Mojo.az Banner
SON DƏQİQƏ
21:42 Ötən gün itkin düşmüş 8 nəfər tapılıb  |     21:37 İstanbulda yağış 5 nəfərin həyatına son qoydu  |     21:30 Bazar günü hava necə olacaq?  |     21:15 İranın Hörmüz boğazı yaxınlığında partlayış səsləri eşidildi  |     20:53 Gəncədə teatrın mühafizəçisi bıçaqlandı: 15 yaşlı oğlan saxlanıldı  |     20:39 Xırdalanda bədbəxt hadisə: 20 yaşlı gənc beşinci mərtəbədən yıxılaraq öldü - Foto  |     20:32 "Star Trek" serialının ulduzu Maykl Forest vəfat etdi  |     20:00 Pakistan-Əfqanıstan sərhədində toqquşma olub, ölənlər var  |     19:36 Qaraciyər xərçənginə qarşı yeni dərman hazırlanıb  |     19:25 Devid Bekhem FIFA prezidenti postuna namizəd ola bilər  |     19:15 Bərdədə pasiyenti döyən sanitar qadın indi də xəstəxananı şantaj edib  |     19:10 "Qarabağ" - "Neftçi" oyunu başladı - Canlı  |     19:06 Moskvada 103 aviareys təxirə salınıb  |     18:44 Qazaxda avtomobil 12 yaşlı qızı vurdu  |     18:23 Azərbaycanda quş əti və yumurta istehsalı artıb  |     18:10 Qazaxıstanda tutulan azərbaycanəsilli ifaçı Navai təcridxanada yeni mahnılar yazmağa başlayıb  |     17:58 Bakıdan Türkmənistana narkotik aparan dənizçi gəmidə ifşa edildi  |     17:50 Azərbaycanda bir sıra dövlət qurumlarının saytlarının fəaliyyətində problemlər müşahidə olunur - Foto  |     17:46 Tələbələrin təqaüdləri artırılacaq?  |     17:22 Məktəblərin yaxınlığında nalayiq ifadələr işlədən şəxslər həbs olundu  |    
Mojo.az Avto
Mojo.az Avto

Ölümcül beyin xəstəliyindən qorunmağın yolu açıqlandı

21.02.2019 12:16 4 974
Ölümcül beyin xəstəliyindən qorunmağın yolu açıqlandı
Orta yaşlı insanlarda fiziki və zehni aktivlik qocalıq illərində letal sonluqla (ölüm - red.) nəticələnən demensiyaya tutulma riskini əhəmiyyətli dərəcədə artırır.

İsveçin Göteborq Universitetinin alimləri aparılan müvafiq araşdırmadan sonra belə bir nəticəyə gəlib.

Bu barədə məlumat “EurekAlert!” nəşrində dərc olunub.

Araşdırmada 44 il ərzində 800 isveçli qadın üzərində aparılan müşahidələr (müayinə nəticələri və s.) əsasında əldə olunan məlumatlar təhlil olunub. Könüllülər arasında aparılan sorğuda qadınlar öz zehni və fiziki aktivlik səviyyəsini göstərib.

Zehni aktivliyə kitab oxuma, məktublaşma, konsertlərə baş çəkmə, xorda oxuma, tikiş işləri, bağbanlıq və digər fəaliyyətlər daxil olub. Alimlər iştirakçıların fəaliyyətini 10 ballıq şkala ilə müvafiq ballarla qiymətləndirib.

Sorğunun nəticəsindən asılı olaraq könüllülər iki qrupa bölünüb. Birinci qrupa 2 baldan aşağı xal toplamış könüllülər, ikinci qrupa isə 3 baldan 10 bala qədər xal toplamış könüllülər (təxminən iştiraçıların 56 faizi) daxil edilib. Fiziki aktivlik də oxşar şəkildə qiymətləndirilib və qadınlar aktiv (82 faiz) və qeyri-aktiv (17 faiz) qrupa bölünüb.

Müşahidələrin davam etdiyi illər ərzində 194 iştirakçıda demensiya inkişaf edib, onlardan 102-nə Altsheymer xəstəliyi diaqnozu qoyulub. Məlum olub ki, yüksək zehni aktivliyi olan iştirakçılarda Altsheymer xəstəliyinin inkişafı riski 46 faiz daha az olub. Fiziki aktivlik isə damar demensiyası riskini 52 faiz, qarışıq demensiya riskini 56 faiz aşağı salıb.скачать dle 11.3

Son xəbərlər