keçiriləcək? – DİM-dən açıqlama  |     22:35 Məşqdən sonra bu səhvlərə yol verməyin – Ürəyə zərər verir  |     22:21 Media əməkdaşları çəkiliş zamanı məktəbin həyətində hücuma məruz qaldılar, saxlanılanlar var  |     22:18 Sevdiyi insanı heç vaxt unutmayan 4 bürc BUNLARDIR  |     22:10 Qonşular arasında dava: ölən var  |     22:07 Sabah bu ərazilərdə qaz olmayacaq  |     22:07 İlham Əliyev qatar qəzası ilə bağlı İspaniyaya başsağlığı verib - Foto  |     22:04 Xaçmaz rayonunda Caqacuq çayı üzərində yeni körpü inşa olunur  |     21:47 Atasının mübahisəsinə görə qonşusunun tövləsini yandırdı: 86 min manatlıq ziyan  |     21:41 Məktəbdə yıxılaraq həyatını itirən şagirdin anası da faciəli şəkildə ölübmüş  |     21:15 Beynəlxalq axtarışda olan şəxs Çində tutularaq Azərbaycana ekstradisiya edilib  |     21:03 Göygöldə evdən meyit tapıldı  |     20:56 İcbari tibbi sığorta ödənişi ilə bağlı dəyişiklik  |     20:45 Türkiyə-Azərbaycan əməkdaşlığına dair məsələlər müzakirə edilib  |     20:25 Bakıda poliklinikada rentgen plyonkası elektrik plitəsi ilə qurudulur? - Foto  |    
Mojo.az Avto
Mojo.az Avto

Velosiped sürmək demensiya riskini azaltmağa kömək edə bilər

14.06.2025 23:03 936
Velosiped sürmək demensiya riskini azaltmağa kömək edə bilər
Yeni araşdırmaya görə, orta yaşda müntəzəm olaraq velosiped sürmək demensiya riskini azalda və beyin sağlamlığını qoruya bilər.

Median.Az
xarici mətbuata istinadla xəbər verir ki, tədqiqat insanların necə hərəkət etməsi ilə demensiya və beyin strukturunun inkişaf riski arasındakı əlaqəni araşdırmaq məqsədi daşıyıb. Müəyyən edilib ki, avtomobil və ya ictimai nəqliyyatı idarə etmək kimi qeyri-aktiv hərəkət növləri ilə müqayisədə velosiped sürmək və piyada gəzmək kimi aktiv hərəkət növləri daha aşağı korrektə edilmiş demensiya inkişafı riskinə bağlıdır.

Çin və Avstraliya alimləri 13 il ərzində 479 min 723 iştirakçıdan əldə edilmiş məlumatları qiymətləndiriblər. Məlumatlar “UK Biobank” deidentifikasiya edilmiş genetik, həyat tərzi və sağlamlıq məlumatlarını ehtiva edən genişmiqyaslı biotibbi məlumat bazasından əldə edilib.

Tədqiqat iştirakçılarının ilkin orta yaşı 56,5 il idi. Onlar demensiyadan əziyyət çəkmirdilər və yeriyə bilirdilər.

İştirakçılardan son dörd həftə ərzində işə gediş-gəliş istisna olmaqla, səyahət üçün ən çox hansı nəqliyyat növlərindən istifadə etdikləri soruşulub. Cavablar dörd qrupa bölünmüşdü: qeyri-aktiv, gəzinti, qarışıq gəzinti, velosiped sürmə və qarışıq velosiped sürmə.

İştirakçıların təxminən yarısı qeyri-aktiv idi, 6,8 faizi piyada, 37 faizi qarışıq gəzinti qrupuna, 7 faizi isə velosiped sürmə və qarışıq gəzinti qrupuna daxil idi.

On üç illik müşahidə zamanı 8845 demensiya və 3956 Altsheymer xəstəliyi halı qeydə alınıb. Araşdırma göstərib ki, velosiped sürmək və qarışıq velosiped sürmək demensiyanın üç formasının inkişaf riskini azaldır: Altsheymer xəstəliyi, gənc yaşda başlayan demensiya və gec başlayan demensiya.

Son xəbərlər